Əziz izləyicilər!Bir gün öncə qarşıma çıxan bu görüntüləri kadrlara almaya bilməzdim. Gördüyünüz bu ərazi Ələt qəsəbəsində yerləşən “hərbi şəhərcik” adlanan ərazidir. Ünvan isə, 44 günlük Vətən müharibəsində böyük şücaət göstərərək, sinəsini sipər edib, Şəhidlik zirvəsinə yüksələn,Şəhid Cavanşir Əhmədovun yaşadığı evin qarşısıdır.
Uzun müddətdir ki,Şəhidimizin evinin qarşısı çox bərbad vəziyyətdə olurdu. Əla xüsus da, qarlı,yağışlı qış aylarında gördüyünüz bu ərazidən hərəkət etmək sözün əsl mənasında böyük problemlərlə üz-üzə qoyurdu sakinləri. Diqqətimizi çəkən problemlərdən biri odur ki, Şəhidimizin ailəsini ziyarətə gəlmək istəyən hər kəs yerin bərbad olması ucbatından böyük çətinliklər çəkirdi.Əldə etdiyimiz məlumata görə, xeyrxahlıq edənn bir insan, sözügedən həmin ərazini öz vəsaiti hesabına abadlaşdırmağa başlayıb. Şəhidinə, Şəhid ailəsinə dəyər verən hər kəsə biz də, öz növbəmizdə təşəkkür edirik, Alat.Az komandası adından.
Maraqlıdır, görəsən Bakının ən böyük,ən zəngin rayonu olan Qaradağ rayonunda bir neçə maşın çınqıl daş tapılmadı,yerli qurumlar tərəfindən ərazinin abadlaşması üçün?Ölkə iqtisadiyyatına gecə-gündüz qazanc gətirən bir rayonda yerli qurumlar öz Şəhidinə beləmi hörmət qoyur? Bəlkə sürdüyünüz bahalı avtomobillərdən utanasınız?Bu gün saxta əli rüşvətə bulaşmış,rüşvət içində boğulan “jek” müdirləri, digər yerli qurumlar yəni doğurdan da, sizin bir neçə maşın çınqıl daşlara gücünüz çatmadımı?Şəhidimizin yaşadığı binanın qarşısını abad etməyə? Çox “çətin” sual ünvanlayırıq sizlərə. Bu suallara cavab vermək üçün insanda gərək vicdan olsun. O da sizlərdə yoxdur!
Təklif edərdim ki,ölkə başçısı cənab İlham Əliyev respublika üzrə fəaliyyət göstərən “jek” idarələrini ləğv etsin. Çünki bu “jeklərin” demək olar hər biri rüşvət içində boğulur- batır. Bir təklif də edərdim ki, Qaradağ rayonu üzrə Dövlət Təhlükəsizliyi Xidməti rayon ərazisində fəaliyyət göstərən saxta “jeklərə” imkanı olanda bir “əl gəzdirsin. O zaman görəcəksiniz ki, həmin “jek” müdürləri hansı fırıldaqlarla məşğuldur.
Lazım gələcəyi təqdirdə, bir neçə” jeklərin” qanunsuz fəaliyyəti haqqında daha yaxın vaxtlarda ictimaiyyətə əlavə məlumatlar verəcəyik. Ümid edirik ki,yerli qurumlar məqaləmizi oxuyub, Şəhid Cavanşir Əhmədovun yaşadığı binanın qarşısını görüb, hərəkətə keçəcəklər. Bəlkə də gecdir artıq, qeyd etdiyimiz kimi xeyrxahlıqı sevən insanlar artıq həmin ərazinin abadlaşması üçün müəyyən addımları atıblar.
Sorğu
Yeni dizaynımız necədir?