GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Bakı sakini “Ege Hospital”ın həkimindən prokurorluğa şikayət edəcək

Bakı sakini “Ege Hospital”ın həkimindən prokurorluğa şikayət edəcək

Tarix: 4-02-2021, 19:40 Bölmə :Cəmiyyət Baxış: 429
Bakı sakini “Ege Hospital”ın həkimindən prokurorluğa şikayət edəcək


“Mənim kimi kilometrlərlə gəzən adam indi bütün gün evdə yatıram”

Bakı sakini Tural Əliyev Vaqif oğlu deyir ki, ötən ilin aprelində “Ege Hospital”da hernioplastika (qasıq yırtığı əməliyyatı) və varikoselektomiya (xaya damarlarının genişləməsi) əməliyyatı olunub.
Cərrahi müdaxilədən sonra səhhətində kəskin ağrılar başlayıb. Üzərindən on ay keçməsinə baxmayaraq, bədənində ağırlaşma və fəsadlar müşahidə edib:
“2018-ci ildə soltərəfli varikoselektomiya əməliyyatı olmuşdum. Bundan sonra hər altı aydan bir skrotal USM müayinədən keçirdim. Növbəti müayinə cavablarda məndə kiçik qasıq yırtığı və damarların kiçik genişlənməsi çıxdı. Müayinəyə profilaktika üçün müraciət etmişdim, heç bir ağrı və narahatlığım yox idi. USM həkim-radioloq mənə əməliyyat olunmağı tövsiyə etdi. Məni “Ege Hospital”a yönləndirdi, orada əməliyyat olundum. Əməliyyatdan üç-dörd gün sonra ağrılar başladı. Gördüm ki, ağrılar keçmir. Məni əməliyyat edən ümumi cərrah Edqard Nurməmmədovun yanına getdim. Ağrının səbəbini bilmədilər, əvəzində mənə ağrıkəsici dərmanlar verdilər. Trombositlərim az olduğu üçün ağrıkəsicilər qanımı aşağı saldı, bu da daha çox problem yaratdı. Təkrar xəstəxanaya getdim, bu dəfə dedilər ki, nevropatoloqun yanına get”.
Şikayətçi iddia edir ki, ona məlumat verilmədən kiçik qasıq yırtığı olan nahiyəyə dəstəkləyici propilen tor (setka) implantasiya ediblər. Onun səhhətində hazırda baş verən ağrılı proses məhz həmin implantın yerləşdirilməsi ilə əlaqədardır:
“Mən bunu biləndə, dedilər ki, dəstəkləyici tor qoyulmalı idi, çünki gələcəkdə yırtığın böyümək ehtimalı vardı. Əməliyyatdan sonra ağrılarım səngimirdi. Mən də hər dəfə xəstəxanaya gedirdim. Sonradan cərrah məsuliyyəti öz üzərindən atmağa çalışdı. Dedi ki, ağrı yoxdur, sənə elə gəlir. Səndəki sinir ağrısıdır, nevropatoloqa get. Mən də etiraz etdim ki, ağrı məndə əməliyyatdan sonra yaranıb. Cərrah dedi ki, altı-yeddi aydan sonra ağrı keçməsə, gələrsən, təkrar əməliyyat edərəm”.
Tural Əliyev Türkiyədə müayindən keçmək qərarına gəlib. “Memorial Şişli Hastanesi”ndə analiz verib:
“Laborator müayinədən sonra orada heç bir həkim təkrar əməliyyat edib toru çıxarmağı üzərinə götürmədi. Həkim mənə dedi ki, səni bədbəxt ediblər. İmplant tor ancaq ehtiyac olduğu halda, böyük yırtığa qoyulur. Səndə əməliyyata göstəriş olmayıb. Orada həkimlər bildirdilər ki, tor implantlar elə dizayn olunub ki, bədənə yerləşdiriləndən sonra ömürlük qalır, çıxarmaq çox təhlükəlidir. Söylədilər ki, biz onu çıxarsaq, həmin nahiyədə bütün sinirlər qopacaq. Həm də yazılı razılığın olmalıdır, çünki əməliyyat zamanı toxumluğun biri tamamilə çıxarılacaq. Bildirdilər ki, sinir ağrısının müalicəsi yoxdur. Biz sənə yalnız narkotik tərkibli dərman preparatları yaza bilərik. Bu da müvəqqətidir. Yaponiyadan başqa, bütün ölkələrlə danışmışam. Hamı eyni sözü deyir: bu əməliyyata zəmanət verilmir. Əgər həmin tor implant çıxarılsa, daha ağır problemlər yaranır, hətta insan ömürlük şikəst ola bilər”.
“Mənim kimi kilometrlərlə gəzən adam urogenital nahiyyədəki güclü ağrılara görə indi bütün gün evdə yatıram. Ağrıdan işləyə, ayaq üstə dayana bilmirəm”, - zərərçəkən deyir:
“Əvvələr aktiv həyat tərzi yaşamışam, idmanla, üzgüçülüklə məşğul olmuşam. Hazırda kirayədə qalırıq ,səhhətimə görə işimdən qalmışam. Düz bir ildir ki, bu ağrını özümlə daşıyıram. Bu əməliyyatdan sonra məndə ciddi kişi problemləri yaranıb. Göstəriş olmadığı halda, məni əməliyyat ediblər. Aydındır ki, eksperimental xarakterli əməliyyat olub. Bu adam məni laboratoriya siçovulu kimi istifadə edib. Mənasız yerə, açıq əməliyyatla bədənimə müdaxilə edərək, yad cism yerləşdirib. Halbuki, başqa həkimlər deyir ki, birinci mərhələdə yaranan yırtıqla ömrünün sonuna kimi rahat yaşaya bilərdin. Yanına gedəndə də, məni həyasızcasına qovur. Deyir ki, get kimə istəyirsən şikayət et. Baş Prokurorluğa müraciət edəcəyəm, cinayət işi açsınlar. Uroloq-androloq Emin Məmmədov varikosel əməliyyatını edib. Ümumi cərrah Edqard Nurməmmədov isə tor implant yerləşdirib. Bunlar pul qazanmağa görə insan həyatı ilə oynayıblar”.
Uroloq-androloq Emin Məmmədov Meydan TV-yə bildirib ki, varikosel əməliyyatı olduqca bəsit prosesdir, insan orqanizmi üçün hər hansı fəsad yarada bilməz:
“Bu adamın ciddi psixoloji problemləri var. Əməliyyatdan bir ay sonra gəldi ki, böyrəyim ağrıyır. Dedi ki, əməliyyat vaxtı böyrəyimə xətər yetirmisiniz. Tomoqrafiya etdirdi, məlum oldu ki, böyrək damarında genişlənmə var. Sonuncu dəfə daha irəli getdi, ümumi cərraha hədə-qorxu gəldi, dedi ki, səndən Baş Prokurorluğa şikayət edəcəyəm. Mənə otuz min manat pul verəcəksiniz. Həmin pul sizin üçün qəpik-quruşdur. Bizi təhdid edirdi. Pul istəyirdi. Özümüz bu adamla bağlı hüquq-mühafizə orqanlarına müraciət etməyi düşünürdük. Sadəcə, araya pandemiya düşdü. Onu da deyim ki, Tural Əliyevə iki əməliyyat, birinin qiymətinə olunub. Sığortası bitmişdi, ümumi cərrah ona yaxşılıq etdi. Əməliyyatdan sonra dəfələrlə USM müayinədən keçib, heç bir problem çıxmayıb”.
Şikayətçinin iddialarını cavablandıran ümumi cərrah Edqard Nurməmmədov deyir ki, torun qoyulması ağır, ya da qorxulu bir əməliyyat deyil:
“Bu adam sinif yoldaşımın tanışıdır. Özü gəlib ki, məni əməliyyat edin. Sığorta ilə əməliyyat olunub. Ondan fantastik məbləğdə pul alınmayıb. Sığorta ilə də minimum qiymətə, səkkiz yüz manata əməliyyat etmişik. Əməliyyatdan sonra bir ay boyunca üç-beş gündən bir sarğıya gəlib. Hər dəfə də onunla görüşürdüm. Ona yumşaq şəkildə tövsiyə etdim ki, ağrılarla bağlı nevropatoloqa gedin. Bildirdim ki, obssesiv adamlar üçün köməkedici dərmanlar var. Hirsləndi ki, mən dəli deyiləm. Əməliyyatdan öncə ona tor haqqında məlumat vermişik, hara istehsalı olduğunu da demişik. Ümumiyyətlə, tor qoyulmazdan öncə nədir, hara istehsalıdır- hamısı ilə bağlı xəstələrə məlumat veririk. Bu əməliyyat torsuz olmur. Çünki sonradan əməliyyatın təkrarlanma ehtimalı çox yüksəkdir. Təhsil aldığım universitetdə 13 yaşında uşağa belə tor qoyduğumuzu xatırlayıram. Çünki heç bir əks göstərişi yoxdur. Bu adam əməliyyatdan sonra üç-dörd yerdə dopler müayinəsi etdirib, hər hansı bir problem olmayıb. Əməliyyatdan bir neçə gün sonra tanışım olan başqa bir həkimə müraciət edib ki, mənə tor qoyulub-qoyulmadığını öyrənmək istəyirəm. Əməliyyat sığorta ilə olduğu üçün düşünüb ki, bunu aldadıram, tor qoymamışam. Əsəbləşdim ki, mənə inanmırsansa, niyə gəlib əməliyyat olunmusan? İkincisi, mən sənə böyük məbləğ deməmişəm. Mənə deyir ki, sizi məhkəməyə verəcəyəm, otuz min pul istəyirəm. Mən də demişəm ki, məhkəməyə verə bilərsiniz, mən işimin arxasındayam. Heç bir problem yoxdur”. Anaxeber/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Pənah Hüseynovla “Medistyle Hospital”ın işi prokurorluqda – Təfərrüat

    Pənah Hüseynovla “Medistyle Hospital”ın işi ...

    31-05-2018, 15:52

  • 
  • Əməliyyatı keçirən Samiraldodan AÇIQLAMA

    Əməliyyatı keçirən Samiraldodan AÇIQLAMA ...

    8-09-2017, 15:17

  • 
  • ​“Grand Hospital”da ölən qıza görə barışıq istənilir - Mərhumun valideynləri: “Həkim cəzalanmalıdır!”

    ​“Grand Hospital”da ölən qıza görə barışıq ...

    13-12-2017, 21:23

  • 
  • Bakıda 3 uşaq anasına qarşı həkim amansızlığı - “AYTƏN SƏFƏROVA SƏHVİNİ GİZLƏTMƏK ÜÇÜN ONU ÖLÜMLƏ ÜZ-ÜZƏ QOYDU...”

    Bakıda 3 uşaq anasına qarşı həkim amansızlığı - ...

    14-11-2018, 15:48

  • 
  • “MedEra Hospital”da Hippokratı görən olubmu? - GİLEY

    “MedEra Hospital”da Hippokratı görən olubmu? - ...

    10-06-2020, 12:21


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (261)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu