"Xəzər Lənkəran" Futbol Klubunun daxili nizam intizam kodeksini kobud şəkildə pozduğuna görə futbolçular - Elvin Mirzəyev və Kazım Kazımlı klubdan uzaqlaşdırılıblar.
Qafqazinfo xəbər verir ki, digər üç futbolçu Elşən Rzazadə, Elnur Cəfərov və Kamran Abdullazadə isə transferə çıxarılıb. Əsas komandanın toplanışına baxışa digər klublardan futbolçular dəvət olunub ki, bu haqda əlavə məlumat veriləcək.
Klubdan bildirilib ki, "Xəzər Lənkəran" klubunun əsas komandası ilə yanaşı bütün aşağı yaş qruplarının məşqləri plan üzrə davam edir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?