Az əvvəl Gəncə sakinlərinin şikayəti ilə bağlı yaydığımız şikayətə (http://www.dia.az/8/279688-azeriqaz-gencede-bele-ish-gorurmush.html) “Azəriqaz” İB-dən açıqlama gəlib. Qurumun cavabını təqdim edirik:
"Nəzərinizə çatdırırıq ki, hər il dövlət proqramlarında nəzərdə tutulan qazlaşdırma işləri ilə yanaşı, “Azəriqaz” İstehsalat Birliyi öz imkanları hesabına istər paytaxtda, istərsə də digər şəhər və rayonlarda küçə qaz xətlərinin çəkilməsi işlərini də icra edir. Gəncə şəhərinin Məmmədtağı Cəfərov küçəsi də məhz Birliyin vəsaiti hesabına qazlaşdırılan küçələrdəndir. Həmin yerdə qaz xətləri çəkilərkən bütün texniki göstəricilərə əməl olunub. Çünki istənilən qaz kəməri çəkilərkən tikinti norma və qaydalarının tələbləri yerinə yetirilir, bundan başqa kəmər istismara qəbul edilməmişdən əvvəl müəyyən sınaqlardan keçirilir. Əgər hər hansı bir çatışmazlıq aşkar edilərsə, dərhal aradan qaldırılır. Bütün proseslər başa çatdıqdan sonra abonentə qazın verilişi təmin olunur.
Müxtəlif sosial şəbəkələrdə yayılan bu məlumat isə həqiqəti əks etdirmir və ölkənin ikinci böyük şəhəri olan Gəncədə görülən işlərə kölgə salır. Əslində həmin şəxs evində təmir işi apardığı üçün qaz xəttinin yerini dəyişdirmək istəyir. Lakin ona izah edilib ki, qazlaşdırma işləri başa çatdıqdan sonra küçələrdə qaz xətlərinin özbaşına yerinin dəyişdirilməsi yolverilməzdir. Qaz kəmərinin yerinin dəyişdirilməsi yalnız abonentin öz vəsaiti hesabına xüsusi lisenziyası olan podratçı təşkilatlar tərəfindən həyata keçirilə bilər"./dia.az
Sorğu
Yeni dizaynımız necədir?