Bakıda tikinti şirkətində bədbəxt hadisə baş verib.
Hadisə Yasamal rayonu ərazisində fəaliyyət göstərən tikinti şirkətlərinin birində qeydə alınıb.
İş zamanı əli elektrik dəzgahına düşən 1979-cu il təvəllüdlü Heydərov Namiq Bəhrəm oğlu təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Həkimlərin səyinə baxmayaraq onun sağ qolu amputasiya olunub.
Sorğu
Yeni dizaynımız necədir?