Bugün Ermənistan tarixinin ən mürəkkəb seçkiləri keçiriləcək. Bu seçkilər Ermənistanda yaranan siyasi böhrana son qoya biləcəkmi? Görünür ki, bir seçki ilə buna nail olmaq asan deyil. Əksinə hətta bu seçkilər ölkədəki mövcud böhranı daha da dərinləşdirə və uzada bilər. Seçkiyə qoşulan 21 partiya və 2 blokun demək olar ki, heç biri ölkənin hazırkı sosial-iqtisadi problemlərinin həllinə dair platformalarla çıxış etmədi. Əsas rəqiblər olan Paşinyan və Koçaryan komandası arasında rəqabət Azərbaycana və Türkiyəyə düşmənçiıik toxumlarının səpilməsi üzərində quruldu ki, bu da cəmiyyəti daha da radikallaşdırdı. Odur ki, seçkidən sonrakı proseslər seçki günü ilə müqayisədə vəziyyəti daha da mürəkkəbləşdirə bilər. Çox şey adı çəkilən qüvvələrin seçkinin nəticələrinə münasibətindən asılı olacaq. Əgər tərəflər inkar üzərində siyasət qurarsa bu Ermənistanda siyasi sabitliyə deyil, sabitliyin pozulmasına gətirib çıxaracaq. Bu seçki Ermənistanı Rusiyaya yaxınlaşdıra və ya uzaqlaşdıra da bilər. Az qaldı, izləyək və müzakirə edək.
ABŞ-ın Rutgers Universitetinin professoru, iqtisadçı alim Qubad İbadoğlu
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?