GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Abutalıbovun bu qərarı onu həbsə apara bilər - TƏFƏRRÜAT

Abutalıbovun bu qərarı onu həbsə apara bilər - TƏFƏRRÜAT

Tarix: 7-04-2021, 12:25 Bölmə :Cəmiyyət Baxış: 282
Abutalıbovun bu qərarı onu həbsə apara bilər - TƏFƏRRÜAT


Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) keçmiş Aparat rəhbəri Rasim Quliyevin həbsi diqqəti dərhal sabiq mer Hacıbala Abutalıbovun personasına yönəldib. R.Quliyevə Cinayət Məcəlləsinin iki maddəsi -314-2.3-cü (Qanunla müəyyən olunmuş qaydaları pozmaqla torpaq sahələri ayırma, yaxud tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb.

R.Quliyev aprelin 2-də Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb və məhkəmənin qərarı ilə barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

2001-ci ilin yanvar ayından BŞİH başçısı olan Hacıbala Abutalıbov 2018-ci ilin aprelində Prezident İlham Əliyev sərəncamı ilə işdən çıxarılıb. O, baş nazirin müavini təyin edilib, sonra isə təqüdə göndərilib. Hacıbala Abutalıbovun 17 illik mer dönəmində BŞİH-in tabeliyində olan müəssisələrdə baş verən korrupsiya ilə bağlı ölkə mətbuatında çoxsaylı məlumatlar dərc edilib. BŞİH-də korrupsiya və rüşvətxorluğun ən çox tüğyan etdiyi sahələrdən biri isə təmir-tikinti sahəsi olub.

BŞİH başçısı təyin edilən Eldar Əzizov isə dərhal Abutalıbovun dövründəki verilmiş qərarlar da daxil, bütün strukturlarında tam və hərtərəfli şəkildə yoxlamalar aparılması üçün komissiya yaratdı. Hələ o vaxt da bildirilirdi ki, Hesablama Palatası da daxil, hökumət strukturlarının cəlb edilmiş yoxlamaların nəticəsi olaraq meriyada Abutalıbovun dövründə vəzifə tutmuş məmurlar qanun qarşısında cavab verməli olacaqlar, sabiq merin məsuliyyəti də gündəmə gələcək.

Yoxlamalarla bərabər, BŞİH-də Abutalıbovun kadrlarının da işdən uzaqlaşdırılması başlandı. 2018-ci ilin sentyabrında dünən həbs edilən Bakı Şəhər İcra Hakimiyyətinin Aparat rəhbəri Rasim Quliyev də tutduğu vəzifədən azad edildi. R.Quliyev o zaman açıqlamasında demişdi ki, öz istəyi ilə tutduğu vəzifədən azad edilib: "Öz xahişimlə Aparat rəhbəri vəzifəsindən azad edilmişəm və Bakı Şəhər İcra Hakimiyyətinin Xarici Əlaqələr Departamentinə sədr təyin olunmuşam". Amma o, departament rəhbəri vəzifəsində də çox qalmadı, 2019-cu ildə bu vəzifədən də uzaqlaşdırıldı.

E.Əzizov BŞİH-də araşdırmaya və “təmizləmə”yə əlbəttə ki, Prezidentin tapşırığı ilə başlamışdı. Çünki dövlət başçısı xüsusilə Bakıdakı qanunsuz tikintilərdən narazı idi. Prezident Abutalıbov vəzifəsindən uzaqlaşdırılandan sonra- 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına dair nazirlərin iclasda bu barədə sərt danışmışdı. Sitata diqqət edək: “Bakı şəhərində və digər şəhərlərdə qanunsuz tikililərə son qoyulmalıdır və son qoyulur. Müvafiq sərəncam imzalanıb, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin icazəsi olmadan bir dənə də bina tikilə bilməz. Bu məsələ ilə bağlı mən əvvəllər də fikirlərimi bildirmişəm. Bu gün deyə bilərəm ki, artıq bu məsələ öz həllini tapıb. Çünki əvvəlki dövrlərdə təqsiri bələdiyyələr rayon icra hakimiyyətlərinin, rayon icra hakimiyyətləri Bakı Şəhər İcra Hakimiyyətinin, Bakı Şəhər İcra Hakimiyyəti bələdiyyələrin, yəni bir-birinin üstünə atırdılar. Amma əslində hamısı əlbir idilər. Çünki qanunsuz tikililərdən böyük qazanc əldə edirdilər”.

Paytaxtda bina tikintisi Bakı Şəhər İcra Hakimiyyətinin səlahiyyətində olan zaman tikintiyə icazə sənədi verildi. Hacıbala Abutalıbov R.Quliyevə rəsmi surətdə, qanunla səlahiyyət verib ki, tikintinin aparılmasına dair sənədə qol çəksin. Bildirilir ki, 2017-ci ilədək bu səlahiyyət BŞİH başçısının müavini Rauf Pənahovda olub. Onun vəfatından sonra isə səlahiyyətlərinin icrası müvəqqəti olaraq Rasim Quliyevə həvalə edilib. Heç şübhəsiz ki, tikinti ilə bağlı sənədlərin imzalanması birbaşa Abutalıbov göstərişi və razılığı ilə həyata keçirilib. Bu işi R.Quliyev nə təkbaşına, nə də özbaşına həyata keçirə bilməzdi. Əlbəttə ki, bunu rəsmi orqanlar da araşdıracaq.

R.Quliyevin həbsi fonunda Abutalıbovun bir neçə gün əvvəl verdiyi geniş müsahibə də diqqətə gəlib. Saytlardan birinə geniş müsahibə verən Abutalıbov dövlətə və hakimiyyətə sadiqliyini dilə gətirmiş, sadə təqaüdçü həyat sürdüyünü, oğlanlarının isə böyük biznesinin olmadığı, sadəcə, “başlarını aşağı salıb çörək qazandığı” rəyi yaradıb. O, xələfi Eldar Əzizovun fəaliyyəti haqda danışmaqdan yayınmışdı: “Mən təqaüddəyəm. Çalışıram ki, heç bir məmurun işinə qiymət verməyim”. Yeri gəlmişkən, iddialara görə, Abutalıbov onun fəaliyyət dövrünü araşdırdığı üçün Eldar Əzizovdan ciddi narazı qalıb. Sadəlövh Abutalıbov başa düşməyib ki, onun fəaliyyətini araşdırmaq, təftiş etmək bir merin səlahiyyətlərinə sığmayan məsələdir.

Abutalıbov müsahibəsində hər gün Heydər Əliyevin məzarını ziyarət etdiyini dilə gətirmiş, iki müxtəlif məqamlarda isə kövrəlmişdi də: qardaşının vəfatı və hazırda Almaniyada olan xanımının sağalmaz xəstəliyi ilə bağlı məqamlarda...

Azpolitika.info müsahibədəki məqamlara diqqət çəkərək yazır ki, sabiq merin R.Quliyevin cinayət işində adının ən başda keçəcəyi şübhəsizdir: “Belə görünür ki, Abutalıbov da Rasim Quliyevin həbs olunacağından qabaqcadan xəbərdar olub.Tez-tələsik mətbuata çıxaraq müsahibə verməsi də böyük ehtimalla məhz bununla bağlıdır. Sabiq mer bilir ki, Aparat rəhbərinin istintaqa söyləyəcəyi hər cümlədə onun adı keçəcək”.

Bəs fəaliyyəti dövründə Rasim Quliyevə tapşırıqlar verən Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalıbov da məsuliyyətə cəlb oluna bilərmi?

Modern.az-ın bu sorğusunu Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə cavablandırıb.

Ç.Qənizadə hər kəsin öz əməlinə görə məsuliyyət daşıdığını qeyd edib: “Hər kəs öz əməlinə görə məsuliyyət daşıyır. Əgər istintaq zamanı məlum olsa ki, Rasim Quliyev qanunazidd əməlləri Hacıbala Abutalıbovla birgə və ya onun tapşırığı ilə edib, o zaman keçmiş mer də məsuliyyətə cəlb oluna bilər. Hər hansı bir məmurun həbsi nəticəsində onun rəhbərinin barəsində də cinayət işinin qaldırılması qanunaziddir. İstintaq zamanı qanunauyğunsuzluq ortaya çıxarsa, o zaman rəhbər şəxs də məsuliyyətə cəlb olunacaq”./“Yeni Müsavat”/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Abutalıbovun kadrları işdən çıxarılır, həbslər də ola bilər - GƏLİŞMƏ

    Abutalıbovun kadrları işdən çıxarılır, həbslər də ...

    28-12-2018, 21:44

  • 
  • Hacıbala Abutalıbovun yerinə təyinat… – Keçmiş nazir də iddialıdır

    Hacıbala Abutalıbovun yerinə təyinat… – Keçmiş ...

    22-05-2018, 15:41

  • 
  • Hacıbala Abutalıbov yoxlamalara start verdi

    Hacıbala Abutalıbov yoxlamalara start verdi ...

    27-02-2013, 10:19

  • 
  • Abutalıbov işdən çıxması xəbərindən danışdı

    Abutalıbov işdən çıxması xəbərindən danışdı ...

    9-12-2013, 11:29

  • 
  • İcra hakimiyyətinin saytı, yoxsa Hacıbala Abutalıbovun şəxsi bloqu? - FOTO

    İcra hakimiyyətinin saytı, yoxsa Hacıbala ...

    5-06-2018, 18:14


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (520)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu