GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » CƏNNƏTDƏKİ İLK YAŞIN

CƏNNƏTDƏKİ İLK YAŞIN

Tarix: 16-02-2021, 16:37 Bölmə :Cəmiyyət Baxış: 372
CƏNNƏTDƏKİ İLK YAŞIN


Hər bir canlı kimi insan da bu həyata doğular. Hər nəfəsi həyatda bir ilmə, bir naxış toxuyar. Hər addımı onu bir az böyüdər. Geridə qoyduğu ömürə hər yeni yaş günündə nəzər salar. Bu yaşa mən nə sığdırdım deyə öz - özünə suallar verər. Ömrünün ötən yaşına bir qəhrəmanlıq salnaməsini yazmağı sığdıran, şücaəti ilə dildən-dilə düşən, doğulduğu gündən Qarabağ adlı həsrət nəğməsinin zümzüməsini eşidən qəhrəman şəhidimiz İbrahimov İbrahim Etibar oğlu. Şəhidim, biz sənin miras qoyduğun azadlığın işığına toplanmışıq. Sənsə əbədiyyətdə Allahın cənnət adlı ecazkar əsərinin sehrinə dalmısan. Necə ki, biz sənin ecazkar şəhid adının sehrinə dalmışıq. Hər kəsə nəsib olmaz şəhid kimi şəhadətdə yeni yaşa dolmaq. Ancaq sən buna layiq görülmüsən. Bilirəm, cənnətinin qonağı çoxdur. Yolunun yolçuları indi səninlə bərabərdi. Bu dünyada sənsizliyin ağır yükünü daşıyan sevdiklərin sənin məqamını düşünüb təsəlli tapırlar. Sən 1992-ci il fevralın 18 - də dünyaya gəlişinlə ailənin ruhun isitmişdin. İndi hər kəs səni təbrikə məzarın üstə gəlir. Sən cənnətdən onları görürsən. Sinə daşına çəkilən sığalları, sənə deyilən laylaları duyursan şəhidim. Qısa ömrünə nələri sığdırmadınki? Güvəni, inamı, sevgini, sədaqəti, mərhəməti sətir - sətir yazdın. Bircə atalıq hissini yaşaya bilmədin. O "ata" kəlməsini eşitmədin. Sən sevdiyini də doya-doya oxşamadın, cəmi 14 ayın cütlüyü oldunuz. Gülsümünün ürəyində böyük sevginlə silinməyən iz qoydun və getdin. Səninlə sevincə qucaq açan bir qadın sənsiz kədərin ağuşuna atıldı. Sənsizlik nə qədər çətin olsa da səni sənsiz yaşatdığı addımlara tutunur Gülsümün. Yenə sənə "İbim" deyir. Bu oxşama mənə çox təsir edir. Övlad beşiyi başında oxşamalar deyəcəyi vaxtında yar məzarında oxşamalar deyir. İndi sənin məzarındı onun evi - eşiyi. Hər gün məzarını gül-çiçəklə bəzəyir. Cansız məzar daşından sevgi gözləyir. Şəhidim, bir qadının yaşaya biləcəyi ən ağır sınağı yaşayır sevdiyin. Artıq səsinə də həsrətdi, nəfəsinə də. Heç olmasa yuxularında onu tək buraxma. Heç olmasa gecələrin gəlişini səbirsizliklə gözləsin ki, yaşamağa bir səbəbi olsun.
     Sizin sevginiz çox böyük sınaqlardan çıxdı. 2012-ci ildə ilk baxışla yaranan sevginin yollarını daş - kəsək, tikanlı məftillər çox kəsdi. Əgər Gülsümün ailəsi ilkdən sənin ürəyindəki sevginin böyüklüyünü görə bilsəydilər bu sevgiyə əngəl olmağa çalışmazdılar. 5 illik mübarizədən sonra siz ayrılıb 1 ilin hər gününü göz yaşı töküb zülüm çəkməzdiniz. Ancaq ailə qarşı çıxsa da Allah sizin namazda, duada bir-birinizə qovuşmağınızı diləmək arzunuzu duydu. 7 illik sevgi bütün əngəlləri aşmağı bacardı. Sanki bir möcüzə baş verdi. İllərlə yubanan sevgi bir anda qovuşmağa tələsdi. 2019-cu il avqustun 2-də İbrahim və Gülsüm sevgisi nigah masasında təsdiqləndi. Sevənlər qovuşdular.
      İbrahim hələ 1998-ci ildə təhsil aldığı 15 N - li tam orta məktəbdə vətənə olan sevgisi ilə seçilirdi. İndi həmin məktəbin şagirdləri İbrahimin qəhrəmanlığını örnək götürürlər. İbrahim həqiqi hərbi xidmətə 2010-cu ilin aprelində gedib, 2011-ci ilin oktyabrında bitirmişdi. Lakin onun ürəyindəki vətən sevgisi onu hər zaman hərbiyə doğru çəkirdi. Beləliklə İbrahim 2020 - ci il sentyabrın 6 da ordu sıralarına yazılıb MAXE kursunu müvəffəqiyyətlə başa vurdu. İbrahim az müddətdə ordu sıralarına yazılmasına baxmayaraq onun alnına Qarabağın azadlıq müjdəçisi olmaq yazılıbmış. Oktyabrın 17-də 6 saatlıq ailəsi ilə görüşməyə gəldiyi zaman hər kəslə halallaşıb, vidalaşdı. Nəfəsi bildiyi Gülsümünə "Həmişə başını dik tut, məğrur dur. Çünki sən hərbçi xanımısan. Sevgini mənə halal elə. Səni heç bir zaman unutmayacam. Şəhid olsam da ruhum səni unutmayacaq. Çünki mən səni ruhumla sevirəm. Hər zaman sənin yanında olacam." sözlərini dedi və əbədi vidasını etdi.
       18 oktyabrda döyüşlərin ən çətin məqamında İbrahim Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərə qatılıb. Günbəgün irəliləyən yenilməz ordunun mərd əsgərləri sırasında öndə gedən İbrahim daha sonra Füzuli, Zəngilan, Xocavənd uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşub. 30 oktyabrda Gülsümə zəng edib o torpaqların gözəlliyindən danışıb. "Bu gün mənə və əsgər yoldaşlarıma çoxlu dua edin. Bu gün şəhid olmasaq daha yaşayacağıq" deyir. Gülsümünü Allaha əmanət edir. Həmin danışıqdan yarım saat sonra Xocavənddə bir yüksəklikdə şəhid olan yoldaşlarını götürmək üçün bir əməliyyat başlanılır. İbrahim hamıdan öndə gedir. Həmin zaman yanına mərmi düşür. Cismi yaralanan İbrahimin son sözləri "Ay Allah, mən yaralandım?" sualı olur. Hər zaman deyirlər "Şəhidlər acı duymadan şəhadətə qovuşurlar." Bu onun bir bariz nümunəsidir. Həmin gün Gülsümün ürəyi sanki hər şeydən hali imiş kimi narahat olur. Durmadan ağlayan Gülsümə sanki İbrahim özü şəhidlik xəbərin çatdırır. Oktyabrın 31-i artıq İbrahimin şəhid xəbəri gəlir. Gülsümün o anda ağlına İbrahim döyüşə getdiyi anda gördüyü yuxu gəlir. O zaman Gülsüm Allahdan yuxusunun çin olmamağını istəmişdi. Ancaq o yuxu hər anı ilə gerçəyə döndü. Gələn hərbiçilər, İbrahimin şəkili və bayraq. "İlahi, bu gerçəkdimi? Yoxsa yenə yuxu görürəm" deyən Gülsüm bu gerçəyə tab edə bilmir. İki gün ancaq iynə gücünə ayaqda qalan Gülsüm oktyabrın 2-də İbrahimin bayraqlı tabutuna qovuşur. İllərlə həsrət çəkdiyini düşünən Gülsüm əsil həsrətin yarının tabutunu çiyinlərində aparanda başladığını anlayır. Bütün Naxçıvanlılar bu nakam ömrə, nakam sevgiyə ağlayır. Sevdiyinin üstünə ilk torpağı atmağa əli gəlməyən Gülsüm sevdiyinin məzarına ilk gülləri düzür. Bu mənzərə ürəkləri yandırıb kül edir. Elə Gülsümün yanan ürəyi kimi.
      - Bu xalq qanları ilə tarix yazan qəhrəmanları unutmayacaq. İbrahim də xalqın qəhrəman oğlu olaraq hər zaman xatırlanacaq. O mənim qəlbimdə əbədi olaraq qəhrəmanım olaraq yaşayacaq. Mən İbrahimin nəfəsini, varlığını hiss edirəm. Əbəs yerə demirlər ki, "şəhidlər ölməz".
      Bu sözləri bir şəhidin xanımı deyir. Biz bu məğrurluqdan güc alırıq. Acısı boyunu aşan insanların məğrur duruşu hər birimizə güc verir.
     Şəhid İbrahimov İbrahim Etibar oğlu şəhadətindən sonra Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə göstərdiyi şücaətlərə görə "Vətən Uğrunda", "İgidliyə görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

ŞƏHİD

Ömrünü vətənə calayan şəhid,
Ömrünə cənnətdə ilmə toxunur.
Bu gün olmadığın fani dünyada,
Adına "hədiyyə" Quran oxunur.

Bilirəm cənnətin ən gözəl yerin,
Tanrı layiq bilir şəhid olana.
Torpaq şəhidini bağrına basır,
Olur övladına əbədi ana.

Neçə ürəklərin qəmli nəğməsi,
Qəmli nəğmələrin son nidasısan...
Ürəyi dərdinə qərq olanların,
Dilinin əzbəri, tək duasısan.

Səni unutdurmaz qərinələr də,
Laylası əbədi oxunan şəhid.
Bir məzar daşında gülüşü donan,
Baxışı ürəyə toxunan şəhid.

        MANYA SƏXAVƏTQIZI
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Daha bir şəhidimiz torpağa tapşırıldı

    Daha bir şəhidimiz torpağa tapşırıldı ...

    2-08-2014, 16:58

  • 
  • Dostum,el ağsaqqalı Vaqif Qüdrətə

    Dostum,el ağsaqqalı Vaqif Qüdrətə ...

    22-12-2015, 13:01

  • 
  • Aybəniz Haşımova şəhid olan əri ilə fotosunu paylaşdı

    Aybəniz Haşımova şəhid olan əri ilə fotosunu ...

    4-10-2013, 13:26

  • 
  • Şəhidimiz bu gün torpağa tapşırılacaq - Nişanlı imiş

    Şəhidimiz bu gün torpağa tapşırılacaq - Nişanlı ...

    8-01-2020, 13:42

  • 
  • "Tikim sənin şeirini, qəzəlini" - Jurnalist Elza Seyidcahana şeirlə cavab verdi

    "Tikim sənin şeirini, qəzəlini" - ...

    3-09-2017, 09:25


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (511)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu