Gundemxeber.az » Ölkə » Cəmiyyət » Gənc təlimçilər üçün milli təlim kursu keçirilib
Avropa Şurasının Gənclər Departamentinin dəstəyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə 14 - 18 sentyabr 2021-ci il tarixlərində “SALTO” gənclər portalının və Avropa Şurasının sertifikatlaşdırılmış təlimçiləri tərəfindən “Gənc təlimçilər və multiplayerlər üçün insan hüquqları təhsili üzrə Milli Təlim Kursu” layihəsi keçirilib.
Milli Təlim Kursunun həyata keçirilməsində əsas məqsəd gənc təlimçilərin ehtiyaclarına əsaslanaraq bacarıqlarını inkişaf etdirmək, iştirakçılara qeyri-formal təhsilin dəyərini anlamağa kömək etmək və azərbaycanlı gənc təlimçilər şəbəkəsini yaratmaqdan ibarət olmuşdur. Təlim kursunun ilk günü açılış mərasimi ilə başlamış, daha sonra iştirakçılara təlim kursu haqqında ümumi məlumatlar verilmiş və insan hüquqları anlayışı mövzusunda təlimlər keçirilmişdir. İştirakçılar Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə həyata keçirilən dövlət gənclər siyasətinin mahiyyəti və gənclərə yaratdığı imkanlar barədə də geniş məlumatlandırılıb, peşəkar gənc azərbaycanlı təlimçilər şəbəkəsinin genişləndirilməsi zərurəti müzakirə olunub.
Növbəti günlərdə layihə çərçivəsində “Gənclər siyasəti və gənclərlə iş üçün əsas yanaşma olaraq insan hüquqları siyasətinə giriş”, “Gənclərin iştirakçılığı”, “Kompas fəaliyyətlərinin yerli kontekstə uyğunlaşdırılması” mövzuları ətrafında təlimlər və müzakirələr həyata keçirilib.
Təlim kursunun son günündə növbəti fəaliyyətlərin hazırlanması, həmçinin davamlılığın qorunması (follow-up) və inkişaf etdirilməsi üçün qrup işləri baş tutmuş və təqdimatlar hazırlanmışdır. Layihənin bağlanış mərasimində iştirakçılara sertifikatlar təqdim olunmuşdur.
GUNDEMXEBER.AZ
23-06-2021, 16:58
13-02-2018, 20:00
21-07-2019, 21:15
5-03-2014, 13:33
13-10-2015, 13:31
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?