GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Bakıya qarşı “sualtı daşlar” - Qarabağda silahlı quldurlar qaldıqca...

Bakıya qarşı “sualtı daşlar” - Qarabağda silahlı quldurlar qaldıqca...

Tarix: 13-04-2021, 09:56 Bölmə :Cəmiyyət Baxış: 265
Bakıya qarşı “sualtı daşlar” - Qarabağda silahlı quldurlar qaldıqca...


Ermənistan üçün müharibənin “M”sı belə fəlakət olacaq; Moskva da seçimlə üz-üzə: ərazimizdəki qanunsuz hərbi birləşmələr tərk-silah edilməyincə, bölgədə etibarlı sülh və əməkdaşlıq bərqərar olmayacaq...

İkinci Qarabağ müharibəsindən aylar ötdükcə bu müharibədə qazandığımız möhtəşəm zəfərin önəmi daha qabarıq görünür. Xalq olaraq qəddimizi dikəldən, milli qürurumuzu qaytaran bu tarixi qələbənin nəticələrini təbii ki, göz bəbəyi kimi qorumalı, Ermənistana bir daha toparlanıb üstümüzə gəlməsinə zərrəcə şans və fürsət tanımamalıyıq.

Bundan ötrü, əlbəttə ki, iqtisadi və hərbi qüdrətimizi daima artırmalı, bölgədə kommunikasiyalar açılsa belə, Ermənistanın bizimlə nə iqtisadi, nə də ələlxüsus hərbi sferalarda ayaqlaşmasına imkan verməməliyik. Bu, heç mümkün də deyil. Ən əsası, məğlub ölkənin iqtisadi-maliyyə, biznes-sərmayə cəhətdən özümüzdən, qardaş Türkiyədən asılı duruma düşməsini bacarmalıyıq. Yalnız o halda, yəni Ermənistan logistik, nəqliyyat, iqtisadi-ticari, investisiya baxımından xeyli dərəcədə Azərbaycan və Türkiyəyə bağlandıqda bölgədə müharibə riski aradan qalxmış sayılmış olacaq.

*****

Proseslər hələ ki yavaş sürətlə də olsa, buna yön alıb. Hərçənd Bakıya qarşı “sualtı daşlar” yox deyil. Və bu “daşlar” təkcə yaxından yox, kifayət qədər uzadan, bölgədə Ermənistanın iştirakçı olacağı böyük barışığı, inkişafı, inteqrasiyanı istəməyənlər tərəfindən gətirilib.

Sözsüz ki, Ermənistanın özündə canı çıxmaqda olan revanşist-radikal qüvvələri, daha doğrusu, onların miskin qalıqlarını da sülh və sabitlik, əməkdaşlıq və əlaqələrin bərpası düşündürmür. Halbuki bu dəqiqə müharibənin “M”sı belə Ermənistana yeni böyük fəlakət vəd edir. Müharibədən, qisasdan danışmalı ən axırıncı ölkə Ermənistan olmalıdır.

Bütün hallarda Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin fevralında xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında söylədiyi kimi, Bakı Ermənistanda gedən prosesləri diqqətdə saxlayır və saxlayacaq. Bu, o deməkdir ki, Azərbaycan oradakı situasiyaya adekvat qərarlar verəcək. Onların arasında seçki prosesi də var. Əgər İrəvanda sülh ovqatı güclü olarsa, onlara sülh əlimizi uzadacağıq, müharibə ritorikası baş qaldırarsa, “dəmir yumruğumuzu” görəcəklər. İqtidarda kim olur-olsun...

*****

Bunu Bakıda jurnalistlərə açıqlamasında “Avrasiya İnkişafı” Ekspert Mərkəzinin icraçı direktoru Stanislav Pritçin bildirib (APA). O, Qarabağla bağlı fors-major vəziyyəti istisna eləməyib: “Ümumilikdə geosiyasi güclər, hərbi-strateji, diplomatik, beynəlxalq-hüquqi vəziyyət əməliyyatların bərpası riskini 99 faiz minimallaşdırır. Ermənistanın mövcud status-kvonu dəyişdirmək üçün resursları, imkanları yoxdur. Azərbaycanın qarşısında iqtisadi fəaliyyət, İrəvanla münasibətləri normallaşdırmaq dayanır. Hazırkı status-kvo Azərbaycanın maraqlarına uyğundur. Vəziyyət nisbətən stabildir. Nə erməni, nə də Azərbaycan analitikləri Qarabağ üzrə razılaşmadan çıxmaqla bağlı neqativ ssenarini nəzərdən keçirmirlər. Qarabağla əlaqədar Bəyanatın əsas müddəaları yerinə yetirilir, məsələlər tədricən həllini tapır”.

Analitikə görə, optimal ssenari bütün məsələlərin tənzimlənməsi, iqtisadi fəallıq, erməni-Azərbaycan münasibətlərinin normallaşmasıdır. “Bəli, bu gün bu bir az fantastik görünür. Bu, çoxillik işdir, qarşıda bir çox məsələlərin həlli durur, sualtı daşlar və risklər var”, - deyə o qeyd edib.

Bu xüsusda politoloq hesab edir ki, Ermənistanın keçmiş prezidenti, Xocalı canisi Robert Köçəryan hakimiyyətə gələrsə, Qarabağ münaqişəsinin həllində vəziyyət dəyişə bilər: “Lakin Moskva mövcud vəziyyətin qorunub saxlanılmasında maraqlıdır. Əgər bir-iki ay əvvəl bütün rəy sorğuları Paşinyanın mütləq qalib gəldiyini göstərirdisə, indi Köçəryanın da dəstəyə malik olduğu üzə çıxır. Aydındır ki, hər şey səsvermə nəticələrində özünü göstərəcək. Lakin onun (Köçəryanın - red.) şansı var. Və o zaman Qarabağ nizamlanması ətrafında tamamilə fərqli bir vəziyyət olacaq. Ancaq hər halda, Rusiyanın vasitəçiliyi və sülhməramlı kontingenti pozitiv rol oynayacaq, çünki vəziyyəti qorumaq marağı var”.

Politoloqun fikrincə, Qarabağla bağlı üçtərəfli işçi qrupunun fəaliyyətinin konkret nəticələri barədə məlumatın olmaması vəziyyətin heç də fəlakətli olması anlamına gəlmir. “Azərbaycan Xarici İşlər Nazirliyinin rəhbərinin də dediyi kimi, layihələrin ətraflı müzakirəsi gedir. Bir sıra layihələrlə bağlı müsbət rəylər və maraq var. Məlumatın ictimaiyyətə açıqlanmasının vaxtı hələ gəlməyib. Hazırda Ermənistanda seçkiqabağı durumdur və hər hansı bir ehtiyatsız bəyanat mənfi nəticə doğura bilər. Üçtərəfli işçi qrupu onsuz da öz fəaliyyətini davam etdirir və nəticəyə ümidlər var”, - ekspert əlavə edib.

*****

Lakin bölgədə davamlı sülh, barışıq və inkişaf öncəliklə ərazimizdəki erməni işğalçı qoşunların qalıqlarının tam və qeyd-şərtsiz çıxarılmasından keçir. Bakıya qarşı ən böyük “sualtı daşlar”dan biri budur. Bu da bilavasitə Rusiya sülhməramlı kontingentinin, daha dəqiqi, Rusiyanın vəzifəsidir. Çünki bir dövlətin ərazisində iki ordu ola bilməz. Demək, digəri qanunsuz silahlı birləşmələrdir və onlar ya tərk-silah olunmalı, ya da könüllü şəkildə özünü buraxmalıdır.

Bölgədə sülh və əməkdaşlığın nə dərəcədə tez bərqərar ediləcəyi bu iki yoldan hansı birinin seçiləcəyindən birbaşa asılı olacaq... /musavat.com/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Beyrut ermənilərini Qarabağda fəlakət gözləyir - Gəlirlərsə, gəlsinlər...

    Beyrut ermənilərini Qarabağda fəlakət gözləyir - ...

    12-08-2020, 11:21

  • 
  • Ermənistan iqtisadi fəlakət içində: - “Bu vəziyyətdən çıxış olmayacaq”

    Ermənistan iqtisadi fəlakət içində: - “Bu ...

    28-10-2020, 12:23

  • 
  • Qarabağda dəhşətli savaşa doğru: müharibənin sonu BU OLACAQ - Rusiyadan Ermənistana ŞOK

    Qarabağda dəhşətli savaşa doğru: müharibənin sonu ...

    24-09-2020, 14:27

  • 
  • Kreml üçün Bakının önəmi artır – yeni “aprel əməliyyatı” üçün fürsət

    Kreml üçün Bakının önəmi artır – yeni “aprel ...

    3-07-2017, 10:52

  • 
  • Ermənistan Rusiyadan silah dilənir – İrəvanın müharibə xofu

    Ermənistan Rusiyadan silah dilənir – İrəvanın ...

    13-10-2017, 10:26


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (522)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu