GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Eldar Mahmudovun həbsdəki baş istintaqçısının“sağ əli” də istintaqa cəlb olundu

Eldar Mahmudovun həbsdəki baş istintaqçısının“sağ əli” də istintaqa cəlb olundu

Tarix: 24-08-2021, 10:06 Bölmə :Cəmiyyət Baxış: 283

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin sabiq rəis müavini Sahib Ələkbərov yenidən istintaqa cəlb olunub. Sahib Ələkbərov MTN-də çalışdığı dönəmdə "işgəncələr kralı” kimi tanınıb. 2015-ci ilin əvvəlində MTN-dəki fəaliyyətinə görə vəzifəsindən uzaqlaşdırılaraq istintaqa cəlb edilmişdi. Eldar Mahmudov "vurulandan” sonra isə həbsə alınmışdı, bir müddət sonra isə azadlığa buraxılıb. 


Bu ilin aprelində Sahib Ələkbərovun birbaşa rəisi olmuş - ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin sabiq rəisi, general Mövlam Şıxəliyev həbs edilib. Bundan sonra Sahib Ələkbərovun da istintaqa cəlb ediləcəyi gözlənilirdi. Hələlik prokurorluq orqanı Sahib Ələkbərovun hansı iş üzrə istintaqa cəlb edildiyi haqda rəsmi açıqlama verməyib. Mövlam Şıxəliyevə gəlincə isə o və MTN-in digər idarə rəisi Nizami Şirinov Cinayət Məcəlləsinin ağırlaşdırıcı hallarda hədə-qorxu ilə tələb etmə, sübutları saxtalaşdırma, ağırlaşdırıcı hallarda rüşvət alma, ağırlaşdırıcı hallarda vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham edilirlər. Onlar barəsində Bakı Hərbi Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Baş Prokurorluq bildirir ki, istintaq zamanı Mövlam Şıxəliyevin MTN-in İstintaq Baş İdarəsinin rəisi vəzifəsində işlədiyi dövrdə tabeliyində olan şəxslərlə birlikdə 9 halda cinayət işləri üzrə sübutları saxtalaşdırdığı müəyyən edilib. Bundan başqa, onun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müxtəlif korrupsiya cinayətləri törədərək külli miqdarda rüşvət tələb etməsinə və almasına, 4  halda isə ayrı-ayrı şəxslərin külli miqdarda əmlaklarını və pul vəsaitlərini hədə-qorxu ilə tələb edərək ələ keçirməsinə əsaslı şübhələr var.

Baş Prokurorluğun açıqlamasında Mövlam Şıxəliyevin "Baş İdarə rəisi vəzifəsində işlədiyi dövrdə tabeliyində olan şəxslərlə birlikdə 9 halda cinayət işləri üzrə sübutları saxtalaşdırdığı” vurğulanır. Sahib Ələkbərovun həmin hallardan hər hansı birində iştirakı onun istintaqa cəlb edilməsi üçün əsaslar yaradır. Bu günə qədər mətbuatda Sahib Ələkbərovun cinayətə bərabər əməlləri haqda çeşidli yazılar yer alıb...

Oqtay Əhmədov

Burada daha bir şikayət də yada düşür: Azərbaycan Yazıçılar Birliyinin üzvü Oqtay Əhmədov 2016-cı ildə baş prokurora müraciət edərək Sahib Ələkbərovun oğlunu həbs etməklə vəkil Afət Qazıyeva vasitəsilə ondan 135 min manat pul almasından bəhs edirdi.

O zaman gununsesi-info-nun yaydığı həmin müraciətdən sitat: "1997-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, 1998-ci ildən 2015-ci ilədək AYB-nin ədəbi orqanı olan ”Ulduz" jurnalında məsul katib vəzifəsində çalışmış, hazırda Yazıçılar Birliyinin "Qobustan” dərgisinin əməkdaşıyam. Indiyədək iki kitabım işıq üzü görüb. 2012-2013-cü ilin Prezident təqaüdçüsüyəm. Oğlum Əhmədov Elxan Oqtay oğlu (1991-ci il təvəllüdlü, Azərbaycan Respublikası vətəndaşı) 2013-cü ildə Azərbaycan Texniki Universitetini bitirmişdi, Iqtisad Universitetinin magistrantı idi. Oğlum Elxan 2013-cü il noyabrın 23-də keçmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin əməkdaşları tərəfindən həbs edilmişdi. Həmin gün Elxanın iştirakı ilə evimizdə MTN-çilər tərəfindən aparılan axtarış zamanı onun otağında divanın altından təyinatı dəyişdirilmiş "Makarov” tipli siqnal tapançası aşkar edilib götürülmüşdü. İki gündən sonra MTN-dən evimizə bildiriş göndərilmiş və belə məlum olmuşdu ki, oğlum Əhmədov Elxan Oqtay oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28.214.2.1, 28.214.2.3 və 228.2.1 maddələrilə təqsirli bilinir. Oğlumun həbsindən 7-8 gün əvvəl MTN guya "Məşədi Dadaş məscidi”ni partlatmaq istəyən iki nəfəri həbs etmişdi. MTN-in Antiterror Mərkəzi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində onların üstündən və mənzillərin külli miqdarda silah-sursat tapılmışdı. Həmin əməliyyatın təfərrüatları Azərbaycan Televiziyasının müxtəlif kanallarında yetərincə işıqlandırılmışdı. MTN-in həmin əməliyyatından bir həftə sonra Elxanın həbs edilməsi səbəbi terrorizmdə ittiham edilən həmin iki şəxsin oğlumla tanışlıqlarının, uzaq münasibətlərinin olmasındaymış".

AYB üzvü müraciətinin davamında yazırdı ki, vəkil Afət Qazıyeva ilə müqavilə bağlayıblar və onun vasitəsi ilə Sahib Ələkbərovla görüşüblər: "Haradasa 2014-cü ilin fevral ayının ortalarında Afət Qazıyeva yoldaşıma zəng edib bizə ”şad xəbər" gətirdiyini, bu münasibətlə təcili görüşməyimizi təklif etdi. Yoldaşımla 12 saylı hüquq məsləhətxanasına yollandıq. Onun "şad xəbəri” bu oldu ki, müstəntiqi razı salmışam, yüz otuz min manata oğlunuza bəraət verə bilər. Bizə fikirləşməyimizi və vaxtın azlığını nəzərə almağımızı məsləhət gördü. Üç-dörd gündən sonra vəkillə görüşdük. Artıq doxsan min manata qayınatamgilin mənzili üçün müştəri tapmışdıq. Yaxın adamımız öz evimizi girov qoymaq şərtilə bizə borca otuz beş min manat verəcəyinə boyun olmuşdu. Afət Qazıyevaya bir ay ərzində yüz iyirmi beş min manat toplaya biləcəyimizi dedik. O da öz növbəsində müstəntiqin mart ayının sonralarına qədər gözləyəcəyini bildirdi. 12 mart 2014-cü ildə yoldaşımın valideynlərinin Azadlıq prospektindəki ikiotaqlı mənzilini doxsan min manata satdıq. Ertəsi gün - 13 mart 2014-cü il tarixində Afət Qazıyevayla müqaviləmizin müddətini uzatdıq. O, bir-iki gündən sonra mənə zəng edib doxsan min manat pulu da özümlə götürüb MTN-in yanına gəlməyimi xahiş etdi. Fəxri Xiyabanla üz-üzə, MTN-in hasarı yanında Afət Qazıyeva məni müstəntiq Sahib Ələkbərovla tanış etdi. Görüşə tək gələn Sahib Ələkbərov ağ rəngli, "Hunday” markalı "Cip” avtomobilinin sükanı arxasındaydı. Avtomobilin dövlət nişanının son rəqəmləri yadımda qaldı - 117. Yəqin o "Hunday” MTN-in xidməti avtomobili idi, çünki maşına minən kimi Sahib Ələkbərov "sus” işarəsi kimi barmağını dodaqlarına apararaq kabinənin müxtəlif yerlərindəki xırdaca torlu deşikləri göstərib radionun səsini ucaltdı. Bəlkə də bu bir konspirasiya idi, müstəntiq istəmirdi ki, pul söhbətini MTN-çilər eşitsin, çox güman ki, əsas məbləği öz həmkarlarından, rəhbərlikdən gizlətməyə çalışırdı. Beləliklə, ağ "Hunday”ın arxa oturacağında oturmuş Afət Qazıyevanın gözləri qarşısında sellofana bükülmüş doxsan min manat pulu müstəntiq Sahib Ələkbərova təslim etdim".

AYB üzvü müraciətində yazırdı ki, MTN-də yuva salmış quldur dəstəsi ifşa olunarkən mətbuatdan öyrənib ki, Sahib Ələkbərov dələduzluğa görə həbs olunub: "Nəhayət ki, haqq-ədalətin öz yerini tapdığını, keçmiş tamahkar, fırıldaqçı müstəntiqin Allah və dövlət tərəfindən cəzalandığını düşünüb hüquq-mühafizə orqanlarına şikayət etmədim. Amma bu yaxınlarda Kütləvi Informasiya Vasitələri Sahib Ələkbərovun hələ də heç bir cinayət məsuliyyətinə cəlb edilmədiyini mətbuata sızdırdıqda, belə acgöz, insafsız, dələduz adamın aramızda sərbəst gəzməsi məni (inanıram ki, onun nəfsinin, tamahının qurbanına çevrilmiş neçə-neçə sadə vətəndaşları) bərk hiddətləndirdiyindən Sizə müraciət etməli oldum. Mənə vurulmuş maddi və mənəvi zərəri nəzərə alaraq, keçmiş MTN müstəntiqi Sahib Yunus oğlu Ələkbərovun tezliklə cəzalandırılması, ona qarşı cinayət işi qaldırılması istiqamətində qanunun aliliyi keşiyində durmuş vəzifəli şəxs kimi tərəfinizdən müvafiq addımlar atacağınıza ümid edirəm”.

AYB üzvünün müraciətində göstərilən xüsusatların bu gün də araşdırılması zərurəti ortadadır./musavat.com/

 

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 100
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Eldar Mahmudova cinayət işi açıldı — QƏRAR

    Eldar Mahmudova cinayət işi açıldı — QƏRAR ...

    10-07-2017, 16:45

  • 
  • 20 ay sonra Eldar Mahmudova cinayət işi açılır-niyə indi?

    20 ay sonra Eldar Mahmudova cinayət işi ...

    11-07-2017, 11:15

  • 
  • MTN-nin həbsdəki xanım generalı Eldar Mahmudov və Hilal Əsədovu “baqaj”a qoydu

    MTN-nin həbsdəki xanım generalı Eldar Mahmudov və ...

    12-08-2016, 01:09

  • 
  • Eldar Mahmudovun adamı ilə bağlı QƏRAR - əmlakının müsadirə edilməsini dayandırılıb

    Eldar Mahmudovun adamı ilə bağlı QƏRAR - ...

    1-05-2019, 22:32

  • 
  • ELDAR MAHMUDOV MİLYARDERİ ŞANTAJ EDİB! – MTN-in “işgəncə kralı” həbs olunub!

    ELDAR MAHMUDOV MİLYARDERİ ŞANTAJ EDİB! – MTN-in ...

    19-10-2015, 17:28


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (127)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu