GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Kirminal » 20 ay sonra Eldar Mahmudova cinayət işi açılır-niyə indi?

20 ay sonra Eldar Mahmudova cinayət işi açılır-niyə indi?

Tarix: 11-07-2017, 11:15 Bölmə :Kirminal Baxış: 421
20 ay sonra Eldar Mahmudova cinayət işi açılır-niyə indi?


Sabiq nazir və Baş İstintaq İdarəsinin rəisi olmuş Mövlam Şıxəliyev barəsində cinayət işinin başlanması barədə xüsusi qərardad çıxarıldı; E.Mahmudovun həbsinə hazırlıq başlayıb

Bakı Hərbi Məhkəməsində sahibkarlara hədə-qorxu gəlməkdə, onların külli miqdarda əmlakını ələ keçirməkdə ittiham olunan ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi 2-ci istintaq şöbəsinin rəisi Vüsal Ələkbərovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Gündəm Xəbər Musavat.com-a istinadən xəbər verir ki, hakim Siyavuş Hacıyevin sədrlik etdiyi prosesdə Vüsal Ələkbərova hökm oxunub. V.Ələkbərov Cinayət Məcəlləsinin 182 (hədə-qorxu ilə tələbetmə), 294 (sübutları saxtalaşdırma), 311 (rüşvətalma) və 341-ci (hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma) maddələri ilə suçlu bilinərək 12 il müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, o, iş adamlarını MTN-ə gətirərək, hədə-qorxu yolu ilə onların külli miqdarda pulunu ələ keçirib. Vüsal Ələkbərovun təxminən 1 milyon 270 min manat dəyərində əmlakının üzərinə həbs qoyulduğu bildirilirdi.
Məhkəmə həmçinin polkovnikin rütbəsinin əlindən alınması barədə xüsusi qərardad çıxarıb.

Hökmə görə, Vüsal Ələkbərovun əmlakıınn müsadirə edilərək zərərçəkmiş iş adamı Akif Qurbanova verilməsi barədə qərar qəbul edilib.

Hökmdən belə görünür ki, zərərçəkmişlərdən yalnız Akif Qurbanovun mülki iddiası təmin edilib. Digər zərərçəkmiş iş adamlarının mülki iddiası isə təmin edilməyib. Məhkəmə bunu belə əsaslandırıb ki, Vüsal Ələkbərov və digər vəzifəli şəxslər həmin zərərçəkmişlərdən pulu rüşvət kimi qəbul ediblər. Bu səbəbdən rüşvətalma ilə bağlı iddia mülki qaydada həll oluna bilər.

Məhkəmə həmçinin sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun və həmin nazirliyin Baş İstintaq İdarəsinin rəisi olmuş Mövlam Şıxəliyevin barəsində cinayət işinin başlanması barədə xüsusi qərardad çıxarıb.

Həmin qərarın surəti icra olunması üçün aidiyyəti üzrə prokurorluğa göndəriləcək. Qeyd edək ki, prokuror Vüsal Ələkbərovun 15 il müddətinə azadlıqdan məhrum edilməsini və rütbəsinin alınmasını istəmişdi.

Bildirək ki, “MTN əməliyyatı zamanı həbs edilənlər arasında hələ ki məhkəməsi yekunlaşan və hökmü elan edilən yeganə zabit V.Ələkbərovdur.

2015-ci ilin oktyabr ayının 17-də işdən çıxarılan sabiq milli təhlükəsizlik nazir barədə təxminən 20 ay sonra məhkəmə qərardadı çıxarılması ciddi mətləblərdən xəbər verir. Əslində E.Mahmudov tutduğu postdan uzaqlaşdırılandan sonra onun tezliklə həbsə alınacağı gözlənilirdi. Lakin MTN-in 20-yə yaxın əməkdaşı, bir neçə generalı, idarə və şöbə rəisləri və müstəntiqləri də daxil olmaqla, “dəmir barmaqlıq” arxasına göndərilsə də, sabiq nazir məsuliyyətdən yayına bilmişdi. Beynəlxalq Bankın İdarə Heyətinin sabiq sədri, E.Mahmudovun qudası Cahangir Hacıyevin istintaqa cəlb edilməsindən sonra da sabiq nazirin həbsinin real olduğu deyilirdi. İstintaq aylar sonra C.Hacıyev barədə həbs qərarı verdi və bu dəfə də E.Mahmudov “sudan quru” çıxa bildi.

Onun ev dustağı edildiyi barədə bu aylar ərzində xeyli iddialar olub, amma bu, rəsmi şəkildə təsdiq olunmayıb, onun harada yaşadığı da dəqiq məlum deyil. Bu müddətdə E.Mahmudovun “MTN işi” ilə bağlı istintaqa cəlb olunması haqda da rəsmi məlumat olmayıb. Doğrudur, MTN-lə bağlı hazırda davam edən məhkəmədə (“Çovdarov işi”) bir sıra epizodlarda sabiq nazirin adı keçib. Bildirilib ki, həm qanunsuz dinləmələr, həm iş adamlarının soyulmasından nazir də xəbərdar olub. Amma məhkəmə heç vaxt sabiq nazirin heç olmasa, şahid kimi dindirilməsinə nədənsə, lüzum görməyib.

İndi isə gözlənilmədən məhkəmə həm sabiq nazir, həm də Baş İstintaq İdarəsinin rəisi olmuş M.Şıxəliyev barəsində cinayət işinin başlanması barədə xüsusi qərardad çıxarıb.

Yada salaq ki, V.Ələkbərovun məhkəməsində M.Şıxəliyev də ifadə vermişdi. Məhkəmədə özünü son dərəcə arxayın, saymazyana aparan M.Şıxəliyevin kimə güvəndiyi, niyə bu qədər arxayın danışdığı mediada haqlı suallar yaratmışdı. M. Şıxəliyev məhkəmədə sabiq nazirini qorumuş, rəhbərlikdən hər hansı qanunsuz göstəriş almadığını demişdi.

Yada salaq ki, E.Mahmudov 2004-cü ildə milli təhlükəsizlik naziri postuna təyin olunandan dərhal sonra M.Şıxəliyev nazirlikdə İstintaq Baş İdarəsində xidmətə qəbul edilib. 2007-ci ilə qədər həmin idarənin 1-ci şöbəsinin rəisi, 2007-2008-ci illərdə Baş İdarənin rəis müavini, 2008-ci ildən 2015-ci ilədək rəis vəzifəsində işləyib.

Bakı Hərbi Məhkəməsinin hakiminin belə bir qərardadı əlbəttə ki, siyasi hakimiyyətlə razılaşdırılmadan verilə bilməz. Hər halda, indiyədək E.Mahmudovun sonadək “qorunacağı” təəssüratı vardı. Amma indi E.Mahmudov barəsində cinayət işi açılması üçün məhkəmə qərardadı var və prokurorluq orqanı bunu gözardı edə bilməz. Bundan sonra prokurorluq məsələni araşdırmalı və müvafiq qərar verməlidir. Ya cinayət işi başlanaraq həm E.Mahmudov, həm M.Şıxəliyev istintaqa cəlb olunmalı, ya da cinayət işinin başlanması üçün heç bir əsas olmadığı deyilməlidir. Amma faktın özü artıq E.Mahmudovun həbsinə hazırlıq kimi qiymətləndirilməlidir.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Nə etmişəmsə, tapşırıq alaraq etmişəm”

    “Nə etmişəmsə, tapşırıq alaraq etmişəm” ...

    20-06-2017, 13:15

  • 
  • Eldar Mahmudova cinayət işi açıldı — QƏRAR

    Eldar Mahmudova cinayət işi açıldı — QƏRAR ...

    10-07-2017, 16:45

  • 
  • MTN-nin şöbə rəisi məhkəmədə son söz dedi

    MTN-nin şöbə rəisi məhkəmədə son söz dedi ...

    10-07-2017, 18:11

  • 
  • Vüsal Ələkbərovun məhkəməsi başladı

    Vüsal Ələkbərovun məhkəməsi başladı ...

    26-01-2017, 23:40

  • 
  • Vəzifəli şəxsdən hədə-qorxu ilə pul tələb edən şəxs həbs edilmişdir

    Vəzifəli şəxsdən hədə-qorxu ilə pul tələb edən ...

    28-12-2015, 21:43


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (258)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu