Gundemxeber.az » Ölkə » Cəmiyyət » Ağsuda maskalı şəxslər yanğınlar törədir: Polis hərəkətə keçdi - FOTO
Ağsu rayonunda maskalı şəxslər kəndlərə hücum edib od vurur.
Bu barədə Oxu.Az-a rayonun Bico və Keçdiməz kənd sakinləri məlumat verib.
İddia ediblər ki, kəndlərdə peyda olan naməlum şəxslər evlərə və həyətyanı sahələrə od vurur.
Qeyd edilib ki, son 10 gündə törədilən yanğınlar nəticəsində Keçdiməz və Bico kəndinin 2 min hektara yaxın ərazisi, meşə zolağı, Keçdiməz kəndində 4 həyətyanı sahə, 3 yardımçı tikili tam yanıb.
Sakinlər iddia edib ki, naməlum şəxslər əsasən gecə saatlarında qara paltar və qara maskada həyətlərə daxil olur, həyətyanı sahələrə və evlərə od vurub qaçırlar. Hadisə nəticəsində kənd sakinləri Qurban Əzimov, Bəxtiyar Əzimov və Seymur Vahidovun həyətyanı sahəsi, ot tayaları və çardaqları yandırılıb.
Sakinlər bildirirlər ki, bir neçə gün öncə maskalı şəxslər həmçinin Keçdiməz kəndində həyətə daxil olarkən ev sahibinin oğlu Kamran Əzimzadə ilə rastlaşıb. Maskalılar K. Əzimzadəyə hücum edərək onu döyüb, paltarlarını kəsici alətlərlə kəsərək hadisə yerindən qaçıblar.
Məsələ barədə Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov bildirib ki, hadisə ilə bağlı nazirliyinin “102” Zəng Mərkəzinə müraciət edən rayonun Keçdiməz kənd sakinləri onlara məxsus daşınmaz əmlakın və ot bağlamalarının naməlum şəxs və ya şəxslər tərəfindən yandırıldığını, eləcə də bir nəfərin döyüldüyünü bildiriblər:
“Daxil olmuş müraciətlər əsasında polis əməkdaşları tərəfindən hadisə yerlərinə baxış keçirilib və hazırda məsələ ilə əlaqədar araşdırma aparılır. Onu da qeyd edim ki, son günlər baş vermiş hadisələrlə əlaqədar həmin ərazidə polis naryadları tərəfindən gücləndirilmiş xidmət təşkil olunub”.
İlhamə Əbülfət
24-01-2017, 12:43
6-12-2013, 14:57
10-12-2013, 16:45
17-03-2016, 12:00
1-12-2015, 13:22
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?