GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » UĞURSUZ CƏHD: Paşinyan KTMT-ni proseslərə cəlb etmək istəyir - TƏHLİL

UĞURSUZ CƏHD: Paşinyan KTMT-ni proseslərə cəlb etmək istəyir - TƏHLİL

Tarix: 30-07-2021, 14:37 Bölmə :Cəmiyyət Baxış: 511
UĞURSUZ CƏHD: Paşinyan KTMT-ni proseslərə cəlb etmək istəyir - TƏHLİL


Ermənistanın Baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) müşahidəçilərinin Ermənistan-Azərbaycan sərhədi boyunca yerləşdirilməsini təklif edib. Rusiyanın TASS Agentliyinin yaydığı məlumatda qeyd edilib ki, Paşinyan Azərbaycanla sərhəd boyu KTMT müşahidəçilərinin və Rusiya sərhədçilərinin xidmət edəcəyi məntəqələrin yerləşdirilməsini istəyir.

Qeyd edək ki, bundan əvvəl də Ermənistan rəsmiləri tərəfindən bu cür təkliflər səsləndirilib. Məsələn, iyunun 22-də erməni mediası belə bir xəbər yaymışdı ki, Ermənistan və Rusiyanın müdafiə nazirləri rusiyalı sərhədçilərin sərhəddə yerləşdirilməsini müzakirə edirlər. Həmin vaxt Ermənistan Silahlı Qüvvələrinin Baş qərargah rəisi Artak Davtyan da Rusiya hərbçilərinin Ermənistan-Azərbaycan sərhədində, Geqarkunikə yerləşdirilməsi məsələsinə toxunmuş, amma bu məsələ üzrə yekun qərar olmadığını bildirmişdi.

“Yaxın günlərdə Azərbaycanla Ermənistanın sərhədinin Geqarkunik bölgəsinə rusiyalı hərbçilər yerləşdiriləcək. Bundan sonra Ermənistan və Azərbaycan silahlı qüvvələri sərhəddən “güzgü” metoduyla geri çəkiləcək”, - deyə iyun ayında Geqarkunik vilayətinin qubernatoru Qnel Sanosyan söyləmişdi.

Paşinyanın bu xəbərlərdən bir ay sonra belə bir təklif irəli sürməsi, eyni zamanda, müşahidəçi qismində KTMT-ni də sərhədə cəlb etməsi fikri təsadüfə bənzəmir. Çünki bir ay bundan əvvəl erməni mediası bu haqda yazırdı. Görünür, Ermənistan tərəfi Azərbaycan sərhədinin Kəlbəcər istiqamətində son günlərdə törətdiyi təxribatla Rusiya hərbçilərinin sərhədə yerləşdirilməsi niyyətinin baş tutmasını tezləşdirmək istəyir.

Mövzunu AYNA-ya şərh edən politoloq İlyas Hüseynov deyib ki, Paşinyan hazırkı durumda əlində olan imkanlardan maksimum dərəcədə istifadə etməyə çalışır.

Analitikin sözlərinə görə, Ermənistan rəhbəri Rusiya ilə Qərb arasında müxtəlif gedişlər etməkdədir: “Nikol Ermənistanın maraqları naminə bir sıra təkliflər səsləndirir. Ermənistanın Azərbaycanla sərhədinə KTMT-nin müşahidəçilər göndərməsi və Rusiya hərbçilərinin sərhədə yerləşdirilməsi təklifi də bunlardan biridir”.

“Rusiya hərbçiləri buna qədər də Ermənistanın həm İranla, həm də Türkiyə ilə sərhədlərini qoruyurdu. 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli Birgə Bəyanatdan sonra tez-tez erməni mediasında belə fikirlər səsləndirilirdi ki, Rusiya hərbçiləri Azərbaycanla sərhədi də qoruyacaqlar. Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının dislokasiyası barədə də məlumatlar var. Eyni zamanda, Rusiyanın Ermənistanda yeni hərbi hissələrinin açılması məsələsi də var. 10 noyabr üçtərəfli Birgə Bəyanatının 9-cu bəndinə əsasən Zəngəzur dəhlizinin təhlükəsizliyinə Rusiya hərbçiləri nəzarət edəcəklər. Bu, 102-ci hərbi bazasının eynisi olmasa da, erməni mediası bu cür təqdim etməkdədir”, - siyasi şərhçi vurğulayıb.

İ.Hüseynov xatırladıb ki, KTMT-yə növbəti dəfə sədrlik Ermənistana keçəcək: “Sədrlik müddətində rəsmi İrəvan təbii ki, öz maraqları naminə imkanlarından istifadə etmək niyyətindədir. Bu baxımdan, Ermənistan KTMT-ni maksimum dərəcədə proseslərə cəlb etmək istəyir. Tovuz döyüşlərində də, İkinci Qarabağ müharibəsində də, Qaragöl istiqamətində baş verən gərginlik zamanı da biz müşahidə etdik ki, İrəvan KTMT-ni məsələlərə qarışdırmaq niyyəti güdür. Ermənistan dəfələrlə sərhəd zonasında təxribat törədir, daha sonra KTMT-dən, təşkilatın əsas dövləti olan Rusiyadan yardım istəyir. Lakin bütün cəhdlər uğursuzluğa düçar olur. Çünki rəsmi Bakı ilə Moskva arasında birbaşa danışıqlar yolu ilə problemlər həll edilir”.

“Təbii ki, regionda təhlükəsizliyin ən böyüyü Rusiyanın üzərinə düşür. Rusiya da təhlükəsizliyin qorunması istiqamətində fəaliyyət göstərir. 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci ildə imzalanan bəyanatlar da bunun əyani göstəricisidir. Rusiya Azərbaycan ərazilərinin atəşə tutulmasının, ermənilərin təxribatlarının qarşısının alınmasında mühüm rol oynaya bilər və oynamalıdır”, - İ.Hüseynov qeyd edib.

Siyasi şərhçi bildirib ki, Ermənistan öz ərazisində Rusiya hərbçilərini yerləşdirirsə, sərhədinin ruslar tərəfindən qorunmasını istəyirsə, bu, suveren hüququdur: “Azərbaycan öz gücü, qüdrəti hesabına öz sərhədlərini etibarlı şəkildə qorumağa qadirdir, qoruyur da. Ermənilər sərhədlərinə Rusiya hərbçilərini yığırsa, bundan rəsmi Bakı narahat deyil. Lakin KTMT müşahidəçilərinin sərhədə yerləşdirilməsi inandırıcı görünmür”.

Gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 20
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycan kəşfiyyatı bu yolla Ermənistanı DARMADAĞIN EDƏCƏK - Düşmənə GÖZLƏNİLMƏZ ZƏRBƏ

    Azərbaycan kəşfiyyatı bu yolla Ermənistanı ...

    21-11-2018, 13:01

  • 
  • Paşinyan TŞ-ni təcili topladı – Qarabağ müzakirəsi

    Paşinyan TŞ-ni təcili topladı – Qarabağ müzakirəsi ...

    18-10-2019, 14:14

  • 
  • Azərbaycan-Ermənistan sərhədində yenidən vəziyyət gərginləşib

    Azərbaycan-Ermənistan sərhədində yenidən vəziyyət ...

    13-07-2020, 16:00

  • 
  • Əliyev və Paşinyanın operativ əlaqəsi iflic olub

    Əliyev və Paşinyanın operativ əlaqəsi iflic olub ...

    23-08-2019, 15:50

  • 
  • Paşinyan Azərbaycana 100 qadın göndərir

    Paşinyan Azərbaycana 100 qadın göndərir ...

    19-10-2020, 12:45


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
Vavada
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu