İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Caspian Fruit CO” MMC-ni məhkəməyə verib.
Dövlət qurumunun iddiası artıq icraata götürülüb. İşə hakim Ülkər Həsənovanın sədrliyi ilə baxılacaq. Məhkəmə çəkişməsinin səbəbi icarə müqaviləsi üzrə mübahisələrdir.
“Caspian Fruit CO” MMC 2003-cü ildən fəaliyyət göstərir. Şirkətin qanuni təmsilçisi Abdullayev Əkbər Həsən oğludur. Mediada yayılan məlumatlara görə, Əkbər Abdullayev proxy fiqurdur. Şirkətin əsl sahibi isə Salyanın icra başçısı Sevindik Hətəmovdur./hit.az
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?