"102 xidmətinə başqa vaxt zəng edəndə 3 dəqiqə sonra geri zəng gəlirdi, araşdırmağa çağırırdılar. 3 gündür zəng etsəm də, DİN-ə yazışmaların orijinalını və saxtalaşdırıldığını göstərmək istədiyimi bildirsəm də, əvvəl heç bir reaksiya olmadı. Sonra dedilər ki, saxtalaşdırıldığını göstərsən, açıqlama yayacağıq ki, saxtadır. Apardım, göstərdim, gözlədim. İndi də deyirlər qanuni müddət var, araşdırma bitəndə məlumat verəcəyik".
Gundemxeber.Az xəbər verir ki, bu sözləri ictimai fəal Bəxtiyar Hacıyev, sosial şəbəkələrdə saxtalaşdırılaraq onun adından yayılan yazışmalar barədə Daxili İşlər Nazirliyinə (DİN) etdiyi müraciət haqqında məlumat verərkən yazıb.
Məsələ ilə bağlı DİN-in mətbuat katibi Ehsan Zahidov açıqlamasında bildirib ki, Bəxtiyar Hacıyevin müraciəti araşdırılır:
"Bəxtiyar Hacıyev Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzinə müraciət edib. Onun müraciəti aidiyyatı üzrə Yasamal rayon Polis İdarəsinin 27-ci polis bölməsinə göndərilib. Sonra Bəxtiyarı dəvət ediblər, ərizəsi, izahatı alınıb və hazırda araşdırma gedir. Araşdırmadan sonra açıqlama olacaq”.
Xatırladaq ki, mart ayının 9-da sosial şəbəkələrdə ictimai fəal Bəxtiyar Hacıyevlə psixoloq Nərmin Şahmarzadə arasında keçdiyi iddia olunan yazışmalar yayılıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?