GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Kreml üçün Bakının önəmi artır – yeni “aprel əməliyyatı” üçün fürsət

Kreml üçün Bakının önəmi artır – yeni “aprel əməliyyatı” üçün fürsət

Tarix: 3-07-2017, 10:52 Bölmə :Siyasət Baxış: 398
Kreml üçün Bakının önəmi artır – yeni “aprel əməliyyatı” üçün fürsət

Azərbaycana Rusiyanın silahı yox, “dobro”su gərəkdir!; İşğalçını sülhə məcbur etməkdən ötrü daha bir şans yarana bilər; “Stratfor”un Rusiya ilə bağlı proqnozlarında maraqlı Qarabağ gözləntisi; politoloq: “Ermənistan öz kritik sonluğunu yaxınlaşdırır...”

Dağlıq Qarabağ probleminin həlli hələ ki, böyük ölçüdə Rusiyadan asılı olaraq qalır. Kreml isə belə görünür, ixtilafın nizamlanmasını özünün prioritetləri sırasına salmağa tələsmir. Bu üzdən Azərbaycan istəsə də, istəməsə də, artıq üç ildən çoxdur Qərbin sanksiyaları altında olan Rusiyanın daxilində və ətrafında cərəyan edən prosesləri, ələlxüsus da Moskvanın Cənubi Qafqaz siyasətindəki gəlişmə və korrektələri diqqətlə izləmək zorundadır.

Bu arada ABŞ-ın “kölgə kəşfiyyatı” sayılan “Stratfor” özəl analitik şirkəti Kremlin yeni hərbi planları ilə bağlı proqnozlarını açıqlayıb. Proqnozlarda maraqlı detallardan biri kimi, qeyd edilir ki, az qala son 20 il ərzində ilk dəfə Rusiyanın hərbi büdcəsi 5% ixtisar edilib. “Bu, o deməkdir ki, Kreml müdafiə sahəsində tələbatın prioritetliyinin müəyyənləşdirilməsi baxımından çətin qərarlar verməyə məcburdur” - hesabatda bildirilir.
“Stratfor” analitiklərinə görə, maliyyə məhdudluğu səbəbi ilə Rusiya öz gücünü daha dəqiq nizamlamalı və dənizlə bağlı iddialardan əl çəkməlidir. “Bütün qüvvələr cənub və qərb hərbi dairələrində cəmləşdiriləcək. Həmin qüvvələr isə Baltikyanı ölkələr, Ukrayna və Qafqaza görə cavabdehdirlər”, - deyə proqnozlarda vurğulanır. Yəni söhbət həm də Azərbaycanın da daxil olduğu Cənubi Qafqaz regionuna Rusiyanın artan diqqətindən gedir.

***
Lakin Rusiyanın öz müdafiə xərclərini son 20 ildə ilk dəfə azaltmaq məcburiyyətində qalmasının əslində ölkəmizə, Qarabağ məsələsinə daha çox dəxli var. Söhbət nədən gedir?

Əvvəla, müdafiə xərclərinin azalması Rusiyanın büdcə gəlirlərinin azalmasının nəticəsidir. Məsələ ondadır ki, Azərbaycan Rusiyanın əsas silah alıcılarından biridir. Silah satışından gələn gəlirlər isə beynəlxalq sanksiyalar üzündən iqtisadiyyatı çətin duruma düşən Rusiyanın büdcəsində əhəmiyyətli yer tutur. Demək, bu həssas dönəmdə Kreml üçün silah bazarını qoruyub saxlamaq və genişləndirmək prioritet kimi ortaya çıxmaqla yanaşı, Azərbaycan kimi ənənəvi silah alıcılarının Rusiyadan ötrü önəmi də artıb.
Məlumdur ki, Azərbaycan başqa dövlətlərdən də silah və hərbi texnika alır. Deməli, Rusiyanın öz büdcəsini artırmaq üçün həmin dövlətlərlə daha sərt rəqabətə girəcəyini (bura enerji bazarı uğrunda rəqabətin kəskinləşməsini də əlavə eləmək olar), nəticə etibarilə Azərbaycan üçün də müəyyən kritik seçimlər yarana biləcəyini gözləməyə dəyər.

Rusiyanın işğalçı Ermənistanın isterikasına səbəb olan olay - son partiya silahları Bakıya vaxtında çatdırması bu kontekstdə də izah oluna bilər. Yəni Moskvanın onun üçün silah ticarəti baxımından heç bir ciddi kommersiya marağı kəsb etməyən Ermənistanı bundan sonra da nəzərə almadan Azərbaycanla hərbi-texniki əməkdaşlığı davam etdirəcəyi heç bir şübhə doğurmur.

***

Təbii ki, Azərbaycanın bazar qiymətinə Rusiyadan aldığı silahları vitrinə qoymaq fikri yoxdur. Bu silahları Bakı Kremlin kasad büdcəsini doldurmaq üçün də almır, ilk növbədə əlverişli məqamda öz torpaqlarını hərb yolu ilə azad eləmək üçün əldə edir. Bunu Moskva da yaxşı bilir. Bu mənada ən qəliz vəziyyətdə indi elə Rusiya görünür. Ona görə ki, münaqişənin dinc yolla həlli sövq-təbii Azərbaycanın Rusiya silah-sursatına ehtiyacını minimuma endirəcək. Əksinə, münaqişənin qalması isə Rusiya büdcəsi üçün əlavə maliyyə gəlirləri deməkdir - Kreml müharibə vəziyyətindən pis qazanmır.
Lakin o da var ki, dinc nizamlamanın ləngiməsi müharibə riskinin artmasına və Bakının hərb yolu seçməsinə apara bilər. Moskva isə regionda böyük müharibənin olmasında maraqlı deyil. Qalır ötən ilin aprelindəki kimi lokal müharibəyə “dobro” vermək. Bu “dobro” ilə Moskva həm Bakının “könlünü ala” və sadiq silah alıcısı kimi Azərbaycanı silah bazarında özü üçün qorumuş olardı, həm də ara-sıra cızığından çıxıb Rusiyanı şantaj eləməyə çalışan və Qərbə sarı boylanan Ermənistana qulaq burması vermiş olardı. Eyni zamanda lokal müharibə zamanı sıradan çıxan hərbi texnika və silahların yerini doldurmaq baxımından yenə məhz Rusiyanın özünə ehtiyac yaranmış olardı.

Bu yerdə Kremlin tanınmış ideoloqlarından olan Aleksandr Proxanovun ötən həftə Bakıya etdiyi səfər çərçivəsində dediyi bir ifadə yada düşür. Proxanov bildirmişdi ki, ötən ilin aprelində Azərbaycan Dağlıq Qarabağı qaytara bilərdi. Hərgah, hamı bilir ki, buna əsas əngəl elə Rusiyanın özü olaraq qalır.

Bəs, bu dəfə necə, Rusiya hansı yolu seçəcək, Bakıya “yaşıl işıq” yandıracaqmı? Əsas sual da budur.
***
“Ermənistanın sülhə köklənmədiyi və sonsuz şıltaqlıqları ilə eskalasiyaya üz tutduğu şəraitdə əfsus ki, ön cəbhədən sülh qoxusu gəlmir”. Musavat.com-un məlumatına görə, bunu politoloq Tofiq Abbasov konflikt ətrafında sülh və müharibə şanslarını minval.az saytına şərh edərkən deyib.

Politoloqa görə, sülhə doğru yol Azərbaycan ərazilərinin işğalına son verməkdən və ardınca nizamlama funksiyalarını vasitəçilərə ötürməkdən keçir. “Bunu başa düşə-düşə İrəvan konflikt zonasını silahsızlandırmanın zəruriliyi məsələsini diqqətin periferiyasına itələmək istəyir. Madam ki, təcavüz faktoru öz gücünü saxlayır, o zaman Sərkisyanın və Nalbəndyanın dinc nizamlanmaya meylli olmaları barədə bəyanatlarının qara qəpiklik də dəyəri qalmır”, - deyə politoloq qeyd edib.
Onun qənaətincə, mövcud durumda söhbət yalnız işğalçını sülhə məcbur etmədən gedə bilər. “Bakı buna əmindən də çox əmindir. Nalbəndyan və şefinin son söz oyunu isə olsa-olsa, erməni tərəfi üçün həyəcanlı sonluğu yaxınlaşdırır. Bu sonluğa elə də çox qalmayıb” - politoloq əlavə edib.
***
Və bu sonluq şübhəsiz ki, Rusiyadan ötrü önəmi artmaqda olan Bakının Moskvadan silahdan daha çox, “dobro” almasından keçir. Belə bir “xeyir-dua” niyə də verilməsin ki? Əksər analitiklərə, o cümlədən az öncə dünyasını dəyişmiş ünlü amerikalı politoloq və sovetoloq Zbiqnev Bjezinskiyə görə, Cənubi Qafqazda Ermənistan yox, Azərbaycan lazımdır../musavat.com/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rusiya Bakını YENİ MÜHARİBƏYƏ təhrik edə bilər - STRATFOR

    Rusiya Bakını YENİ MÜHARİBƏYƏ təhrik edə bilər - ...

    6-03-2017, 00:49

  • 
  • Kremlin Qafqaz planları

    Kremlin Qafqaz planları ...

    30-01-2013, 10:31

  • 
  • Kremlin Azərbaycanda “ 2013 planları“

    Kremlin Azərbaycanda “ 2013 planları“ ...

    29-12-2012, 11:16

  • 
  • "Stratfor"dan Türkiyədəki çevriliş cəhdi ilə bağlı SENSASİON İDDİA

    "Stratfor"dan Türkiyədəki çevriliş ...

    18-07-2016, 22:14

  • 
  • ABŞ kəşfiyyatı təsdiqlədi: beş rayon Azərbaycana qaytarılır

    ABŞ kəşfiyyatı təsdiqlədi: beş rayon Azərbaycana ...

    17-11-2015, 16:07


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (522)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu