GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Bakıda özəl uşaq bağçasında qalmaqal: Müdir müəllimi döyüb? - AÇIQLAMA

Bakıda özəl uşaq bağçasında qalmaqal: Müdir müəllimi döyüb? - AÇIQLAMA

Tarix: 26-05-2021, 12:52 Bölmə :Cəmiyyət Baxış: 286


Bakıda bağça müəlliməsi müdiri tərəfindən döyüldüyünü iddia edir.

Bu barədə Oxu.Az-ın redaksiyasına “White City Kindergarden” uşaq bağçasında işləyən müəllimə Səfərova Vəfa Bahadur qızı şikayət ünvanlayıb.

V.Səfərova iddia edir ki, bağçada maaşlar vaxtında verilmədiyi üçün işdən çıxmaq istəyib və bu zaman sözügedən bağçanın müdiri İnarə Məhərrəmova ilə aralarında yaranan mübahisə zəminində döyülüb:

“08.05.2021 il tarixində bağçadan işdən çıxmaq istədim. Buna görə bağça müdiri İnarə Məhərrəmova qəflətən mənə hücum edərək döydü. Bu barədə Daxili İşlər Nazirliyinin “102” Çağrı Mərkəzinə müraciət etdim. Polis əməkdaşları gələnə qədər İ.Meherremova qaçdı. Məni Xətai rayon 37-ci Polis Şöbəsinə apardılar. Hadisə ilə bağlı orada izahat yazdım.

Ayın səkkizindən bu günə qədər polislər heç bir tədbir görməyiblər. Ötən gün bu işə baxan polis mayoru ilə əlaqə saxladım. Mənə dedi ki, “biz qarşı tərəflə əlaqə saxlaya bilmirik, telefonlarımızı götürmür, bağçaya da gəlmir”. Mənim bədənimdəki xəsarətlər, yaralar sağalır, lakin aldığım psixoloji travma keçmir. Bu işin arxasında kim durubsa, o, polisə də tabe olmur. Bu gün işçisini döyən, sabah uşaqlara da ziyan vurar.

Ordan çıxdıqdan sonra yaxınlıqdakı bağçaya müəllimə kimi işə düzəldim. Məni tanıyan valideynlər də uşaqlarını mənim yanıma həmin bağçaya gətirdilər. Amma İ.Məhərrəmova mənim ondan oğurluq etdiyimi deyərək məni ittiham edir. Əgər oğurluq etmişəmsə, məndən nə üçün şikayət etmir?”.

Haqqındakı iddiaların nə dərəcədə həqiqəti əks etdirdiyini öyrənmək üçün “White City Kindergarden” uşaq bağçasının müdiri İnarə Məhərrəmova ilə əlaqə saxladıq.

İ.Məhərrəmova 3 illik işçisinin onun haqqında irəli sürdüyü fikirlərin əsassız olduğunu deyib:

“Bu bağça “White City Kindergarden” 3 ildir fəaliyyət göstərir. Fəaliyyətə başladığımız gündən ilk kollektivin içərisində Vəfa Səfərova və digər iki nəfər olub. Mən onlara etibar edib, işləri tapşırırdım. Lakin, o xanım mənim biznesimi batırdı, bağçanı dağıtdı. Son dönəmdə valideynlərdən pul istəyib, işdən sonra bağçada qalaraq xoşagəlməz, əxlaqsız hərəkətlərə yol verib. Maaşların gecikməsi olmayıb, gəlib çəkiliş edə bilərsiniz. Mənim onu döydüyümü deyir, lakin belə bir şey olmayıb. O tibbi rəyi də pul ilə alıb. Bunların hamısı barədə biz materialları toplayırıq, dəymiş ziyanı hesablayıb polisə şikayət edəcəyik. Bu məsələ belə qalmayacaq, hüquqi qiymət verilməsi üçün əlimizdən gələni edəcəyik.

Qəti mən onu döyməmişəm. Bu məsələ araşdırılıb. Yenə deyirəm, dəfələrlə mən ona tapşırmışam ki, bu xoşagəlməz hərəkətlərə son versin. Dəfələrlə həyat yoldaşı tərəfindən döyülüb. Onların ailəsi ilə bağlı polisdə bir neçə araşdırma aparılır, oğurluq, insanlara pul atmaq və s. məsələlərdə adları hallanır”.

İ.Məhərrəmova isə iddia edir ki, V.Səfərova bu işləri tək yox ətrafındakı iki nəfərlə birlikdə edib:

“Mən onlar barədə də qanunvericiliyə uyğun ölçü götürülməsini tələb edəcəm. Bu məsələ ilə bizim iki vəkilimiz işləyir. Bir həftənin içərisində bağçada oğurluq olub. Uşağın qulağından bir gün bir sırğa, digər gün o biri sırğası oğurlanıb. Necə olubsa, bağçada kamera işləməyib. Valideynlər uşaqların döyülməsi ilə bağlı V.Səfərovadan şikayət edirlər. Bəzi valideynləri yığır və onları üzbəüzdə yerləşən digər bağçaya dəvət edir. Təsəvvür edin bu məsələ başlayandan araşdırma aparıram, mətbəxdə uşaqların qidalanması üçün alınması lazım olan ərzaqlarda çatışmazlıqlar aşkarlamışam. Şit yağı yerinə marqarin yağı aldırıb, tualet kağızları oğurlanıb və s.

Bütün bunlara şahidlərimiz var. Bu bir ilin işi olmayıb, onlar komanda şəklində bu işləri görüblər. V.Səfərova qonşu bağçanın sürücüsü ilə münasibət yaradıb və onunla əlbir olaraq bizim bağçanın şəxsi məlumatlarını, ödəniş kağızlarını, valideynlərin əlaqələrini və s. onlara ötürüb. Bütün bunlar hamısı toplanır ki, hüquqi qiymət verilməsi üçün polisə təqdim olunsun. Hazirda mən çalışıram ki, biznesimi batmaqdan xilas edim. Bu söhbətlər mənim bağçama, qazandığım nüfuza ziyan vurub. Çalışıram ki, valideynlərin etibarını yenidən qazanım, vəkillərimiz bu məsələ ilə məşğul olurlar. Heç kimdən də gizli heç bir işim yoxdur. Bu məsələ yekunda ictimailəşdiriləcək”.

Hər iki tərəf məsələdə bir-birini günahlandırır. Lakin məsələ ilə bağlı şikayətin ərazi üzrə Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsində olduğunu nəzərə alaraq, araşdırmanın hansı mərhələdə olduğunu öyrəndik.

Mövzu ilə əlaqədar Oxu.Az-ın sorğusunu Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev cavablandırıb.

O bildirib ki, sözügedən məsələ ilə bağlı Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə daxil olan müraciət üzrə tədqiqat araşdırmaları davam etdirilir:

“Müraciətə polisin laqeyd yanaşması ilə bağlı iddialar həqiqəti əks etdirmir. Şikayətlə bağlı müvafiq məhkəmə-tibbi ekspertiza təyin edilib. Ekspertiza rəyindən asılı olaraq, toplanmış digər materiallar əsasında əmələ hüquqi qiymət veriləcəkdir. Qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırma prosesi müəyyən müddət tələb edir. Qeyd edim ki, polis heç bir halda vətəndaşlardan daxil olan şikayətlərə, müraciətlərə etinadsız yanaşmır”.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bağçada uşaqları təhqir edən müəllim işdən çıxarıldı

    Bağçada uşaqları təhqir edən müəllim işdən ...

    3-06-2019, 16:21

  • 
  • Gəncədə körpəni dağlayan bağça işçiləri cəzalandırıldı

    Gəncədə körpəni dağlayan bağça işçiləri ...

    23-06-2018, 14:11

  • 
  • ​285 saylı bağçada DƏHŞƏT – Valideyni rüşvət verməyən uşağı tərbiyəçi vəhşicəsinə döyüb

    ​285 saylı bağçada DƏHŞƏT – Valideyni rüşvət ...

    6-06-2018, 20:21

  • 
  • Uşaqların döyüldüyü bağça bağlandı - "O görüntülər qisas almaq üçün yayılıb" - FOTO

    Uşaqların döyüldüyü bağça bağlandı - "O ...

    11-06-2018, 21:38

  • 
  • Bağça müdiri barəsində cinayət işi başlanılıb – Müavini həbs olunub

    Bağça müdiri barəsində cinayət işi başlanılıb – ...

    16-10-2018, 17:32


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (272)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu