Bakı şəhəri 323 nömrəli tam orta məktəbin 32 nəfər XI sinif şagirdinin texniki xəta səbəbindən buraxılış imtahanlarında iştirak edə bilməməsi ilə bağlı yaranan problem şagirdlərin xeyrinə müsbət həllini tapıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu barədə valideynlərə məlumat verilib.
Belə ki, onların “Şagird-məzun” dövlət elektron məlumat sisteminə daxil edilməsi təmin olunub. Qeyd olunan şagirdlər DİM tərəfindən təşkil olunacaq buraxılış imtahanlarında iştirak edə biləcəklər.
mazda.az
Daha ətraflı Məsələnin həllinə operativ yanaşmadığına görə məktəb rəhbərliyi haqqında müvafiq ölçü götürüləcək.
12:12
Xəzər rayon 323 nömrəli tam orta məktəbdə təhsil alan şagirdlərin bir qrup valideyni Təhsil Nazirliyinin qarşısına toplaşıb.
Onların şikayəti buraxılış imtahanında iştirak edə bilməyən övladları ilə bağlıdır.
Məsələ barədə Təhsil Nazirliyi ilə əlaqə saxladıq.
Nazirlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Xəzər rayonu, 323 nömrəli tam orta məktəbin bir qrup valideyni Təhsil Nazirliyin məsul şəxsləri tərəfindən qəbul edilib:
“Məsələ müzakirə olunub və müsbət istiqamətdə həll olunacağına dair qərara gəlinib”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?