GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » TƏNHA QALAN SƏRKƏRDƏ - “Azərbaycan oliqarxları düşmən mövqedə”

TƏNHA QALAN SƏRKƏRDƏ - “Azərbaycan oliqarxları düşmən mövqedə”

Tarix: 4-02-2021, 16:11 Bölmə :Cəmiyyət Baxış: 491
          TƏNHA QALAN SƏRKƏRDƏ -           “Azərbaycan oliqarxları düşmən mövqedə”


Prezident İlham Əliyev: "Bilirəm, artıq gözlər tikilib oraya. İndi oraya elə bil ki, hücum gözlənilir, zəbtetmə hücumu. O torpaq mənim, o torpaq sənin, oranı mənə, buranı sənə. Amma mən bunların hamısını cəzalandıracağam, hamısını, özü də necə lazımdı".

RÖVŞƏN NOVRUZOĞLUNUN "OLİQARX" ƏSƏRİNDƏKİ DÜŞÜNDÜRÜCÜ SƏHNƏLƏR

Bu yaxınlarda mediada dərc etdiyimiz bir xəbərdə deyilirdi ki, tanınmış politoloq-alim, “Beynəlxalq Terrora və Korrupsiyaya Qarşı Mübarizə” Strateji Araşdırmalar Mərkəzinin direktoru, Milli Təhlükəsizlik məsələləri üzrə ekspert Rövşən Novruzoğlunun "Oliqarx" kitabının Azərbaycan, ingilis və rus dillərində nəşrinə artıq hazırlıq gedir. Xəbərdə o da qeyd edilirdi ki, ABŞ-ın Azərbaycandakı səfirinin də xüsusi maraq göstərdiyi bu əsərin oxucuların böyük marağına səbəb olacağına şübhə qalmır.

          TƏNHA QALAN SƏRKƏRDƏ -           “Azərbaycan oliqarxları düşmən mövqedə”


Müəllifin özünün jurnalistlərə dediyi kimi, bu mövzulu yazılar uzun zamandan bəri yazılı və elektron mətbuatın lideri olsa da, təəssüf ki, cəmiyyət, özünün çözülməz probleminə çevrilən oliqarxiya rejiminin, inhisarçılığın daha ciddi tənqid edilməməsi sarıdan hələ də korluq çəkir. Uzun zamandır cəmiyyətin bəlasına, dərd-sərinə çevrilən oliqarxiya və oliqarxlar barədə yazılası hələ çox şeylər olduğundan, ayrı-ayrı fəsillərdən ibarət bu kitabın bütün yazılarındakı kiçik epizodlar belə, fakt və sübutlar əsasında qələmə alınıb və bu boşluğu doldurmağa hesablanıb. Bizim ölkəmizdə belə oliqarx məmurların kiçik bir zümrəsi qaldığından və bu qrupun fəaliyyəti vətəndaş mənafeyinə tuslandığından, bu, olduqca ciddi bir təhlükəyə çevrilib. Onlar inhisarda saxladıqları iri şirkətləri, holdinqləri və digər müəssisələri vasitəsilə, ölkədə azad biznesin inkişafına ən çox zərbə vuran bir zümrəyə çevrilib. Məhz bunun acı nəticəsidir ki, əhali dolanışıq sarıdan uzun zamandan bəridir əziyyət çəkir. Hər şeyi əlində cəmləşdirən bu təhlükəli zümrə ilə mübarizə də asan olmur.

Çapa hazırlanan bu əsərdə yazılanlar birbaşa bu təhlükəyə qarşı yönəldiyindən, kitabdakı bəzi maraqlı epizodları oxucularımızın da diqqətinə çatdırmağı lazım bildik.

“QAN PULU NAZİRLİYİ”, GÜLÜMSƏYƏN HEYKƏL VƏ...

Nazirliyin hündür mərtəbəli binasından çıxarkən, qabaqcadan nəsə hiss edirmiş kimi, başından yaylığı sürüşüb düşmüş qadının heykəlinə baxdı -- özü də, təlaş dolu bir diqqətlə. Hələ buna cəhd edib, istədi ki, sinəsinin düymələri qırılıb tökülmüş, başı, yaxası açıq bu heykəl təsvirli qadını tanısın -- tanıya bilmədi.

Amma sonradan sonraya tanıdı da. Və dərindən köksünü ötürüb, barmaqlarıyla ovucunda sıxdığı telefonun düymələrini basdı:

-- Alo... Alo... Mənəm, Səlim Daşdəmiroviçdi... Ədə, başla da. Hələ tüstülənmir axı. Ocağı qala da. Nədən, tüstü-filan görmürəm!

El arasında "Çanaq" ləqəbi qazanmış nazir bunları deyib, yenə telefonun düyməsini basaraq, ovucunda sıxdı. Gözlərini başından yaylığı sürüşüb düşmüş, yaxası-başı açıq, tumanı neçə yerdən sökülüb-tökülmüş qadının heykəlinə zillədi. Acı-acı gülümsündü də; Ona elə gəldi ki, bu heykəl, bir vaxtlar hər gün onun rəhbəri olduğu nazirliyin qapısı ağzına toplaşıb, dərd-sərlərini demək üçün növbə tutan şikayətçi qadınların arasındakı həmin o ən balaca gözəldir. Getdikcə, gözəlliyini itirərək, eybəcərləşib. Sonda, heykələ dönərək, bitib burada...

...Nazir bu acı xatirələr cəngində ikən, nazirliyi tüstü bürüdü. Bir andaca, mərtəbələri, keçid və pilləkənləri tüstü-duman başına götürdü. "Çanaq"ın arxivi od tutub, yanırdı. İllərdən bəri min bir fırıldaqla düzülüb, qoşulmuş və imzası atılmış sənədlər, arxivi başına götürən qara tüstülər çanağında "xırıltı ilə can verirdi".

Az keçmədi, nazirliyin zınqırovu da çalındı. Kimsə, bu zənqırovıun düyməsini var gücü ilə basaraq, bir haray-həşir qopardı ki:

-- Axı, vaxtında deyirdim ki, sataşmayın mənə... Yan! Elə yan ki, külün göyə sovrulsun, tozun da qalmasın!

Nazir qanrılıb, nazirliyin pəncərələrini gözdən keçirtdi. Bu dar məqamda belə, --özündən asılı olmayaraq, -- yenidən yaylığı çiyinlərinə sürüşüb düşmüş həmin qadın heykəli ilə üz-üzə dayandı.

-- Bacı qızı, sən, bu nazirliyin simvolusan! -- dedi: -- Səni kim düzəldib, bura qoyubsa, düz eləyib! Çox uzaqgörənmiş!.. Bura uşaq pulu üçün, pensiya üçün kim gəlibsə, hamısı sənin kimi dayanıb. İndi də elədir. Arada qışqıran da olur: "Pulumu verin!". Pulunu ala bilməyənlər, ağlayırlar da...

...Gec-tez, yanğınsöndürən dəstələrin hərəsi bir maşın su da gətirdi. Bu suları tezcə yuxarı mərtəbələrə boşaldaraq, qorxurmuş kimi, aradan da çıxdılar. Bu gərginlikdə, dəniz tərəfdən nazirin telefonuna bir neçə zəng də gəldi. Həmin zənglərin gətirdiyi həyəcan və qorxunun təsiri, onun sifətinin rəngini də dəyişdi. Bu anlar, həmişə xod gedən və uzun zaman oliqarx bir kreslo sahibi kimi özünü tanıdan Çanaq Səlim, sanki "çanağına sığınmış tısbağaya" bənzəyirdi.

İstər-istəməz, o, bu zənglərdən birinə cavab verdi. Titrək səslə astaca soruşdu:

-- Kimdi?!. Fazil?!. Hansı Fazil?!. Çernobıl Fazil?!. Ay qadanı alım, necəsən?.. Vallah, bilmirəm kim yandırdı. Amma yaman yandırdı... Yıxsın-yıxsın, Allah baisin evini yıxsın... Arxiv bizim vicdanımız, əxlaqımız, sərvətimizdir. Amma yandırdılar. Arxivi də yandırarlar heç?..

Nazir hiss etdi ki, Çernobıl Fazil də, onun kimi həyəcanla, titrək səslə qorxa-qorxa danışır. Ona ürək-dirəyi də qorxa-qorxa verir.

-- Ədə, Fazil, ürəkli ol, mənəm, başqası deyil! -- deyə, güya, ona toxtaqlıq verirmiş kimi soruşdu: -- Neynədin? O qızın belini qayırdılar? Ədə, nə ağılla onun belinə çıxmışdın?!.

Sualına cavab ala bilmədi. O tərəfdəki telefon da, nazirlik binasındakı yanğın kimi söndü. Bu sönmələrin fərqi yalnız ondaydi ki, çox keçmədi, bu yanğından qopan hərarət, cəmiyyətin xod gedən oliqarx məmurlarından biri kimi tanıdığı Çanaq Səlimi kreslosundan qoparıb, saldı aşağı.

Di gəl ki, oliqarxsayağı bir bəxti də var Çanaq Səlimin. Bu vəzifə kreslosundan qopan kimi, o, on milyardlıq sərvəti qarışıq, düz düşüb möhtəşəm bir kişinin qucağına. Yalan-doğru, onda bu mənzərəni görüb, şahidi olanlar -- sübhə qədər balasına çörək qazanmaq üçün, şəhərin küçələrini ayaqdan keçirənlər, bundan sonra nazirliyin qabağında növbə tutan hamilə qadınlar... deyirlər ki, nazirliyin qabağındakı yaylığı çiyinlərinə sürüşüb düşmüş həmin qadın heykəlinin yanındaca, Çanaq Səlimin çanağı möhtəşəm bir adamın qucağına düşdü və bu hadisə onları yamanca heyrətləndirdi. Hətta, o, bu qəribə hadisənin ona bəxş etdiyi sevincin təsirindən qol götürüb, elə, nazirliyin qabağında oynadı da. Sonra isə...

          TƏNHA QALAN SƏRKƏRDƏ -           “Azərbaycan oliqarxları düşmən mövqedə”


... Çox keçmədi, eks-nazirin bu sevincli anları, ağı, mərsiyyə deyimli acı bir məclisə çevrildi. Bu zaman, o, ağı, mərsiyyə deyə-deyə, çoxlarına qəribə gələn bir tərzdə coşaraq, oynadı da. Belə deyirlər ki, bu qəribə oyun "şaxsey-vaxseyi" də xatırladırdı:

Aşıq ellilər, haray!
Şana tellilər haray!
Dəhnəmi sel apardı,
Əli bellilər, haray!
Əli belli neyləsin!
Şana telli neyləsin!
Dəhnəniz çürük çıxıb,
Əli belli neyləsin!..

...Azərbaycanın oliqarx məmurları dünya oliqarxları arasında “arxiv yandırmaq taktikası" ilə məşhurlaşıblar.

Arxivlər yanıb. Milyardların yeyinti təsdiqi olan möhür və imzalı saysız-hesabsız qovluqlar od tutub. Qara tüstüsü kasıb gözlərinin acısına çevrilib.

Öncə bizim dövlətin Vergilər Nazirliyinin təqribən 10 milyardlıq saxta yalanına od vurulub. Onda bunun səbəbini nə araşdıran oldu, nə də soruşan. Sonra yol nazirliyinin arxivi od tutdu. Ordan da, təqribən 30 milyardlıq yeyintinin təsdiqi olan saxta sənədlər "oğurlandı". Yenə soruşan olmadı. Bundan sonra "Metropoliten"in arxivinə od düşdü. Amma yanmadı, söndürdülər. Nə olsun, ordakı sənədlər bütöv şəkildə qeyb oldu. Burada da, 30 -- 40 milyard dollar yelə getdi. Yenə soruşan olmadı.

Onun ardınca isə, elə, qan pulu verən bu nazirliyin arxivinə od vuruldu. Yanan yandı, oğulanan oğurlandı...

“Qan pulu nazirliyi”nin ortada olan bütün saxta yeyinti sənədlərinə od vurub, yandıraraq sıradan çıxaranlar hər şeyi təzədən başlatdı: Təzədən yemək üçün, təzədən harınlıq və sərvət toplamaq üçün.

Bu vəzifənin taxt-tac əzəmətli kreslosuna təzə bir adam da oturdular. Burada indi də gözləyirlər ki, yeni şəhidlər gəlsin. Onların isti qanı, Çanaq Səlimin taxt-tacına suvanmış soyumuş və qurumuş qanlara qarışsın...

Yəni, belə də olar -- qanı qana qarışdırmaq?!

Məgər təzə gələn bu kreslo sahibinin də, oliqarx kimi tanıdığımız eks-nazir kimi, yenidən ölüb-itənlərin qan pulunu hesaba vurmağa cürəti çatacaq?!

Bəyəm, pinəçi Cəfərin aman-zaman oğlunun, qırçı Dadaşın nəvəsinin, süpürgəçi Ələşrəfin və dəllək Baharın oğlanlarının... qan pullarını da mənimsəmək asan olacaq?!.

... İndi də, nazirliyin qabağındakı həmin o qadın heykəli hələ də oynayır. Və bu zaman Çanaq Səlimin o vaxtlar nəqliyyat vasitəsi olan at arabasında dünyaya gələn, ötən əsrin 60-cı illərində yazıb-yaradan məşhur dostu Tağı Təkərlinin qəzəli səslənir: “...Ağ şərabı, Təkərli içmək istəyir! Gəlsin, gəlməsin?!.”

MÜƏLLİFDƏN: Mən, ölkənin həm maddi, həm də mənəvi sərvətlərini qorxub-çəkinmədən çapıb-talayan, onu viran qoymaqdan belə çəkinməyən, lakin tutduqları bu məsul vəzifələrindən hörmət və izzətlə yola salınan oliqarx məmurların hər biriylə ayrı-ayrılıqda görüşdüm. Təəssüf ki, onların davranışları, həyata və cəmiyyətə baxışları hələ də dəyişməyib.

Bu səbəbdən, amerikalı tədqiqatçı Raymond Kouenin məsləhətləri əsasında yazılmış bu kitabda hər kəs öz adı ilə çağrılacaq. Bu sarıdan ictimai qınağa tuş gələn heç kəs kənarda qalmayacaq -- bu əsərdə obraz kimi!

Getdikcə daha da mafiyalaşan və beynəlxalq mafiyanın "qırılmaz" bir qoluna çevrilməkdə olan Azərbaycan oliqarxları üçün, “Baksovet” adlı "dərdə qəbir evi" də ayrılıb. Bəs, bunlara yenidən qapı açan, onları yenidən yüksək vəzifələrə gətirib, sərvət üstə çıxaranlar kimlərdir?! Bu yönlü suallardan doğan günah sahiblərini başqa qapılarda axtarmayın. Şübhə etmirəm ki, bu kitab səs-küylü, polemikaya çağırışlı bir əsər kimi, həmişə diqqətdə olacaq, verilən bu və bu kimi sualların tam cavabına çevriləcək. Çünki onların kimliyinin, həyat və fəaliyyətlərinin sirləri əsərdə tam verilib.

Fazil Məmmədovun həyatı

Fazil Mәmmәdov 28 mart 1964-cü ildә Şamaxı rayonunda anadan olub. 1985-ci ildә D.Bünyadzadә adına Azәrbaycan Xalq Tәsәrrüfatı İnstitutunun maliyyә-kredit fakültәsini bitirib.

1987-1989-cu illәrdә Gәncәdә Sәnaye-Tikinti Bankında iqtisadçı, kassa müdiri vә Bakı Sәnaye- Tikinti Bankının Әmәliyyat İdarәsindә iqtisadçı vәzifәlәrindә çalışıb. 1989-cu ildәn 1993-cü ilә qәdәr Maliyyә-Kredit texnikumunda müәllim, kafedra müdiri işlәyib.

1993-cü ildә "Ünsal" Kommersiya Bankı İdarә Heyәtinin sәdri seçilib. 1994-cü ildә Aqrar Sәnaye Bankının Şәmkir şöbәsinin müdiri vəzifəsində çalışıb. 1995-1999-cu illәrdә Dövlәt Gömrük Komitәsinin Maliyyә-Tarif vә Valyuta Nәzarәti Baş İdarәsi rәisinin müavini vә rәisi, hәmin sahә üzrә Gömrük Komitәsi sәdrinin müavini vәzifәsindә çalışıb.

1999-cu il iyun ayının 20-dә Azәrbaycan Respublikası Prezidentinin fәrmanı ilә Baş Dövlәt Vergi Müfәttişliyinin rәisi tәyin edilib. 2000-ci il fevral ayının 11-dә Azәrbaycan Respublikası Prezidentinin fәrmanı ilә Azәrbaycan Respublikasının Vergilәr Naziri tәyin edilib. 5 dekabr 2017-ci ildə həmin vəzifədən vəzifəsindən azad edilib.

Azərbaycan Güləş Federasiyasının prezidenti olub.

Ailəlidir üç övladı var.

          TƏNHA QALAN SƏRKƏRDƏ -           “Azərbaycan oliqarxları düşmən mövqedə”


Fazil Məmmədov haqda daha bir iddia- biznes gəliri başqa nazirləri ötüb

Vergilər naziri Fazil Məmmədovun gizli biznes fəaliyyəti barədə mütəmadi olaraq mediada məlumatlar verilib. Son dövrlər bəzi məmurların obyektləri özündən daha yüksək vəzifəli şəxslər tərəfindən alındığı və ya iqtisadi iflasa uğradığı halda F.Məmmədovun biznes imperiyasının böyüməsi müşahidə olunur. Vergilər naziri qanuna zidd üsullardan istifadə etməklə gəlir mənbəyini qoruyub saxlaya bilirdi. Bununla bağlı informasiyaları təhlil etdikdə Fazil Məmmədova məxsus şirkətlərin dövri olaraq müflis elan edilməsi ilə ictimaiyyətin diqqətindən yayındığını görmək olar. Beləliklə, nazir qanunsuz kommersiya fəaliyyətini ört-basdır etməklə yanaşı, həm də külli miqdarda vergidən yayınmaqla gəlir əldə edir. Ümumiyyətlə, Azərbaycanda qanunsuz biznes fəaliyyəti ilə məşğul olan vəzifəli şəxslər bir qayda olaraq, gizli qazanc əldə etmək üçün yaratdıqları şirkətləri, bankları vaxtaşırı müflis elan edir, sonra başqa adla yeni kommersiya-hüquqi şəxslər təsis edib bazara daxil olurlar.

Fazil Məmmədov necə “müflisləşir”?

Qeyd edilənlərə misal kimi vergilər naziri Fazil Məmmədova məxsus “Yeni Həyat” MMC-nin fəaliyyətinə nəzər salmaq kifayətdir. Fazil Məmmədovun biznes şəbəkəsinə “Yeni Həyat” MMC-dən əlavə “CAPITAL VISION”, “INVEST FUTURE”, “INVEST ALLIANCE”, “INVEST SOLUTİONS” və “SYNERGY MEDİCAL” şirkətləri “Synergy Group” şirkətlər qrupu da daxildir. Lakin kommersiya hüquqi şəxslərin reyestrinə bu şirkətlər barədə hər hansı məlumatlar daxil edilməyib.

          TƏNHA QALAN SƏRKƏRDƏ -           “Azərbaycan oliqarxları düşmən mövqedə”


Fazil Məmmədov necə “müflisləşir”? “Yeni Həyat” MMC-ni isə müflis elan edilib yenidən başqa ad altında fəaliyyətini davam etdirməklə Fazil Məmmədov iqtisadi manipulyasiya ilə məşğul olub. Yəni forma dəyişsə də məzmun dəyişməyib. Bununla həm də şirkətin fəliyyətində yol verilən cinayət əməlləri gizlədilib. Belə ki, 2005-ci ildə Bakı şəhər sakini Abuzər Mahmudovun 2 otaqlı mənzilini hündürmərtəbəli bina tikmək üçün “Yeni Həyat” MMC-yə verib. Bina hazır olduqdan sonra 150 kvadrat metrlik mənzili A.Mahmudova verməyə razı olan şirkət sonda bununla razılaşmayıb. Evsiz qalan A.Mahmudov isə Nəsimi rayon Məhkəməsinə müraciət edib. Məhkəmə şirkət tərəfindən A.Mahmudova 420 min dollar məbləğində pulun ödənilməsi barədə qərar qəbul edib. Daha sonra tikinti şirkəti olan “Yeni Həyat” MMC iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati İqtisad Məhkəməsinə müraciət edərək müflis elan olunmasını istəyib. Məqsəd isə təzminatı ödəməkdən yayınmaq olub. Ali Məhkəməyə müraciət etmək məcburiyyətində qalan A.Mahmudov həmin instansiyada da qalib gəlib. 2008-ci il avqustun 6-da Abuzər Mahmudovun şikayəti əsasında Ali Məhkəmə “Yeni Həyat” MMC-dən 350 min manat alınaraq, paytaxt sakininə verilməsi barədə qərar qəbul etsə də şirkət həmin məbləği ödəməkdən imtina edib.
2015-ci il avqust ayının 5-də isə “Yeni Həyat” MMC özünü müflis elan edərək fəaliyyətini dayandırdığını rəsmən bəyan edib. Maraqlıdır ki, bundan bir gün sonra-avqustun 6-da “Yeni Həyat Şirkətlər Qrupu” açıqlama yayaraq bağlandığı barədə xəbəri təkzib edib və “Yeni Həyat” MMC ilə hüquqi və faktiki əlaqəsinin olmadığını bildirib. Ancaq ortaya çıxan hüquqi dəlillər “Yeni Həyat” MMC ilə “Yeni Həyat Şirkətlər Qrupu”nun bir medalın iki üzü olduğunu təsdiq edir. Ən başlıcası isə hər iki kommersiya qurumunun vergilər nazirinə məxsus olmasıdır.

Qeyd edək ki, “Yeni Həyat” MMC və “Yeni Həyat Şirkətlər Qrupu” MMC eyni hüquqi ünvanda-Nobel prospekti 15, “Azure” yaşayış-əyləncə kompleksində qeydiyyatda olub. 2014-cü ilin noyabr ayında yayılan məlumatlarda Fazil Məmmədova aid «Yeni Həyat» biznes mərkəzinin ünvanı olaraq Bakı şəhəri, Z.Əliyeva küçəsi 55 göstərilir. Lakin sonradan bu şirkətin hüquqi ünvanı dəyişdirilərək Nobel prospekti 15-ə köçürülür. Beləliklə, özünü gah müflis elan etməklə, gah ünvanını dəyişdirməklə başqa ad altında peyda olan “Yeni Həyat” əslində fəaliyyətini davam etdirib. Şirkətlər qrupunun Nobel prospekti 15-ə köçməsi həm də sözügedən ünvanda F.Məmmədovun “Azure” kompleksini inşa etdirməsi ilə bağlıdır. Vergilər nazirinin həmin binanın tikintisinə 72 milyon manat vəsait xərclədiyi bildirilir.

2015-ci ilin avqust ayında özünü müflis elan edib bağlandığını bəyan edən “Yeni Həyat” MMC-nin inşaat sektorundakı fəaliyyəti məntiqlə dayandırılmalı idi. Ancaq “Yeni Həyat Şirkətlər Qrupu”nun saytında 2016-cı ildə Bakı şəh, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi 27A ünvanda yerləşən meqa binların satış elanları yerləşdirilib. Həmin elanlarda meqa binaların 2013-cü ildə inşasına başlanılmış 585 mənzil satışa çıxarılıb. Mənzillərin 2016-cı ilin sentyabr ayında yaşayışa verildiyi göstərilir. Qeyd edilənlər “Yeni Həyat” MMC-nin fəaliyyətini dayandırdığı barədə rəsmi qərarının olmasına baxmayaraq, “Yeni Həyat Şirkətlər Qrupu” adı altında inşaat sektorunda mövcudluğunu davam etdrərək bahalı layihələrin icrası ilə məşğul olduğunu təsdiq edir. Binaları “Yeni Həyat”, yaxud Yeni Həyat Şirkətlər Qrupunun inşa etməsindən asılı olmayaraq layihənin Fazil Məmmədovun biznes imperiyasında yer alan “PARK AZURE”a daxil olduğu aydındır.

          TƏNHA QALAN SƏRKƏRDƏ -           “Azərbaycan oliqarxları düşmən mövqedə”


“Yeni Həyat” MMC-nin qanunsuz fəaliyyəti korrupsiya ittihamı ilə həbs edilmiş məmurlarıın məhkəmə prosesində də üzə çıxıb. Ləğv edilmiş Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə 2016-cı ilin dekabr ayında keçirilmiş məhkəmə prosesi zamanı “Yeni Həyat” MMC-nin keçmiş direktoru Adil Qasımov həmin cinayətləri etiraf etmişdi. Onun sözlərinə görə, tenderdə qalib gəldikdən sonra ayrılan vəsaitin müəyyən qismi “Aztelekom” MMC-yə çatdırılıb: “ATS-lərin tikintisi ilə məşğul olurduq. Tapşırılan işləri həyata keçirirdik. Tenderlərdə iştirak edirdik. Tikinti işlərini aparmaq üçün müxtəlif məbləğlər ayrılırdı. Tenderlərə ayrılan pulun 40 faizini “Aztelekom” MMC-yə geri qaytarırdıq. Mən eşidirdim ki, bu pullar Oqtay Rüstəmova çatdırılır”.
“Aztelekom” MMC-nin baş mühasibi, təqsirləndirilən şəxs Oqtay Rüstəmov isə şahidlə heç bir münasibətinin olmadığını, bu işlərin Vidadi Zeynalovla həll edildiyini deyib. Xatırladaq ki, Vidadi Zeynalov 7 milyon 333 min vəsaiti mənimsəməkdə ittiham olunur.

Fazil Məmmədovun sabiq müşaviri yanan binaya görə istintaqa çağırıldı
Qüdrət Seyfullayev və Xaləddin İsgəndərovu 2015-ci ildə həbs etmək istəyiblər, amma...

Sabiq vergilər naziri Fazil Məmmədovun müşaviri Qüdrət Seyfullayev Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılıb. Onun istintaqa çağırılması haqda redaksiyamıza bilgiləndirən mənbə deyib ki, sabiq müşavirin istintaqa dəvət olunması 2015-ci ildə Binəqədi rayonunda baş verən dəhşətli yanğınla bağlı olub.

Qaynağımız deyib ki, hələ 2015-ci ildə bina yanandan sonra 2 şəxsin həbsi haqda qərar verilməsi üçün yuxarılara müraciət edilib. Binadakı yanğından bir neçə saat sonra 2 vəzifəli şəxsin - Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun və binanın poliuretanla üzlənməsini biləvasitə sifariş edən Qüdrət Seyfullayevin həbsə alınması zərurəti ortaya çıxıb. İstintaq faktları rəsmiləşdirərək yuxarılardan hər iki şəxslə bağlı müvafiq qərar verilməsini gözləyib. Həmin gün hətta Binəqədi Rayon İcra Hakimiyyətinin binası yaxınlığına xüsusi istintaq qrupu göndərilib. Qrup üzvləri həbs qərarı veriləndən sonra Xaləddin İsgəndərovu və Qüdrət Seyfulayevi həbs etməli imiş...

          TƏNHA QALAN SƏRKƏRDƏ -           “Azərbaycan oliqarxları düşmən mövqedə”


Amma yanğından sonra o dövrdə vergilər naziri postunu tutan Fazil Məmmədov dövriyyəyə girib və Qüdrət Seyfullayevlə yeznəsi Xaləddin İsgəndərovu həbsdən qurtara bilib. Bundan sonra Qüdrət Seyfullayev Vergilər Nazirliyində işə götürülərək nazirin müşaviri postuna təyin olunub.
(Ardı var) /yenixeber.org
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Prezidentin tənqid etdiyi məmurlar Rusiyanın adamlarıdır“ - Şok açıqlama

    “Prezidentin tənqid etdiyi məmurlar Rusiyanın ...

    2-02-2021, 16:03

  • 
  • Mirqafar Seyidov Türkiyədə “Rövşən Lənkəranski” ilə görüşüb

    Mirqafar Seyidov Türkiyədə “Rövşən Lənkəranski” ...

    12-09-2013, 13:15

  • 
  • Elşad Abdullayevdən daha bir sensasion VİDEO

    Elşad Abdullayevdən daha bir sensasion VİDEO ...

    12-08-2013, 22:09

  • 
  • Prezident İlham Əliyev: "Ermənistan artıq acı məğlubiyyətini etiraf edib"

    Prezident İlham Əliyev: "Ermənistan artıq ...

    8-11-2020, 14:58

  • 
  • Prezident İlham Əliyev Əmlak Məsələləri Dövlət Komitəsinin yeni Mərkəzinin açılışında iştirak edib

    Prezident İlham Əliyev Əmlak Məsələləri Dövlət ...

    5-12-2015, 13:16


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu