GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » “62 ermənini azad edin, Naxçıvana yolu açaq”

“62 ermənini azad edin, Naxçıvana yolu açaq”

Tarix: 3-02-2021, 09:59 Bölmə :Cəmiyyət Baxış: 255
“62 ermənini azad edin, Naxçıvana yolu açaq”


Ermənistan yeni həyasız və cığal, həm də başından böyük tələblər irəli sürməyə başlayıb. Belə ki, xarici işlər naziri Ara Ayvazyan, daha sonra baş nazir Nikol Paşinyan sərsəm şərtlərlə çıxış etməkdədirlər.

Həm XİN başçısı, həm baş nazir Fransa Xarici İşlər Nazirliyinin Dövlət katibi Jan Batist Lemuanla görüşdə Azərbaycanın antiterror əməliyyatı zamanı həbs etdiyi 62 erməni hərbi əsir azad edilmədən regionda kommunikasiyaların bərpa edilməsinin qeyri-mümkün olduğunu bildiriblər. Lemuan bəyan edib ki, üçtərəfli bəyanat bir sıra məsələləri gündəmə gətirir, amma gündəmə gətirilməyən məsələlər var: “Bu yol verilmiş məqamlar Minsk Qrupu çərçivəsində həll olunmalıdır. Dekabr ayında ATƏT-in Minsk Qrupu həmsədrlərinin səfəri zamanı tərəflər ATƏT MQ formatında bu məsələlərlə bağlı müzakirələri davam etdirməyə hazır olduqlarını təsdiqləyiblər”.

Ermənistan tərəfinin iddiasına görə, Azərbaycanda 64 nəfərdən 235 nəfərə qədər əsir var. Onların böyük hissəsi 10 noyabr 2020-ci il bəyanatından sonra əsir düşüb. Bu, o deməkdir ki, onlar bütün erməni qoşunlarının regiondan çıxarılması haqqında razılaşmaya zidd olaraq Azərbaycana göndərilən hərbiçilərdir və terrorçu hesab olunurlar.

Ancaq İrəvan 10 noyabr anlaşmasına qanunsuz şərt qoşur, əsassız tələblər irəli sürür. Hətta daha da irəli gedərək 11 yanvarda Moskvada əldə edilmiş razılaşmaya, Rusiya prezidenti Vladimir Putinin imzası olan sazişə qarşı gedərək nəqliyyat-kommunikasiyaların açılmasının yalnız erməni terrorçuların azad olunması ilə mümkün olduğunu sayırlar. Halbuki Moskva razılaşmasında elə bir bənd yoxdur ki, Bakı erməni terrorçuları azad edir, əvəzində Mehri yolu açılır. Bu, Ermənistanın siyasi rəhbərlik səviyyəsində cəfəngiyyatıdır. Ancaq Paşinyan hakimiyyəti bu tələbinin arxasında sona qədər dayana bilərmi məsələsi sual doğurur. Kremlin Bakıdan onları azad etmək üçün xahiş və müraciəti mümkündürmü?

Moskva görüşündə əldə edilmiş razılaşmaya əsasən, regionda tamamilə yeni geoiqtisadi mənzərə yaranacaq, yeni nəqliyyat kommunikasiyaları reallaşdırılacaq. Mehri vasitəsilə Türkiyə-Naxçıvan-Azərbaycanın əsas hissəsi, Azərbaycan vasitəsilə Ermənistan-İran və Ermənistan-Rusiya nəqliyyat xətlərinin bərpası nəzərdə tutulub. Lakin Ermənistan tərəfi danışıqları pozur. Əslində rəsmi İrəvan yanlış olaraq terrorçuları hərbi əsir hesab edir. Rəsmi məlumatlara görə, saxlanılanların hamısı 26 noyabr 2020-ci il tarixində Ermənistanın Şirak vilayətindən Ermənistan silahlı qüvvələrində hərbi xidmət keçmək üçün çağırılıb və Azərbaycan ərazilərində onun Silahlı Qüvvələrinin üzvlərinə və mülki əhalisinə qarşı diversiya və terror aktları törətmək məqsədilə bu ərazilərə yeridilib.

Bu terrorçu qrupların təxribatı nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin üzvləri və mülki şəxslər arasında həlak olanlar və yaralananlar oldu. Bəs 10 noyabr bəyanatı və hərbi əməliyyatların dayandırılmasından sonra bu terrorçular Azərbaycan ərazisinə niyə göndərilmişdi?

Bəzi Ermənistan rəsmiləri 62 nəfərin, Serj Sərkisyanın kürəkəni Mikael Minasyan 115, keçmiş təhlükəsizlik naziri Davi Şahnazaryan 235 nəfərin saxlanıldığını iddia edir. Sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarovun “Yeni Müsavat”a bildirdiyinə görə, Ermənistan bunun üçün öhdəliyi yerinə yetirməlidir. T.Zülfüqarov hesab edir ki, ilk növbədə Azərbaycan ərazilərində hərbi qulluqçuları olmamalıdır: “Elə həmin 62 nəfərin saxlanması ondan irəli gəlir ki, erməni hərbi dəstələri ərazilərimizi tərk eləsinlər. Ermənistan isə göstərmək istəyir ki, tərəflər dayandığı yerləri kontrolda saxlayırlar. Bununla onların fikri təmas xətti yaratmaqdır. Azərbaycan isə təbii ki, erməni tərəfinin mövqeyini qəbul etmir”.

T.Zülfqarovun fikrincə, Ermənistan belə şərtlər irəli sürməklə Azərbaycana bir yol qoyur: “Ki, ermənilər özləri blokadadan çıxmaq istəmirlər. Yadınıza salıram, 1992-ci ildə 907-ci bəndin qəbul edilməsi məhz bununla bağlıydı. Guya Azərbaycan Ermənistanı blokadaya salıb. İndi Azərbaycan bundan istifadə edərək kontur təbliğatı gücləndirməlidir. Biz bəyan etməliyik ki, özləri blokadadan çıxmaq istəmirlər. Əslində nə blokada var, nə də erməni qoşunları ərazilərimizdən çıxırlar. Bununla da işğalı davam etmək istəyirlər. Təbii ki, bu da qəbul edilməzdir”.

Politoloqun sözlərinə görə, Azərbaycanın tələbi aydındır: “Ərazilərimizdə onların qoşunları qalmamalıdır. Mənə belə gəlir ki, artıq bu tələbi icra edirlər. Sadəcə, rəsmi şəkildə etiraf etməlidirlər ki, bu ərazilərdə ordumuz yoxdur və olmayacaq. Onsuz da onlar Dağlıq Qarabağdan evakuasiya olmalıdırlar, hərbi birləşmələr tərk-silah edilməlidir. Çünki əks halda, sülhə nail olmaq mümkün olmayacaq”.

Bu arada Türkiyənin ehtiyatda olan general-mayoru Özgür Tör deyib ki, Xankəndində, Xocalıda Azərbaycan bayraqlarını, Azərbaycan əsgərini görmək hələ mümkün deyil. Onun sözlərinə görə, problemi tam həll etmək üçün yaxın keçmişdə olduğu kimi, Azərbaycan qətiyyətli və təxirəsalınmaz işlərini davam etdirməlidir. “Bu işlər hərbi mübarizə qədər siyasi mübarizəyə də bağlı bir məsələdir. İnformasiya müharibəsi hərbi savaş qədər önəmlidir. Rusiya Dağlıq Qarabağın ermənilər yaşayan ərazilərində nəzarəti əldən vermək istəmir. Xocalı da keçmişdə törətdikləri qətliamların rəsmi olaraq ortaya çıxmasının qarşısını almaq üçün Azərbaycana təhvil verilmir. Nəticədə o torpaqlar Azərbaycanındır və alınacaq. Şanlı Azərbaycan bayrağı orada da dalğalanacaqdır. Bunu hər yerdə, hər dildə gündəmə gətirəcəyik. İndi növbə bu mövzuda qərarlı olduğumuzu izah etməyindir”, - deyə Tör bildirib. Xatırladaq ki, Ermənistanın Vatikandakı keçmiş səfiri, sabiq prezident Serj Sarkisyanın kürəkəni Mikael Minasyan mühüm məlumat yayıb. Onun sözlərinə görə, Paşinyan və müdafiə naziri Vaqarşak Arutyunyan “Qarabağın müdafiə ordusu”nun ləğvi ilə bağlı razılığa gəliblər.

GundemXeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşəcək

    Azərbaycan və Ermənistan xarici işlər nazirləri ...

    14-01-2019, 14:28

  • 
  • Minsk Qrupunun həmsədrləri Azərbaycana gəliblər

    Minsk Qrupunun həmsədrləri Azərbaycana gəliblər ...

    3-02-2014, 00:15

  • 
  • ATƏT-in Minsk qrupu bundan sonra nə iş görəcək? - AÇIQLAMA

    ATƏT-in Minsk qrupu bundan sonra nə iş görəcək? - ...

    10-12-2020, 16:54

  • 
  • ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistanda səfərdədirlər

    ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistanda ...

    20-02-2019, 10:50

  • 
  • ATƏT-in Minsk qrupundan cəbhədəki gərginliyə- Münasibət

    ATƏT-in Minsk qrupundan cəbhədəki gərginliyə- ...

    25-01-2014, 01:38


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (522)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu