GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Finita la comedia və ya rüsvayçı “inkişaf”

Finita la comedia və ya rüsvayçı “inkişaf”

Tarix: 5-04-2021, 10:07 Bölmə :Cəmiyyət Baxış: 608
Finita la comedia və ya rüsvayçı “inkişaf”


“İlk əsaslanmalı olduğumuz cəhət – motivasiyalı oyunçulardan ibarət güclü kollektiv yaratmaqdır. Oyunçuların öz ölkəsi, azarkeşləri və özləri üçün döyüşməsini görmək istəyirəm”.

Bu sözlər 2020-ci ildə Latviya yığmasının sükanı arxasına keçən 40 yaşlı yerli məşqçi Daynis Kazakeviçə məxsusdur. Heç iki milyon əhalisi olmayan Latviyanın A milli komandasının baş məşqçisinin peşəkar futbolçu belə adlandırmaq olmaz. Belə ki, 8 illik futbolçu karyerasının yeddi ili “DÜŞS Elqova” futbol klubu ilə bağlıdır ki, adıçəkilən komandanın aşağı yaş qruplarında və olduqca qısa bir müddətdə isə I liqa təmsilçisi “Dialoq”da top qovub. 18 yaşında isə futbolçu karyerasını bitirib.
Peşəkar futbolçu karyerası alınmayan D.Kazakeviç 20 yaşında Latviyanın II liqa təmsilçisi “Viola” klubunun sükanı arxasına keçir. Onun rəhbərliyi altında komanda 2003-cü ildə I liqaya, 2009-cu ildə Latviya Visliqasına yüksəlir. 2009/10-cu il mövsümündə isə D.Kazakeviçin komandası ölkə kubokunun qalibi olur. 2012-2013-cü illərdə gənc mütəxəsis Latviya Futbol Federasiyasında (LFF) idman direktoru, 2013-2020-ci illərdə isə Latviyanın U-21 yığmasının baş məşqçisi olur. İki il ərzində əcnəbi məşqçilərlə heç bir uğur əldə edə bilməyən LFF-sı 20 yanvar 2020-ci ildə ölkənin bir nömrəli komandasının taleyini D.Kazakeviçə həvalə edir.
LFF ilə AFFA eyni ildə (1992-ci il) yaranmasına baxmayaraq latviyalılar uğurlu strateji xətt cızaraq öz milli komandalarını zirvələrə daşıya bilirlər. Məhz bunun məntiqli nəticəsi kimi Latviya millisi 2004-cü ildə AÇ-na vəsiqə qazanır. Onu da xüsusi vurğulayım ki, post sovet məkanı ölkələri içərisində Rusiya millisindən sonra qitə miqyaslı turnirdə iştirak edən ikinci milli komanda məhz Latviyadır. Son 17 ildə Latviya futbolunda nəsil dəyişməsinə görə FİFA reytinqində xeyli geriləyiblər. Lakin buna baxmayaraq, 30 mart 2021-ci ildə İstanbuldakı Atatürk stadionunda FİFA reytinqində 136-cı yerdə qərarlaşan, 8,55 milyon avro büdcəli latviyalılar FİFA reytinqində 32-ci yerə və 227 milyon avro büdcəyə sahib olan Türkiyə yığmasına yaşıl meydanda “Çanaqqala savaşı” göstərərək tablodakı yekun hesabı 3-3 etdilər. Pribaltika təmsilçisi ay-ulduzlulardan əvvəl Hollandiya və Monteneqro milliləri qarşı oyunlarda məğlub olmalarına baxmayaraq, həmin matçlarda da xarakter, diş göstərdilər.
Latviya millisini misal çəkməklə vurğulamaq istəyirəm ki, necə olur futbol üzrə SSRİ çempionatında yeganə təmsilçisi “Riqa” klubu ilə ən yaxşı göstəricisi 1951-ci ildə turniri 11-ci pillədə başa vurmağa nail olan bir ölkə, ittifaq dağıldıqdan 12 il sonra AÇ-na vəsiqə qazana bilir, bu gündə öz mübariz oyunu ilə göz oxşadığı halda, elə həmin ittifaq çempionatında ən yaxşı göstəricisi 3-cü yerlə bürünc mükafatçı olan “Neftçi” klubuna sahib, dünya futboluna Anatoli Banişevski, Tofiq Bəhramov kimi ulduzlar bəxş edən, D.Kazakeviçdən qat-qat üstün, peşəkar futbolçu karyerayasına, məşqçilik bacarığına malik veteran futbolçuları olan Azərbaycan isə hələ də seçmə mərhələlərin qruplarının dibində zəncirlənib?!
90-cı və 2000-ci illərin əvvəllərində futbolçularının maddi durumları, təminatları acınacaqlı olan, hətta eyni forma ilə məşq edib meydana çıxan, Portuqaliya, İsveçrə, Sebiya və Çernoqoriya kimi komandaları döyüşkənliyi ilə büdrədib qələbə, xallar qazanan Azərbaycan millisi niyə yoxa çıxdı və ya bugün maddi rifah, təminat, infrastruktur, şərait baxımdan zəngin olan bizlər nə üçün bataqlığa yuvarlanmaqdayıq? Sanki, bu gün Azərbaycan yığması meydanda 11 nəfərlə futbol oynamağa yox, 11 nəfərlə öz qapı xəttində yığışan və sonda yırtığa çevrilən nizamsız qrupdur. Bəs, bu cür geriyə reaksiyalı “tərəqqi”ni necə baş verdi?!
Hə, yadıma düşdü! Yuxarıdakı sualların cavabı son 13 ildə AFFA-ın sükanı arxasında əyləşən, ölkə başçısının futbolun inkişafına dair ayırdığı yüz milyonlarla vəsaitləri şəxsi ciblərinə ötürən, “Şəmkir”, “Viləş”, “Karvan”, “Standart”, “Rəvan”, “MKT-Araz”, “Standart”, “Neftçala”, “Bakı”, “Xəzər-Lənkəran”, “Azal” və s. klubları darmadağın edən, onlarla futbolçuların karyerasını vaxtından çox əvvəl sonlatdıran, uşaq futbolunu dəfn edən, yerli təcrübəli məşqçiləri gözüm çıxdıya salan, beynəlxalq səviyyədə baş məşqçi kimi uğuru, təcrübəsi olmayan torreslərin, yurçeviçlərin başlarına milyonlarla dollar-avrolar tökməklə Bazardüzü dağına belə qaldıra bilməyidi Azərbaycan millisini indi də De Byazinin avantürist vədləriylə Everest zirvəsini fəth etməyi düşünən, zirvə fəthi yolunda hələ irəli bir addımlıq sıçrayış etmədən ildırım sürətiylə geriyə dığırlatdıran Rövnəq Abdullayev ilə Elxan Məmmədovdadır.
Ən acınacaqlı faciə isə Azərbaycan millisinin fiaskolarında Byazi avantürasına AFFA limitsiz yaşıl işıq saçmaqla, italiyalı isə jurnalistlərin ona ünvanladığı : “Bu oyun fəlsəfəsinə bundan sonra da sadiq qalacaqsınız? sualına: “Yaxşı sualdır, hətta gülmək istəyirəm” deməklə aydınlıq gətirir.
Yadıma 15-16 il əvvəl Fərda Xudaverdiyevin öz şou verlişində yığmamızın sabiq baş məşqçisi Şahin Diniyevi yumorla parodiya etməsi yadıma düşdü. Həmin parodiyada Şahin Diniyevə sual ünvanlanır ki, “Bəs millidən daha yaxşı nəticələr, qələbələr nə vaxt görəcəyik?” Cavab olaraq “Əşşi, bir gözləyin da! Yavaş-yavaş inkişaf edirik, əvvəl 0:6, 0:5 hesablarıyla uduzurduq, indi 0:3-lər davam edir, sonra 0:2-lər, minimal hesablı məğlubiyyətlər, ardınca qolsuz heç-heçələr başlayacaq, yerimə göz tikənlər sevinməsinlər hərdən də bir Finlandiyanı udduğumuz kimi sensasiyalar olacaq”.
Bir vaxtlar gülüş şousundakı ifadələr reallığa çevrildi. Artıq hansısa komik aktyor yox, Azərbaycan millisinin gəlib-getmiş əcnəbi baş məşqçiləri ictimaiyyət qarşısında istehzalı ifadələri rahatlıqla bildirmək ənənəsini qoydular. Bu gündə həmin ənənəni Byazi - “Azərbaycan millisini yavaş-yavaş böyüdəcəyik” ifadəsini tez-tez vurğulamaqla davam etdirir. Parodiyanın kuliminasiya nöqtəsi və “finita la komediyası” Ş.Diniyevin Qol.az saytına müsahibəsində: “Moldova, Belarus 0:8 hesabı ilə uduzur, bizdə isə irəliləyiş var” ifadəsidir.
Sonrada yığmanın yaşıl meydanındakı teatr nümayişinə alqış etməyib, ürək ağrısı ilə AFFA-ın “islahat”larını, millinin rolu arxasındakı əcnəbi “strateq”lərinin gerçək “faydalı” iş əmsalını dilə gətirən Nazim Süleymanov, Ramiz Məmmədov, Zaur Ramazanov, Mahmud Qurbanov kimi veteranlarımız “kardinal” Rövnəq Abdullayev ilə “vitse-kardinal” Elxan Məmmədov tərəfindən “anafema”ya məruz qoyulur.

P.S Acından ölən Ermənistanın A milli komandası son 3 oyunda maksimum xal toplayaraq yer aldığı qrupda Almaniya yığması kimi nəhəngidə geridə qoyub vahid lider olmaları ilə geddiş addımlarla inkişaflarını bütün dünyaya göstərəndə, bizlər hələ də AFFA-ın “islahat”ları, gəlmələrin utopik avantüraları nəticəsində yaşıl meydanlarda rüsvay olmağımıza inkişaf deyirik.

Abdulla İsmayıloğlu
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Oğurluğa görə həbs olunan futbolçu sərbəst buraxıldı

    Oğurluğa görə həbs olunan futbolçu sərbəst ...

    19-09-2017, 16:28

  • 
  • Məşhur futbolçu həbs edildi

    Məşhur futbolçu həbs edildi ...

    13-10-2015, 17:12

  • 
  • İki futbolçu "Xəzər Lənkəran"dan qovuldu

    İki futbolçu "Xəzər Lənkəran"dan qovuldu ...

    17-01-2016, 15:43

  • 
  • La Liqa təmsilçisindən rəsmi transfer

    La Liqa təmsilçisindən rəsmi transfer ...

    16-01-2016, 12:45

  • 
  • "Arsenal" türk əsilli futbolçu ilə anlaşır

    "Arsenal" türk əsilli futbolçu ilə ...

    25-09-2015, 14:16


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu