GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Öldürülən Gəncəli Albertin həyatı, düşmənləri... - VİDEO

Öldürülən Gəncəli Albertin həyatı, düşmənləri... - VİDEO

Tarix: 13-04-2021, 10:27 Bölmə :Cəmiyyət Baxış: 307
Öldürülən Gəncəli Albertin həyatı, düşmənləri... - VİDEO


Lotu Quli ona bildirmişdi ki, həbsxanada "qanuni oğru" adı altında yatmayacaq-səbəb

Kriminal aləmdə Albert Rıjiy və Albert Gəncəli kimi tanınan Əli Heydərov bu gün Moskvada qətlə yetirilib. Onu saat 13 radələrində yaşadığı binanın idman zalında güllələyiblər.

Hücumda bir nəfər iştirak edib və ona atəş edilib. Sonuncu güllə onun başından vurulub və sağ qalmaq şansı qalmayıb. Killerin əlində qırmızı çanta olub. O, sakit şəkildə çantanı da götürərək hadisə yerini tərk edib. Qatil atəş açdığı "pistolet-pulemyot"u da həmin çantada gətiribmiş. Əli Müseyib oğlu Heydərov 1981-ci il fevral ayının 2-də Gəncədə anadan olub. 1996-cı ildə Azərbaycandan Rusiyaya köçüb və Arxangelskdəki Komsomolskaya mütəşəkkil cinayətkar dəstəsinə qoşulub.2000-ci ildə oğurluq, döymə və öldürmə təhdidi də daxil olmaqla bir neçə sayda cinayətdə təqsirli bilinib və ilk məhkumluğunu yaşayıb. Məhkəmə Alberti 6 il azadlıqdan məhrum edib.

Albert həbsdən çıxdıqdan sonra kriminal aləmin "general”larından sayılan "Ded Xasan”ın klanına daxil ola bilib.Bu klan tərəfindən 2002-ci ildə Sank-Peterburqda keçirilən "sxodka”da "qanuni oğru” adı alıb.

Bundan sonra Albert Gəncinki, Albert Rıjıy, Albert Arxangelsk kimi ayamalarla tanınmağa başlayıb.

Ded Xasan tərəfindən Albert Rıjıy Rusiyanın Şimal-Qərb regionu üzrə "smotryayuşi” təyin edilib.

Albert Ded Xasanın qətlindən sonra da klana sadiq qalıb. O, Rusiya vətəndaşı ilə evlənib və iki uşağı Arxengelskdə qeydiyyatdadır.

Həmin dövrlərdə Lotu Quli Albetlə eyni klanda olmasına baxmayaraq, aralarında düşmənçilik olub. 2014-cü ildə isə Albert Rıjıya sui-qəsdlə bağlı Sankt-Peterburqda keçirilən məhkəmədə əsas sifarişçi kimi o zaman Azərbaycanda həbsdə Lotu Qulinin adının hallandırılması münasibətləri gərginləşdirib. Sifarişdə Lotu Qulinin qohumunun adının hallanması kriminal aləmin diqqətini dərhal bu mövzuya yönəltdi. Albert Rıjıy Piterdə “sxodka” keçirdi və bu qətlinin sifarişçisi kimi Qulinin adının hallandırılması geniş müzakirəyə səbəb oldu, onlar arasında münasibətləri daha da kəskinləşdirib. Bu məsələ ilə bağlı keçirilən “sxodka”da iştirak edən Aliksey Qudına (Lexa İrkutski) Albert Rıjıya sui-qəsdə həmyerlisi Qulinin adının hallanmasına etiraz edir. Qudına iddia edir ki, sui-qəsd məsələsini Albert Rıjıy özü polisdəki adamlarının dəstəyi ilə quraşdırıb.



Məhkəmədə hakim sui-qəsd cəhdinin kimlər tərəfindənsə təşkil olunduğuna və hazırlandığına dair ittihamın əsassız olduğu qənaətinə gəlib. Nəticədə sui-qəsdin təşkilatçısı kimi ittiham olunan Qulinin qohumu İlham Hacıyevə tam bəraət verilib. “Muzdlu qatillər” hesab edilənlər isə bəraət aldı.

O zaman Türkiyənin Ədirnə şəhərində bu “söhbətin razborkası” da qanla bitmişdi. Lotu Qulinin qardaşı Namiq Bakinski və ona yaxın digər kriminallar Albert Rıjıy arasında silahlı toqquşma baş vermişdi. Bu toqquşmada Əli Heydərovun mühafizəçisi ölmüş, özü isə canını qurtara bilmişdi.

Həmin vaxt məlumat yayıldı ki, Namiq Bakinski və Lotu Qulinin digər tərəfdarları Albert Rıjıyı “qanuni oğru” titulundan məhrum ediblər.
2017-ci ilin yanvarında Albert 7 il müddətinə azadlıqdan məhrum edilib. Azərbaycanlı kriminal avtoritetin məhkəməsi Sankt-Peterbuqda iki il davam edib. Ə.Heydərov qanunsuz olaraq dövlət sərhədini keçməkdə, saxta sənəddən istifadə etməkdə və qarətlərdə günahkar bilinirdi.
2018-ci ilin martında isə artıq azadlıqda olan Lotu Quli İstanbuldan "Medvedkovo” həbsxanasında Əli Heydərova şəxsən zəng etdiyi barədə məlumat yayılmışdı. Bildirilirdi ki, Quli onun "qanuni oğru" adını əlindən aldığını bildirib. Lotu Quli Albert Rıjıya bildirib ki, o, həbsxanada "qanuni oğru" adı altında yatmayacaq.

Məlumata görə, bundan sonra postsovet məkanının nüfuzlu "qanuni oğru”ları Andrey Miroyedov (Mirıç), Qiya Meoporiya (Qiya) və Saçino Qeqeçkori (Saçino) Quliylə telefon söhbətlərində Albertin "qanuni oğru" adının geri qaytarılmasını xahiş ediblər.

Quli isə cavabında bildirib ki, onun verdiyi qərar əsaslıdır və geri dönüşü yoxdur. Amma Rusiya mətbuatı yazırdı ki, Albert həbsxanada "qanuni oğru” kimi tanınıb və bu məsələdə Piterli "qanuni oğru”lar ona dəstək verib.





Keçən ilin yayında o, vaxtından tez azadlığa buraxılmışdı. Azadlığa buraxılan kimi isə Qulinin daha bir düşməni - Badri Koquaşvili (Kutaisili) ilə bir məclisdə videosunu yayılmışdı.

Kutuzovskdakı gürcü restoranında Badrinin qızının ad günündə bir araya gəliblər. Maraqlıdır ki, Qulinin onların hər ikisinin “qanuni oğru” adına dair şübhələri olsa da, onlar birgə “Dolya Vorovskaya” mahnısını zümzümə edirdilər...

Bu ilin fevralında Moskva vilayətinin Odintsovo şəhərində Albert Rıjinın 40 yaşı münasibəti ilə düzələnmiş ad günü ciddi müzakirələrə səbəb olmuşdu. Belə ki, ad gününün keçirildiyi “Ocaq” restoranına yığışan kriminal avtoritetlər “Albert” üçün sürpriz etmışduilər. Belə ki bir mərasimə dəvət olunan bir neçə artist yubiley gecəsində xüsusi təyinatlılara aid forma geyərək onun qarşısında diz çöküblər. Onların bu hərəkəti Albert Rıjının xoşuna gəlsə də, Rusiya güc strukturlarını bərk qəzəbləndirmişdi...
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ​“Quli” gəncəli “qanuni oğru”nun statusunu dayandırdı - SƏBƏB

    ​“Quli” gəncəli “qanuni oğru”nun statusunu ...

    17-11-2017, 15:52

  • 
  • “Albert Rıjıy” “Lotu Quli”nin qətlinin sifarişçisi olduğu üçün öldürülüb? – İDDİA

    “Albert Rıjıy” “Lotu Quli”nin qətlinin ...

    12-04-2021, 21:29

  • 
  • Lotu Quli Moskvadakı həbsxanaya kimə görə zəng edib? – ŞOK DETALLAR

    Lotu Quli Moskvadakı həbsxanaya kimə görə zəng ...

    19-03-2018, 13:00

  • 
  • Lotu Qulinin killerləri və qohumu məhkəmə kürsüsündə

    Lotu Qulinin killerləri və qohumu məhkəmə ...

    13-01-2015, 18:39

  • 
  • Türkiyədə öldürülən "qanuni oğru" kimdir? (DOSYE)

    Türkiyədə öldürülən "qanuni oğru" ...

    9-04-2018, 19:59


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu