İyun ayında Moskvada ölüm sayı ötən ilin yayı ilə müqayisədə 2 dəfə çoxdur. Təkcə Moskvada 16 271 ölüm faktı qeydə alınıb. Bunlardan 5527 nəfəri koronavirusun payına düşür. 2020-ci ilin eyni ayında isə bu rəqəm 12 345 nəfər idi. Halbuki ötən il də iyunda pandemiya idi. Mütəxəssislərin fikrincə, bu amilə iki faktor təsir edir. Belə ki, ötən ay Rusiyada il ərzində koronavirusa yoluxmada pik hədd qeydə alınmışdı. Yoluxan və ölənlərin artımında Delta ştammı da günahkar hesab edilir. İkinci faktor anomal istilərdir. Bu da ürək-damar xəstələrinin çoxunun vəziyyətini pisləşdirib. İyulda ölüm faizi Moskvada 2,78 % təşkil edir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?