GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Virusun bağladığı cənub qapı - İranla sərhəddən reportaj: kimlər gəlir, kimlər gedir...

Virusun bağladığı cənub qapı - İranla sərhəddən reportaj: kimlər gəlir, kimlər gedir...

Tarix: 17-08-2021, 10:18 Bölmə :Cəmiyyət Baxış: 233
Virusun bağladığı cənub qapı - İranla sərhəddən reportaj: kimlər gəlir, kimlər gedir...



İndi fəxarətlə deyə bilərik ki, Azərbaycanın cənub sərhədləri tam bərpa olunub, lakin pandemiya açılmasını əngəlləyir; qonşu ölkəyə istisna halda reseptli xəstələr buraxılır, İrandan isə... - əməkdaşımız yazır

İndi biz fəxarətlə deyə bilərik ki, Azərbaycanın cənub sərhədləri tam bərpa olunub. Pandemiyadan əvvəl, hələ 44 günlük müharibəyə qədər İrana Biləsuvar, Astara və Naxçıvan istiqamətindən gediş-gəlişimiz var idisə, artıq Aran Qarabağdan da qonşu ölkəyə sərhədimiz möhkəmlənib. İndi Xudafərin körpüsü Azərbaycan əsgərinin nəzarətindədir, o taylı - bu taylı kommunikasiyanın qurulması üçün Zəngilan istiqamətində də sərhəd məntəqəmiz, hər halda, yaxın gələcəkdə fəaliyyət göstərəcək. Pandemiya başlayanda isə nəinki cənub sərhədlərimiz tam bərpa olunmuşdu, cənub zonası istiqamətindən gömrük məntəqələrimiz də işini dayandırmışdı. O gün - bu gün, indi cənub sərhədlərimiz tam bərpa olunsa da, yenə quru yollar bağlıdır, İrana demək olar ki, gediş-gəliş yoxdur, dünyanı çənginə alan koronavirus ucbatından...

Artıq iki ilə yaxındır ki, Azərbaycandan nə Gürcüstana, nə Rusiyaya, nə İrana quru sərhədlər açılır. Hətta yaxın aylarda da belə gözlənti yoxdur. Ölkədə epidemiyanın təzədən vüsət alması, yoluxmanın 3000 civarında olması sərhədlərin açılmasını aktuallaşdırmır. Bu da özlüyündə insanların xaricə çıxış imkanlarını tamamilə məhdudlaşdırıb. İndi yalnız “COVİD” testi verməklə təyyarəyə bilet alıb səfərə çıxa bilərsiniz. Cənub bölgəsində isə insanlar İranla quru sərhədin açılmasını gözləyirlər. Onlar alış-veriş, qonşu ölkədən ucuz mallar almaq üçün bu qərarın verilməsini arzulayırlar. Bunu cənub zonasında olarkən insanlarla söhbətlərdən hiss etdik.

Belə ki, ötən həftə Astarada olarkən İranla sərhəd məntəqəsinə baş çəkib “Yeni Müsavat” üçün reportaj hazırladıq, ümumi vəziyyətlə maraqlandıq. Bu səfər elə vaxta təsadüf edirdi ki, Azərbaycan İrana nota vermişdi, Xankəndinə maşınlarla yüklərin daşınmasına etiraz bildirilmişdi. Astarada yerli camaat da İranın bu rəsmi siyasətini bəyənmədiyini dilə gətirdi. Lakin əhali tərəfdarıdır ki, iki qonşu ölkə arasında mehribanlıq olsun, problem yaşanmasın, çünki bu onların ticarətinə də müsbət təsir edə bilər.

...Hazırda Astara gömrük məntəqəsində tam bir sükutdur. Biz pandemiyanın yeni gəldiyi vaxtlarda, İranla sərhəddəki vəziyyətdən ilk reportajı verən media olmuşduq. Onda sərhəd təzəcə bağlanmış, heç rəsmi qərar da açıqlanmamış, amma gediş-gəliş tam dayanmış, sərhədçilər maskadan istifadə etməyə başlamışdılar, yəni o dövr idi. Bu gedişimizdə də oxşar mənzərə ilə qarşılaşdıq. Sərhəd qapısında nəzarətçi sərhədçimiz keşik çəksə də, nə gələn var, nə gedən...

Amma istisna halı qeyd etmək lazımdır: əgər vətəndaşın səhhətində ciddi problem varsa, xəstəxanadan resept və tibbi kağız təqdim olunursa, bu şəraitdə humanizm prinsipi üstün tutularaq həmin şəxsin İran klinikalarına getməsinə imkan yaradılır. Sadəcə, dediyimiz kimi, çox istisna hallarda mümkün olur. Digər hallarda heç kəs İrana gedə və gələ bilmir.

Bununla yanaşı, İrandan gələn ərzaq və digər məhsulların ölkəmizə keçidində problem yoxdur. Elə sərhəd-keçid məntəqəsinin qarşısındakı dükanlarda İran mallarının satışı davam edir. Düzdür, qonşu ölkədəki qiymətlərdən müəyyən qədər fərqlənir, amma istəyənlər mağazalardan alırlar. Burada ağartı məhsulları, yağ, düyü, yuyucu tozlar, sabun və s. mallar satışdadır. Əslində pandemiya səbəbindən sərhədin bağlanması İran malları satan dükanların işini zəiflədib. Halbuki sərhədlər açıq olanda hər gün mağazalarda şıdırğı alver gedirdi, kim İrana keçmirdisə, elə buradan - sərhəd qapısından alıb evinə dönürdü. İndi isə müştəri sarıdan korluq çəkirlər. Satıcılar ümid etmirlər ki, ilin sonuna qədər quru sərhəd açılsın. Yalnız vaksinasiya prosesi tam yekunlaşandan sonra bu məsələyə baxılacağı gözlənilir. Onların sözlərinə görə, sərhədlərin açıq olduğu vaxtlarda İrana iki kateqoriyadan insanlar gedirdilər - ticarətə və həkimə... İndi yalnız ikincilərə xüsusi hallarda müəyyən güzəşt olunur. Qeyd edək ki, Azərbaycan Prezidentinin köməkçisi Şahmar Mövsümov quru sərhədlərinin açılması ilə bağlı məsələ müzakirə olunmadığını bildirib./musavat.com/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısı olacaq

    “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində ...

    11-01-2018, 21:11

  • 
  • Polis bir kiloqramdan çox heroin tutub

    Polis bir kiloqramdan çox heroin tutub ...

    7-05-2018, 15:56

  • 
  • Bu gündən fəaliyyəti bərpa olunan iş yerlərinin tam – Siyahısı

    Bu gündən fəaliyyəti bərpa olunan iş yerlərinin ...

    25-01-2021, 09:55

  • 
  • Azərbaycanın əksər hissəsində elektrik enerjisinin verilişi bərpa edilib

    Azərbaycanın əksər hissəsində elektrik ...

    3-07-2018, 10:51

  • 
  • XUDAFƏRİN – BÜTÖV AZƏRBAYCANIN BƏRPASININ BAŞLANĞICI

    XUDAFƏRİN – BÜTÖV AZƏRBAYCANIN BƏRPASININ ...

    30-10-2020, 17:28


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu