Delta ştamının yayılması COVID-19-a qarşı mövcud vaksinlərin effektivliyini aşağı salır.
Bu barədə “Bloomberg” agentliyi britaniyalı alimlərin araşdırmalarına istinadən məlumat yayıb.
İngiltərədə 98 min nəfərin iştirak etdiyi və 24 iyun-12 iyul tarixləri arasında aparılmış araşdırmanın nəticələrinə görə, vaksinlərin koronavirus infeksiyasına yoluxmaya qarşı effektivliyi 49 %-ə enib. Bir ay öncə isə bu göstərici 64 % təşkil edib.
“Bloomberg” agentliyi məlumat verir ki, alimlər koronavirusun delta ştamının yayılmasına qarşı mübarizə üçün yeni vaksinlərə ehtiyac olacağını güman edirlər./Report.az
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?