Bu gündən etibarən Azərbaycan vətəndaşları neqativ koronavirus test nəticəsini (“PCR” test- red.) təqdim edərək hava yolu ilə Gürcüstana səfər edə biləcəklər.
Bu gündən qüvvəyə minən yeni qayda fevralın 24-də elan olunub.
Gürcüstan Qurumlararası Koordinasiya Şurasının qərarına əsasən, yeni qaydalar Azərbaycanla yanaşı Ukrayna, Qazaxıstan, Ermənistan, Rusiya və Belarus vətəndaşlarına da şamil edilib.
Qaydalara əsasən, bu ölkələrin vətəndaşları Gürcüstana daxil olmazdan əvvəl son 72 saat ərzində əldə edilmiş test cavabını hava limanında təyyarəyə minərkən təqdim etməlidir. Həmin şəxslər Gürcüstana səfərlərinin üçüncü günündə yenidən öz hesablarına test verməlidirlər.
Qeyd edək ki, Gürcüstanda beynəlxalq aviareyslərin fevralın 1-dən etibarən bərpa olunmasına baxmayaraq Azərbaycan daxil olmaqla bir sıra ölkələrin vətəndaşları yalnız tam vaksinasiyadan keçdiklərinə dair arayış təqdim edərək ölkəyə daxil ola bilərdilər.
Sorğu
Yeni dizaynımız necədir?