GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Xanım nazir müavinin vəzifədən niyə getməsi barədə iddialar - İLGİNC

Xanım nazir müavinin vəzifədən niyə getməsi barədə iddialar - İLGİNC

Tarix: 3-02-2021, 12:17 Bölmə :Cəmiyyət Baxış: 504
Xanım nazir müavinin vəzifədən niyə getməsi barədə iddialar - İLGİNC


Təhsil nazirinin müavini vəzifəsindən azad edilmiş Məhəbbət Vəliyeva barəsində maraqlı iddialar səslənməkdədir. Xanım nazir müavini səhhətində problem olduğu və öz ərizəsi ilə işdən getdiyini açıqlasa da, sosial şəbəkədə başqa versiyalar və mülahizələr irəli sürülməkdədir.

M.Vəliyevanın hicab taxdığı üçün nazirlikdən getməli olduğu iddia edilir. Sosial media istifadəçiləri yazırlar ki, işə hicab taxaraq gedib-gəlməsi birmənalı qarşılanmayıb, nazirliklə yollarını ayırmalı olub. Nazirlikdən bildirilib ki, M.Vəliyeva 2020-ci ilin dekabrın 25-də öz ərizəsinə əsasən, səhhəti ilə bağlı tutduğu vəzifədən azad edilib.

Özü isə səhhətində problem olduğuna dair heç nə deməyib: “Mənim vəzifədən getməyimlə bağlı nazirlik tərəfindən nə açıqlama verilibsə, mətbuatda nə yazılıbsa, bu, kifayətdir. Həmin açıqlamanı verərkən məndən soruşub hazırlayıblar. Buna hansısa əlavəm yoxdur”. Bundan sonra hansı sahədə fəaliyyət göstərəcəyinə gəlincə, M.Vəliyeva hər şeyi zamanın ixtiyarına buraxdığını deyib. Sabiq müavin sosial şəbəkələrdə hicaba keçməsi ilə bağlı yayılan məlumatı şərh etməyib.

Təhsil eksperti Kamran Əsədov yayılan iddialarla bağlı “Yeni Müsavat”a bildirdi ki, M.Vəliyeva təhsil sistemində bütün pillələri keçərək nazir müavini vəzifəsinə qədər yüksəlmiş azsaylı kadrlardan biridir. Onun sözlərinə görə, sabiq nazir müavini əvvəllər orta məktəblərdə müəllim, direktor müavini, direktor, daha sonra Bakı Şəhər Təhsil İdarəsində rəhbər vəzifələrində çalışıb. “Onun keçdiyi yol təhsil sistemində olub. Təhsil sisteminin qanunvericiliyini, idarəetmə və prinsiplərini bilən mütəxəssis idi. Amma onun nazir müavini kimi fərqli və nəzərəçarpan fəaliyyətini görmədik. Bu da onun orta ümumtəhsil sistemindən gəlməsi ilə bağlıdır. Ümumiyyətlə, təhsildə çatışmazlıqları ardıcıllıqla düzsək, birinci yerdə ali təhsil gəlir. Ali təhsilin keyfiyyəti, rəqabəti ilə bağlı inkişaf, irəliləyiş görmürük. Bu sahədə təhsil naziri müavinləri hər hansı fəaliyyəti ilə yadda qalmayıblar”, - deyə k.Əsədov qeyd etdi.

Onun sözlərinə görə, M.Vəliyeva BŞTİ rəhbəri olanda orta məktəblərlə çalışıb: “Daha çox mətbuatdan bilirik ki, özünə yaxın şəxsləri direktor və müavin təyin edirdi. Yəni bu cür yadda qalıb. Amma fəaliyyəti cəmiyyətə qapalı idi. Ümumiyyətlə, təhsil sistemində çalışanlar mətbuatla və ictimaiyyətlə açıq olmayıblar. Məhəbbət xanıma gəlincə, onunla bir neçə tədbirdə olmuşuq. Əsas da Təhsil Nazirliyində ”Orta ümumtəhsil haqqında" qanun layihəsinin yazılmasında İşçi Qrupunda fikir mübadiləsi aparmışıq. Təhsildən və təhsil qanunvericiliyindən kifayət qədər xəbəri olan mütəxəssis idi".

Ekspert onun işdən çıxması haqda mətbuatda və sosial mediada yayılan müxtəlif, ziddiyyətli məlumatlarla tanışdır: “Diqqətçəkən məqam onun hicab bağlaması haqda iddialardır. Qanunvericilik bu məsələdə məhdudiyyət nəzərdə tutmur, sadəcə, Azərbaycan dünyəvi dövlətdir, tövsiyə olunmaya bilər. Amma düşünmürəm ki, onun işdən çıxması, yaxud çıxarılması hicab bağlamasına görədir. Bildiyim qədər vəzifəsindən getməsi səhhəti ilə əlaqədar olub. Hər kəsin vicdan azadlığı var. Yenə yaxınları daha yaxşı bilər, bildiyim qədər ciddi bir xəstəlikdən əziyyət çəkir”.

K.Əsədov hesab edir ki, onun fəaliyyətini qeyri-adi müsbət halla xarakterizə etmək olmaz: “Ümumiyyətlə, nazir müavinlərinin qeyri-adi, ciddi fəaliyyətini görə bilmərik. Pandemiya dövründə, müharibə şəraitində nazir müavinlərinin fərqli fəaliyyətini görmədik. Müavinin vəzifəsi odur ki, nazirin yükünü azaltsın. Ona görə təhsil sistemində publikaya açıq şəxslərin vəzifəyə gəlməsinə ehtiyac var. Çevik, mobil qərarlar qəbul edəcək şəxslərin gətirilməsi labüddür”.

Qeyd edək ki, M.Vəliyeva 2018-ci ilin iyununda təhsil nazirinin müavini təyin edilmişdi. 28 dekabr 2015-ci il tarixdən həmin təyinatadək isə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsində çalışmışdı.

GUNDEMXEBER.AZ
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Məhəbbət Vəliyeva Təhsil nazirinin müavini vəzifəsindən azad edildi

    Məhəbbət Vəliyeva Təhsil nazirinin müavini ...

    1-02-2021, 11:04

  • 
  • Təhsil Nazirliyindən hicab - Açıqlaması

    Təhsil Nazirliyindən hicab - Açıqlaması ...

    22-08-2013, 12:32

  • 
  • Baş nazirin müavini Əli Həsənovun səhhətində problem yarandı

    Baş nazirin müavini Əli Həsənovun səhhətində ...

    8-02-2019, 15:30

  • 
  • Nəcməddin Sadıkovun vəzifədən çıxarılma xəbərinə rəsmi reaksiya - Nazirlikdən açıqlama

    Nəcməddin Sadıkovun vəzifədən çıxarılma xəbərinə ...

    10-05-2016, 22:43

  • 
  • Məhəbbət Vəliyevanın nazir olma eşqi... - İLGİNC

    Məhəbbət Vəliyevanın nazir olma eşqi... - İLGİNC ...

    17-07-2020, 15:43


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu