Nigeriya yaxınlığında hücuma məruz qalan “Mozart” gəmisinin heyət üzvlərindən biri olan və piratlar tərəfindən öldürülən Azərbaycan vətəndaşı Fərman İsmayılovun nəşi Bakıya göndərilib.
“TRTHaber” məlumat verir ki, Qabonun paytaxtı Librevildən yol salınan həmyerlimizin nəşinin olduğu xüsusi təyyarə səhər saatlarında İstanbul Hava Limanına eniş edib.
Xatırladaq ki, Türkiyəyə məxsus gəmi yanvarın 23-də dəniz quldurlarının hücumuna məruz qalıb, nəticədə Azərbaycan vətəndaşı Fərman İsmayılov öldürülüb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?