Polis polkovniki Sadiq Gözəlov çalışmanın yaş həddinə çatdığına görə tutduğu vəzifəsindən azad edilib.
65 yaşlı polis polkovniki Əmək Məcəlləsinin 70-ci maddəsinə uyğun olaraq (çalışmanın yaş həddinə çatdığına görə) Fondun icraçı direktoru (mülki) vəzifəsindən azad edilib. Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov polis polkovniki Sadiq Gözəlovu qəbul edib. Daxili işlər orqanlarında qüsursuz xidmətlərinə, uzun müddət rəhbərlik etdiyi DİN mətbuat orqanında vəzifələrini layiqincə yerinə yetirdiyinə, habelə anadan olmasının 65 illik yubileyi və təqaüdə çıxması münasibətilə S.Gözəlov fəxri fərmanla təltif olunub. Gundemxeber.Az bildirir ki, məlumatı DİN-nin Mətbuat xidməti təsdiq edib.
Sorğu
Yeni dizaynımız necədir?