GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » "Ərkivan Xeyriyyə Cəmiyyəti"-nin 1 illik hesabatı - VİDEO/FOTOLAR

"Ərkivan Xeyriyyə Cəmiyyəti"-nin 1 illik hesabatı - VİDEO/FOTOLAR

Tarix: 7-04-2021, 22:29 Bölmə :Cəmiyyət Baxış: 531
"Ərkivan Xeyriyyə Cəmiyyəti"-nin 1 illik hesabatı - VİDEO/FOTOLAR


 Ərkivan Xeyriyyə Cəmiyyəti yarandığı bir il ərzində həyata keçirdiyi xeyriyyə aksiyalarının HESABATını verir.

“Ərkivan Xeyriyyə Cəmiyyəti” hansı zəruriyyətdən yarandı?

Bir ildən artıqdır ki, bütün dünya o cümlədən Azərbaycan xalqı koronavirus epidemiyasından əziyyət çəkir. Pandemiyanın ilk vaxtları digər regionlar kimi sakini olduğum Ərkivan qəsəbəsində də ərzaq çətinliyi yaşayan xeyli ailələr var idi. Dövlətlə yanaşı rayonumuzun, qəsəbəmizin iş adamları, qeyri-hökumət təşkilatları və ictimai fəallar əllərindən gələn yardımı edirdilər. Lakin göstərilən xeyriyyə işlərinin əksəriyyəti parakəndə şəkildə aparılır. Bəzən eyni vaxtda bir aztəminatlı ailəyə beş imkanlı şəxs yardım göstərir, başqa bir aztəminatlı ailədən isə heç kimin xəbəri olmurdu.

"Ərkivan Xeyriyyə Cəmiyyəti"-nin 1 illik hesabatı - VİDEO/FOTOLAR


71 saylı Masallı kənd seçki darisənidən millət vəkili seçilən Anar İsgəndərov koronavirus epidemiyasının yaratdığı çətinliklərlə əlaqədar olaraq Masallı sakinlərinə “Hər ərazi üzrə fəallardan ibarət xeyriyyə icmaları yaradılmalıdır” məzmunlu müraciət etdi. Bu müraciətdən sonra Ərkivan qəsəbəsinin bir qrup fəal sakini ilə xeyriyyə icması yaratmaq fikirinə gəldik.
5 nəfərlik idarə heyəti 8 aprel 2020-ci il tarixində ilk iclasını keçirərək icmaya “Ərkivan Xeyriyyə Cəmiyyəti” adını verdik. İdarə heyətinin üzvləri yekdilliklə məni Xeyriyyə Cəmiyyətinə sədr seçdilər.

"Ərkivan Xeyriyyə Cəmiyyəti"-nin 1 illik hesabatı - VİDEO/FOTOLAR


Xeyriyyə Cəmiyyətlərinin, İctimai Birliklərin çox olduğu bir vaxtda bizim keçirdiyimiz aksiyaların digər aksiyalardan fərqi nədən ibarət olacaqdı!?

"Ərkivan Xeyriyyə Cəmiyyəti"-nin 1 illik hesabatı - VİDEO/FOTOLAR


1. Biz heç bir maddi maraq güdmədən öz könüllülərimizlə birlikdə komanda şəklində çalışmağı,
2. Cəmiyyətimizin keçirdiyi hər aksiyada daxil olan ianələr, edilən xərclər idarə heyəti tərəfindən HESABATı aparılaraq feyzbuk səhifəmizdə yayımlamağı,
3. Keçirilən aksiyalarda məhəllə fərqi qoymadan qəsəbədə yaşayan bütün aztəminatlı ailələrə ərzaq payı verməyi,
4. Yardım edilən ailələri utandırmamaq üçün onların FOTO və VİDEO görüntülərini paylaşmamağı,
5. Fəaliyyətimiz yalnız ərzaq paylamaqdan ibarət olmamalı, yaxın gələcəkdə Mədəniyyət, İdman, Təhsil və s. istiqamətlərdə də fəaliyyət göstərməyi qaşımıza şərt qoyduq.

"Ərkivan Xeyriyyə Cəmiyyəti"-nin 1 illik hesabatı - VİDEO/FOTOLAR


Və biz aksiyalarımıza start verdik

12 aprel 2020-ci il. Cəmiyyətimiz “Biz birlikdə güclüyük” devizi altında ilk xeyriyyə aksiyasını keçirdi. Aksiyası zamanı Ərkivan qəsəbəsinin bütün məhəllələrini əhatə etməklə qəsəbədə yaşayan 50 aztəminatlı ailəyə ərzaq yardımı göstərdik.

"Ərkivan Xeyriyyə Cəmiyyəti"-nin 1 illik hesabatı - VİDEO/FOTOLAR


19 aprel 2020-ci il. Sayca 2-ci “Xoş gəldin Ramazan!” adlı xeyriyyə aksiyası keçirdik. Müqəddəs Ramazan ayının gəlişi münasibətilə qəsəbədə 60 aztəminatlı ailəyə ərzaq yardımı etdik.

"Ərkivan Xeyriyyə Cəmiyyəti"-nin 1 illik hesabatı - VİDEO/FOTOLAR


22 aprel 2020-ci il. İcmamız qəsəbədə sosial problemlərin həllində hər zaman birlik göstərən, Cəfər Cabbarlı adına Ərkivan qəsəbə orta məktəbin (“Ağ məktəb”) 1978-ci il məzunlarının maddi dəstəyi ilə “Xoş gəldin Ramazan!” adlı aksiyanın davamı kimi növbəti aksiyanı keçirdi. 1978-ci il məzunlarının təqdim etdikləri hazır ərzaq bağlamaları könüllülər tərəfindən qəsəbədə yaşayan 30 aztəminatlı ailəyə evlərində çatdırıldı.

"Ərkivan Xeyriyyə Cəmiyyəti"-nin 1 illik hesabatı - VİDEO/FOTOLAR


23 aprel 2020-ci il. Qasımovlar ailəsinin Sankt-Peterburqda yaşayan üzvləri –
Məşkur və Qasıməli qardaşlarının nəcib, xeyirxah əməllərindən çoxlarının xəbər var. Ailənin Ərkivanda yaşayan digər üzvləri Sucayət və Salam Qasımovlar da hər zaman xeyirxah əməllərilə çoxlarına nümunə olub. Həmin gün 150 ədəd ərzaq bağlamasını şəhid, məcburi köçkün və aztəminatlı ailələrə “Ərkivan Xeyriyyə Cəmiyyəti”-nin könüllüləri tərəfindən paylanması üçün Qasımovlar ailəsi vermişdi. Qeyd etmək yerinə düşər ki, Ərkivanın ilk xeyriyyə cəmiyyətini də Qasımovlar yaradıb.

"Ərkivan Xeyriyyə Cəmiyyəti"-nin 1 illik hesabatı - VİDEO/FOTOLAR


***
Varlı tanıyıram vicdanı miskin,
Qıymaz bircə quruş var-dövlətindən,
Bir acı doydurmaq, nadan nə bilsin
Savabdır yüz Kəbə ziyarətindən.
Bəxtiyar Vahabzadə
Həqiqətən də bir acı doydurmaq, bir aztəminatlı ailəyə dəstək olmağın savabdı heç nə ilə ölçüyə gəlməz.
Xeyriyyə işləri görmək hər dövrdə bəyənilən işlərdən olub. Azərbaycan tarixində kişilərlə yanaşı Xurşidbanu Natavan, Həmidə Məmmədquluzadə kimi marifçi, xeyriyyəçi xanımlar bu missiyanın öhtəsindən layiqincə gəliblər.
Dövrümüzdə də belə nəcib xanımlar az deyil. Xeyriyyəçi xanımlar arasında ön cərgələrdə olanlardan biri də Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin rəhbəri Arzu xanım Bağırovadır. Onun təşkil etdiyi marifləndirici tədbirlər, xeyriyyə aksiyaları çoxlarımıza tanışdır.
Arzu xanım ofisimizə qonaq gələrək bizə öz xeyir-duasını, xoşməramlı işimizin gələcək fəaliyyəti üçün tövsiyələrini verdi. Növbəti aksiyalarımız da istifadə etmək üçün “Ərkivan Xeyriyyə Cəmiyyəti”-nə 500 azn ianə etdi.



1 may 2020-ci il. Artıq bir neçə gün idi ki, müqəddəs Ramazan ayı başlamışdı. Lakin koronavirus pandemiyasının yayılmasının qarşısını almaq məqsədilə bütün ölkədə məscidlər qapadıldı. Bu baxımdan inanclı insanlar öz ibadətlərini evlərində etməyə başladı. “Ərkivan Xeyriyyə Cəmiyyəti” Masallı rayonu Ərkivan qəsəbəsində “Ramazanda Evdə qal!” adlı xeyriyyə aksiyası keçirdi. Aksiya zamanı qəsəbədə yaşayan 40 aztəminatlı, yaşlı və tənha insanlara, işsiz, imkansız ailələrə müxtəlif ərzaq məhsullarından ibarət bağlamalar verilib.

23 may 2020-ci il. Həmin gün Ramazan bayramı münasibəti ilə “Əl tutmaq Əlidən qalıb” adlı xeyriyyə aksiyamız baş tutdu. “Göllü Mərasim Evi”-ndə keçirilən aksiya zamanı hər yaşa uyğun yeni və az işlənmiş 400 ədəddən çox kişi, qadın, uşaq paltarları və ayaqqabıları aztəminatlı ailələrə paylanıldı. Aksiyada iştirak edən 38 aztəminatlı ailəyə müxtəlif növ ərzaq yardları da verildi.



İyun 2020-ci il. “Ərkivan Xeyriyyə Cəmiyyəti”nin ən böyük xeyriyyə atdımlərindan biri də Ərkivan qəsəbəsinin mərkəzində "Kükürdlü Bulaq"-ın təmiri oldu.
Bu artezan quyu – bulaq 1978-ci ildə əhalinin suya olan təlabatını ödəmək məqsədilə qazılıb. Su təxminən 75 metr dərinlikdən çıxır və yay aylarında su axınında olan azalmaları nəzərə almasaq, fasiləsiz axır. Sudan kükürd qoxusu gəldiyi üçün el arasında artezan quyuya “Kükürdlü bulaq” deyilir. Su müalicəvi əhəmiyyətli olub, mədə-bağırsaq sisteminə xeyri çoxdur. “Kükürdlü bulaq”-ın suyundan ətirli, dadlı çay dəmlənilir. Bulağın suyundan təkcə qəsəbə sakinləri deyil, eləcə də qonşu kənd sakinləri istifadə etmək üçün aparırlar.
“Kükürdlü bulaq” uzun illər idi ki, baxımsız vəziyyətdə qalmışdı. Suyun axdığı dərəni kol-kos basmış, ətraf zibilliyə çevrilmişdi.
“Ərkivan Xeyriyyə Cəmiyyəti”-nin təşkilatçılığı qəsəbə sakinlərinin dəstəyi ilə bulağın ətrafında uzun illərdən baxımsız qalan 400 m² ərazini zibillərdən, kollardan təmizləyərək abadlaşdı. Həmin sahəyə ağac və gül dibçəkləri əkdik. Bulaq suyunun axdığı dərəni 50 metr boyunca qazaraq dərinləşdirdik. Əsas yoldan bulağa qədər olan məsafəyə işıq xətti çəkərək, ərazini işıqlandırdıq, 50 m² hasara suvaq vurularaq, fasad emusiyası ilə rənglədik. Bulağa qədər olan 25 metr eniş yola mişar daşları ilə pilləkən hördürüb, üstünə tamet daşları düzdürdük. Həmin yol məhəllə arası yol kimi də istifadə edilir.



Hazırda bulaq öz təmizliyi, gözəlliyi ilə göz oxşayır.

30 iyul 2020-ci il. "Ərkivan Xeyriyyə Cəmiyyəti" müqəddəs Qurban Bayramı münasibəti ilə bir neçə aksiya keçirdi. Aksiyalar zamanı 73 aztəminatlı ailəyə qurban payı verildi.

18 avqust 2020-ci il. İslam dinində vacib əməl sayılan sünnət, keçmiş zamanlardan xalqımızın bir ənənəsinə çevrilib. Eyni zamanda çox həyəcanlı, ailəni çox təşviş içərisinə salan bir hadisədir. Amma bu hadisəni bir az bayram havasında, uşaqları da sakitləşdirərək həll etmək üçün belə bir toplu sünnət kampaniyası həyata keçirdik. “Ərkivan Xeyriyyə Cəmiyyəti”-nin təşkilati, “Grand Playstation Fastfood Cafe", “Cənub market” və xeyriyyəçi Orxan Rzayevin maliyyə dəstəyi ilə keçirilən aksiyada 8 aztəminatlı ailənin uşaqları sünnət edildi.

"Ərkivan Xeyriyyə Cəmiyyəti"-nin 1 illik hesabatı - VİDEO/FOTOLAR


30 dekabr 2020. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə “Ərkivan Xeyriyyə Cəmiyyəti” tərəfindən “Biz bir ailəyik” devizi altında şəhid ailələri ziyarət etdik. Qəsəbə sakinləri - Qismət Mirzəyev, Rəşad Mirzəyev, Elşən Həsənov və Vüsal Məmmədovun dəstəyi ilə həmin gün 4 şəhid ailəsini ziyarət etdik.

"Ərkivan Xeyriyyə Cəmiyyəti"-nin 1 illik hesabatı - VİDEO/FOTOLAR


8 fevral 2020-ci il. “Ərkivan Xeyriyyə Cəmiyyəti”-nin təşəbbüsü ilə qəsəbənin Abaslı məhəlləsində abadlıq işləri aparıldı. Belə ki, qəsəbə sakinlərinin maddi köməkliyi ilə 50 metr məhəllə arası yola çınqıl-daş tökülərək hamarlanıb, yol kənarları zibil və kollardan təmizləndi.

"Ərkivan Xeyriyyə Cəmiyyəti"-nin 1 illik hesabatı - VİDEO/FOTOLAR


14 fevral 2021-ci il. “Tərəqqi” Gəncliyin İnkişafı İctimai Birliyinin təşəbbüsü, “Ərkivan Xeyriyyə Cəmiyyəti”nin təşkilatçılığı ilə Masallı rayonu Ərkivan qəsəbəsi şəhidlərinin xatirəsinə həsr olunmuş “Şəhidlər unudulmur” adlı ağacəkmə aksiyası keçirdik. Aksiya çərçivəsində Ərkivan şəhidlərinin xatirəsinə qəsəbənin Bağlaküçə məhəlləsində ucaldılan “Şəhidlər” abidə kompleksinin həyətində 30 ədəd şam ağac əkdik, ətrafı abadlaşdırdıq.


6 mart 2021-ci il. 8 Mart Beynəlxalq Qadınlar bayramı münasibətilə Masallı rayonunda "Zəhmətkeş qadınlar unudulmur" adlı aksiya keçdik. Aksiyada “Ərkivan” Xeyriyyə Cəmiyyətinin könüllüləri rayonun Ərkivan qəsəbəsində küçələrin təmizlik işlərini həyata keçirən zəhmətkeş Azərbaycan qadınlarını təbrik edib, onlara bayram hədiyyələri təqdim etdilər.

"Ərkivan Xeyriyyə Cəmiyyəti"-nin 1 illik hesabatı - VİDEO/FOTOLAR


13 mart 2021-ci il. Hər zaman öz xeyirxah əməlləri yadda qalan, Cəmiyyətimizin keçirdiyi aksiyalara dəstək olan “Grand Playstation Fastfood Café” növbəti nəcib əmələ imza atıb. GRAND kafe Cəmiyyətimizə ianə etdiyi 17 cüt yeni uşaq və böyük ayaqqabısı könüllülərimiz tərəfindən qəsəbədə yaşayan aztəminatlı ailələrə hədiyyə edildi. Qeyd edim ki, GRAND kafe digər aksiyalarda da Cəmiyyətimizə 10 cüt ayaqqabı ianə etmişdi.

18 mart 2021-ci il. Novruz Bayramı münasibəti ilə “Ərkivan Xeyriyyə Cəmiyyəti”-nin təşkilatçılığı, Ərkivan Qəsəbə Ərazi Nümayəndəliyinin və Ərkivan Qəsəbə Bələdiyyəsinin dəstəyi ilə qəsəbədə 21 şəhid və 9 qazi ailəsi ziyarət etdik. “TAPAT”, “Qala-95” firmalarının, Sahibkarlar - Sucayət Qasımov, Abdulla Abdullayev, Firdovsi Nəsirov, Qismət Mirzəyev, və Elşən Həsənovun bayram sovqatlarını şəhid və qazi ailələrinə təqdim etdik.

"Ərkivan Xeyriyyə Cəmiyyəti"-nin 1 illik hesabatı - VİDEO/FOTOLAR


Qısaca hesabatını verdiyim aksiyalar “Ərkivan Xeyriyyə Cəmiyyətinin” yarandığı bir il ərzində gördüyü işlərdir. Bu aksiyaların baş tutmasında hər bir xeyirxah ərkivanlının zəhməti olub. Hər birinizə təşəkkürümü bildirirəm.

"Ərkivan Xeyriyyə Cəmiyyəti"-nin 1 illik hesabatı - VİDEO/FOTOLAR


Cəfər Cəfərov
“Ərkivan Xeyriyyə Cəmiyyəti”-nin sədri.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Masallıda Novruz bayramı münasibətilə şəhid və qazi ailələri ziyarət edildi - FOTOLAR

    Masallıda Novruz bayramı münasibətilə şəhid və ...

    18-03-2021, 22:36

  • 
  • Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada xeyriyyə aksiyası keçirilib - FOTO

    Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada xeyriyyə ...

    17-10-2015, 20:38

  • 
  • Tramp özəl xeyriyyə fondunu bağlayıb

    Tramp özəl xeyriyyə fondunu bağlayıb ...

    19-12-2018, 21:22

  • 
  • QNET-dən növbəti xeyriyyə aksiyası: Ərazi yaşıllığa büründü... - Fotolar

    QNET-dən növbəti xeyriyyə aksiyası: Ərazi ...

    12-11-2019, 13:31

  • 
  • Masallıda süpürgəçini maşınla vurub qaçan sürücü yaxalandı

    Masallıda süpürgəçini maşınla vurub qaçan sürücü ...

    27-03-2017, 00:53


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (506)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu