GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » “Qəbiristanlıq dirilərin də güzgüsüdür”-BAĞIROV XOFU VARMI?

“Qəbiristanlıq dirilərin də güzgüsüdür”-BAĞIROV XOFU VARMI?

Tarix: 13-02-2021, 15:23 Bölmə :Cəmiyyət Baxış: 825
“Qəbiristanlıq dirilərin də güzgüsüdür”-BAĞIROV XOFU VARMI?


“Qəbiristanlıqlar, məzar daşları və epitafiyalar sayəsində millətin cahilliyi və ya fədakarlığı haqqında mühakimə yürütmək olar”

Cozef Addison


31 yanvar təqvimi dünyada və Azərbaycanda əlamətdar haldır. Belə ki, həmin gündə dünyaca məşhur münəccim Vanqa və Azərbaycan dövlətçiliyində ilk Respublika quruluşlu dövlətin yaradılmasında əsas rol oynayanlardan biri və birincisi Məhəmməd Əmin Rəsulzadə anadan olub. Mənim üçün isə, 31 yanvar təqvimi xoş olmayan günlərdən biridir. Məhz həmin gündə hər kəsdən, hər cür qayğılardan uzaqlaşır, mobil telefonumu belə, söndürüb təkliyə sığınıram. Təkliyimi musiqi, mütaliə, cızma-qaralarla vaxt keçirir nostalji duyğularla keçmişimə səyahət edib, o günlərin həsrətini çəkirəm. Ən hüzurlu məkan olaraq da kitablar aləmini seçirəm. Elə bu minvalla ictimai nəqliyyatın işləmədiyi, 31 yanvarın bazar günü daimi məkanlarımdan olan “Pasaj Kitab Evi”nə doğru piyada yol aldım. Yasamal qəbiristanlığının yanından keçərkən özümdən asılı olmayaraq bir anlıq dayanıb, məzar daşlarına göz gəzdirməyə başladım. Adətən ölülər məkanında, əsasən də qeyri-müsəlman qəbiristanlığında gəzintini, müşahidəni xoşlayıram. Nə isə...
Bu an Böyük Vətən müharibəsi zamanı səmada rəşadət, cəngavərlik göstərərək qəhramancasına həlak olan Cahangir (Vladimir) Mir Cəfər oğlu Bağırovun məzarını ziyarət etmək eşqi qəlbimdə, beynimdə, ruhumda püskürdü. Adı çəkilən qəhramanımızın qəbrini ziyarət etməyi illərdir düşünsəm də, heç cür vaxt tapa bilmirdim. “Pasaj Kitab Evi”nə gedəcək yolum uzun olsa da, fikrim qəti şəkildə marşrutumu dəyişdi və qəbiristanlığa daxil olaraq əbədi sükut diyarının dərinliklərinə doğru irəlilədim. Ölülər diyarında Cahangir Bağırovun məzarının dəqiq yerini bilmirdim, ziyarətçilər də gözə dəymirdi ki, onlardan soruşam. Tərslikdən mollalarda “qeybə” çəkilib. 15-20 dəqiqə gəzdikdən sonra, əzizlərinin məzar daşlarını yuyub təmizləyən birinə rast gəlirəm. Ondan axtardığım məzarın yerini soruşduqda “bilmirəm” deyib işinə davam edir. Hərəkətimi davam etdirirəm. Nəhayət oturub müştərisini gözləyən bir ağsaqqal mollayla rastlaşıram. Sualımı ünvanladıqdan sonra: “Bala, dediyin məzar III sektor olan rus qəbiristanlığındadır”. Deyilən istiqamətə yol alıram. Rus qəbiristanlığına yaxınlaşmağımla paslanmış dəmir xaçlı qəbirlər, başdaşlarının parıltısı getmiş, yazıları oxunmaz hala düşmüş, bəziləri yerdəyişmə etmiş, uçub-dağılmış, böyür-başı zibilxanaya çevrilən baxımsız, sahibsiz məzarlıqlar göz oxşayırdı. Sanki, dilsiz-ağızsız daşlar “bizi də yad et” deyə çırpınırdı. Bu mənzərəni gördükdən sonra təyinat başına çatmağımın asan olmayacağına əmin oluram.

“Qəbiristanlıq dirilərin də güzgüsüdür”-BAĞIROV XOFU VARMI?


Qeyri-müsəlman qəbiristanlığında ikibir, üçbir əsasən son 4-5 ildə dəfn edilən azərbaycanlıların məzarları da gözümdən qaçmır. Məzarlıqlar arasında azmamaq üçün dərinliklərə baş vurmağa risk etmirəm. Bir qədər sonra, təsbeh çevirə-çevirə söhbət edən iki ağsaqqal mollaya “salam əleyküm” deyərək məqsədimi bəyan edirəm. Onların hər ikisi öz tərzinə uyğun yolu tərif etməyə çalışdılar. Heç nə anlamadığımı gördükdən sonra, onlardan biri : “Onsuz da doğru-dürüst izah edə bilmədik, gəl biraz addımlayaq yolu göstərim”. Beləliklə, məzarlıqların dərinliklərinə keçid edirik. Marağımı boğa bilməyərək : “Ağsaqqal, qəbirlərin çoxu baxımsızlıqdan pis günə düşüb. Məgər ruslar əzizlərinə qarşı bu qədər laqeyd, unutqan, yad olublar?”
Molla : “Allah səni saxlasın, indiki zəmanədə müsəlmanlar korlanıb. Valideynlərə, qohum-əqrəbaya, qonum-qonşuya bu dünyadaykən ehtiram göstərmir, o ki, qala ölüləri yad edələr. Müsəlmanlar mənəviyyatsızlaşıblarsa, rusları niyə qınayırsan?! Rus məzarlıqlarının bir çoxu yiyəsizlikdən, bir qismi isə bizim ölü-qəbr alveri edən haramzadələr ucbatından bu hala düşüb. Onlar, kimsəsiz məzarları sökür, ordakı qalıqları it-bata salıb yeri bizimkilərə satır”.
Qoca danışarkən bir anlıq düşündüm : “Bizim tolerantlıq ənənələrimiz ya bir çox ulitarist alverçilərdən yan keçib, ya bizlər Şimal qonşumuzla döyüş meydanında, intelektual, informasiya cəbhəsində güc göstərə bilməyib, onların ölülərini aşağılamaqla “qalibiyyət”imizi göstərir, ya da tolerantlığımız sadəcə “Amerika” xəyalıdır”
Etiraz “monoloq”unu bitirən molla mənə yolu tərif etdi (hərçənd təyinat başına tez çatmayacağıma əmin idim), ardınca da əlavə etdi : “Fevralın 14-də səksən yaşım tamam olacaq, yaşıma görə çox şey görmüşəm. Bu günkü vaxtda, qanunsuzluğun, özbaşınalığın, hər cür yezitdiyin baş alıb getdiyi bir dövrdə bizə Mir Cəfər Bağırov kimi rəhbər gərəkdir” deyərək xudafizləşdi. Yoluma davam edirəm, bir saata yaxın gəzişdim, gürcü, erməni məzarlarına da rast gəldim, fəqət Cahangir Bağırov gözə dəymirdi. Sonda gəlib qəbirisitanlığın qurtaracağı olan Mikayıl Müşviq küçəsinə çıxdım. Yol qırağında gül satanlara müraciət etdim, məzar daşı hazırlayanların yanına yolladılar, onlar “çoxbilmiş”lərinin hüzuruna göndərdilər, ordan-bura yollandım, hərə bir cür izahat verdi, yol göstərdi, amma məzara qərib qaldım. Məzarlıqlar içərsində donub qalmışdım. Bu vaxt üç nəfər qəbir qazanlar yaxud qəbiristanlıq işçiləri gözümə dəydi. Ən yaşlısının 27-30 yaş arasında olardı, biri isə, 16-17 yaşlı gənciydi. Onlardan kömək istəyəndə, məmnunluq duydular və qabağa düşərək “Bağırovun məzarı yaxınlıqdadır” deyərək mənə bələdçilik etdilər. Bu vaxt onlar içərisində, arxamca iki nəfərdən biri – gənc : “Bağırov kimdir?” deyə maraqlandı. Onun yoldaşı “keçmiş Prezidentimiz olub” cavabını verdi. Nəhayət təyinat başına çatırıq, yaşıl rəngə boyanmış dəmirlərlə çəpərlənmiş ailə məzarlığının qapısını açıb içəri daxil oluram. On dəqiqəyə yaxın sukutla, farağatla Cahangir Bağırovun məzarı qarşısında dayanıram. Ardınca digər məzarlardan seçilən, göz oxşayan, üzərində “M.C.Bağırov 1896-1956” qeyd olunan başdaşı qarşısında dayanıram. 2016-cı ildən bu məzar mövcud olsa da, orda uyuyanın 20 il rəhbərimizin olmasına şübhə edirəm. Çünki, qondarma məhkəmənin hökmüylə 1956-cı ilin mayında güllələnərək Bayıl həbsxanasının kimsəsizlər qəbiristanlığında adsız məzarda basdırılan M.C.Bağırovun qalıqlarının beş il (2016-cı ildə) bundan əvvəl tapılması və doğmalarının yanında yenidən dəfn olunması zamanı rəsmi DNT analizi aparılmadı və ya aparıldısa da, onun rəsmi nəticələri ictimaiyyətə işıqlandırılmadı. Yalnız mərhum rəhbərimizin bacısı Seyid Fatimənin nəvəsi, eləcə də Bağırov haqqında uzun illər müstəqil tədqiqatlar aparan Məmmədtağı Bağırov müsahibələrində əminliklə : “Burda həqiqətən də Bağırovun nəşi dəfn edilib.

“Qəbiristanlıq dirilərin də güzgüsüdür”-BAĞIROV XOFU VARMI?


Bayıl həbsxanasının güllələnmişlərin dəfn edilmiş qəbiristanlıqdakı məzarı açarkən ordan eynəyi və qəlyanı da özü ilə tapılmışdır. Həmin əşyaları bu gündə arxivimdə saxlayıram” deyərək şübhələrə cavab vermişdi. Təbii ki, mərhum Məmmədtağı bəyin dedikləri ruslar demiş : “jelezniy dokazatelstvo” (dəmir sübut) deyil. Nə isə...
Sevimli oğlunun dəfnindən sonra Bağırovun özü tərəfindən əzizlərinin məzarı yaxınlığında qoydurduğu skamyada əyləşərək, şübhəli başdaşını diqqətlə süzməyə başladım. Ölülər diyarındakı sahibsiz, baxımsız qalan onlarla, yüzlərlə məzarlardan fərqli olaraq, qış günəşinin zəif şəfəqləriylə parıldayan və üzərində qızıl rəngli hərflərlə “M.C.Bağırov 1896-1956” həkk olunmuş başdaşı sanki, “Mən ölməmişəm, hələ də varam! Xalqım, dövlətçiliyim üçün etdiklərimi saxtalaşdıra, başqalarının adına çıxara, unutdura bilməzsiniz”! bəyan edirdi. Başdaşına o dərəcədə fokuslanıb, transa düşmüşdüm ki, məni təyinat başına çatdıran bələdçi yoldaşların hələ də burda olmalarını və diqqətlə məni süzdüklərini belə, hiss etməmişəm. Bu vaxt : “Qardaş, bilirsən Bağırovun qəbrini nə qədər ziyarət edənlər var?” deyə məni transdan ayırdı. Çönüb baxarkən, qəbiristanlıq işçilərinin nəzərlərinin məndə olduğundan agah oldum. Onlardan biri yenidən dilə gələrək : “Deyirəm ki, rəhmətlik Bağırovun məzarını ziyarət edənlər çoxdur. Siz onun nəyisiniz?” Cavab olaraq: “Heç kimi. Sadəcə, Bağırovun Azərbaycan və xalqımız üçün xidmətlərini gec dərk edən bir vətəndaşam. İllərdir onun fəaliyyətini dərindən araşdırıb həqiqətləri ictimaiyyətə, xalqa çatdırmağa çalışıram. Ömür yetsə, onun haqqında kitab yazmağı düşünürəm. Xalq öz gerçək liderini tanımalıdır”. Sözümü tamamlayan kimi “aponent”im : “Qardaş, mən bisavad adamam, Bağırov haqqında bir kəlmə belə oxumamışam. Amma onun məzarını ziyarətə gələn insanların danışıqlarına, söhbətlərinə çox qulaq asmışam. Hər bura gələn onun kişi adam, kasıb-kusubun dayağı, rüşvətxorların, xalqın haqqını yeyənlərin qənimi olan, xalqımızı və Azərbaycanı daha böyük bəlalardan qoruyan biri olduğunu deyirlər. Bura gələn ziyarətçilərin hamısı yaltaq, yalançı ola bilməz. İndiki vaxtda televizoru açırsan “qanun qarşısında hamı bərabərdir”, “Vətəni hamımızındır”, “Vətən çağırır”, “Torpağı qorumalıyıq” deyilir. Amma nədənsə bu sözlərlə min bir əzabla, tərlə, güclə çörəyini çıxaran kasıbları ön cəbhəyə, müharibəyə yollayırlar. Onlar da canlarını, sağlamlığını, həyatını qurban verən zaman varlıların, vəzifəlilərin balaları kef-damağından qalmır. Reklam, göstəri üçün orduya yazılan kəmaləddinlərin və başqa nazir-deputatların balaları hardadı?! Rəhmətlik Bağırov öz oğlunu müharibədən saxlatdırmayıb, indikilər kimi oğlunun altına tank boyda maşınlar alıb şelləndirməyib, nə də bunu başqa vəzifəlilərin etməsinə imkan verib. Həddi aşan məmurları yerindəcə gəbərdib, qohumbazlıq, yerlibazlıq edən, kasıbın haqqını yeyənlərin anasını ağladıb, dədəsini yandırıb. Bu gün Bağırov kimi rəhbərimiz olsaydı, halallıqla qazandığımız az pulumuzla xan kimi yaşayardıq, qəpik-quruşa möhtac olub sürünməzdik”.
Ürəyi dolu olan müsahibimin on dəqiqəyə yaxın şikayət monoloqu dinlədim. Dediklərinin hər bir kəlməsi acı həqiqət olan qəbiristanlıq işçisinə nə cavab verəcəyini bilmədim. Bir qədər sükutdan sonra bunları əlavə etdim : “Bax, o dediyin özbaşınalıqlara, ayrıseçkiliyə, haqsızlıqlara və başqa naqisliklərə qarşı mübarizə aparmış Bağırovu öyrənməli, öyrətməli, təbliğ etməli, unudulmağa qoymamalıyıq. Sözümü bitirmişdim ki, dinləyicilərimin hər üçü : “Müəllim, xahiş edirik Bağırov barədə yazacağınız kitab çıxanda, birini də bizim üçün gətirin, qiymətindən asılı olmayaraq məmnuniyyətlə alarıq”. Baş üstə deyib onlarla xudafizləşdim. Məzarlıqda tək qalandan sonra yenidən M.C.Bağırov yazılan başdaşına nəzərlərimi yönəltdim və dərin düşünməyə başladım :
“Tarixi yaşadan yalnız kəşflər, arxeoloji qazıntılar, arxiv sənədlər, onların əsasında yazılmış əsərlər-kitablar, çəkilən sənədli filmlər, tikilən muzeylər, ucaldılan heykəllər, bərkidilən xatirə lövhələri deyil. Tarixi meteorit kimi alışdıran, sönməyə qoymayan zəhmətkeş, vicdanlı, düşünmə və qiymətləndirmə keyfiyyətlərinə sahib olan insanların öz tarixlərindən nəticə çıxarmasındadır.
Deməli, tarixi öyrənməyin, ondan nəticə çıxarmağın yazılmamış qanunları, metodları da var. Onlardan da biri, çətin anlarda, sosial bərabərsizliyin, özbaşınalığın, bürokratik təbəqələşmənin, klançılığın, nepotizmin və s. qanunsuzluğun hökm sürdüyü şəraitdə insanların (əsas da güzəranı acınacaqlı olan) söhbətlərinə qulaq vermək, vaxtaşırı məşhurlarımızın dəfn olunduğu qəbiristanlıqlara baş çəkənlərin hansı tarixi şəxsiyyətlərimizin başdaşı qarşısında kədərlə zəmanəmizin naqisliklərini dilə gətirərək şikayətlənib, həsrətində olduğu lideri, şəxsiyyəti haraylamasını müşahidə etmək gərəkdir. Sadalanan prosseslərə nəzər yetirib, nəticə çıxarmaq, hansısa kreslo sahiblərinin, siyasi təşkilatların, xarici qurumların diqtəsiylə ulayan-hürən “tarixçi”lərin, “tədqiqatçı”ların yarınmaqlıq, məddahlıq, sürtüklük kimi “bəzənti”lərlə yazdıqları kitablardan daha obyektiv, təsirlidir.
Ukraynalı sovet rejissöru, yazıçı, kinodramaturq Aleksandr Dovjenko deyir :
“Qəbiristanlıq dirilərin də güzgüsüdür”
Odur ki, dirilər üçün bu güzgü tarixi öyrənmək, nəticə çıxarmaq üçün də alternativ vasitələrdən biridir.
Artıq getmək vaxtının yetişdiyini yəgin etdikdən sonra M.C.Bağırov yazılı başdaşını sığalladım, qəhraman, cəngavər pilotumuz Cahangir Bağırovun məzarı qarşısında isə, hərbi salamla tənzim edib ailə məzarlığının qapısını bağladım.
Gedə-gedə düşünürəm : Bağırov xofu yoxdur deyə ölkədə son zamanlar :
- Düşmənlə sərhəddə, müharibədə əsasən yoxsul təbəqənin nümayəndələri sinəsini sipər edir;
- Şəhidlər məzarlığını su basır;
- Müharibənin vurduğu yaraların qaysaqlanmadığı, pandemiyanın at oynatdığı dövrdə məktəb direktorları özünə çalğılı, dəbdəbəli ad günü ziyafətləri təşkil edir;
- KİVDF sədri külli miqdarda yeyinti edir;
- Tarif şurası kefi istəyəndə benzinin, gözü doymayanda suyun qiymətini qaldırır;
- Adları millət vəkili olan, amma millətin dərdinə zərrə qədər də olsun məlhəm olmağa canları çıxanların 6-8 min azn məvacib alanda, işsizlərə min bir yoxlanış, süründürməçilik, bezikdirmədən sonra 190 azn dilənçi payı verilir. Bu
- Adı pulsuz olan səhiyyəmizdə “Covid-19” testi üçün 100-150 azn qiymət tarifi gözə soxulur. Ödəniş etməyənlərə qapı göstərilir.
Eləcə də demədiyim n sayda qanunsuzluq, özbaşınalıq nəin ki, ayaq alıb yeriyir, hətta qarşısına çıxanları tapdalayaraq geniş addımlayır. Xırdasından böyüyünəcən olan kreslo sahibləri kefi istədiyini edir, gen-bolluq içində üzür, qılınclarının qabağı da, dalı da, hətta qını da kəsir, doğrayır. Lakin buna baxmayaraq, indinin özündə belə, Mir Cəfər Bağırov adı çəkiləndə bir çox ikiayaqlı naqis vəzifə sahiblərinin rəngi ağarır, bədənlərini əsməcə tutur, siçan kimi girməyə dəlik axtarırlar.
İnanıram və əminəm ki, bir vaxt gələcək Bağırovdan ruhlanan, qismən də olsa, onun kimi xarakter, iradə sahibi olan şəxslər yetişəcək, cəmiyyətimizi naqislik saçanlardan sterlizasiya edəcək.
Odur ki, Mir Cəfər Bağırov ölməyib! O hər bir vicdanlı, fədakar, şərəfli, min bir əziyyətlə daşdan çörəyini çıxaran, dünənini unutmayan, bu gününə yanıb-tökülən insanların qəlbində yaşayıb, yaşayır, yaşayacaq da!

Abdulla İsmayıloğlu
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Xalq artistinin Məhəmməd Əmin Rəsulzadə barədə suala reaksiyası — "Yoldayam, fikrim yayınır"

    Xalq artistinin Məhəmməd Əmin Rəsulzadə barədə ...

    31-01-2018, 13:18

  • 
  • Əli Əsədovdan ictimai nəqliyyatın fəaliyyəti ilə bağlı QƏRAR

    Əli Əsədovdan ictimai nəqliyyatın fəaliyyəti ilə ...

    26-12-2020, 12:48

  • 
  • Əli Kərimli: 'Rəsulzadə millətin gerçək lideridir'

    Əli Kərimli: 'Rəsulzadə millətin gerçək lideridir' ...

    31-01-2017, 20:34

  • 
  • Bu günün Ramazan təqvimi

    Bu günün Ramazan təqvimi ...

    10-07-2013, 00:06

  • 
  • Məhəmməd Əmin Rəsulzadənin vəfatından 64 il ötür

    Məhəmməd Əmin Rəsulzadənin vəfatından 64 il ötür ...

    6-03-2019, 12:27


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (511)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu