GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » BNMİ-nin keçirdiyi əməliyyatlar zamanı 13 nəfər saxlanılıb

BNMİ-nin keçirdiyi əməliyyatlar zamanı 13 nəfər saxlanılıb

Tarix: 23-09-2021, 13:51 Bölmə :Cəmiyyət Baxış: 304


Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, kultivasiyası, qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilərək sosial şəbəkələrdə onlayn yolla satışının təşkil edilməsi ilə məşğul olan şəxslərin saxlanılması istiqamətində əməliyyatlar davam etdirilir.


Baş İdarə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında Astara rayonu ərazisində həyata keçirdikləri əməliyyat zamanı əvvəllər məhkum olunmuş Aqil Həbibov saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 75 qram tiryək, narkotik vasitələrin satışından əldə olunmuş pul vəsaitlərinin yükləndiyi plastik kart aşkar edilib. Əməliyyat tədbirinin davamı olaraq onun yaşadığı evdən isə 12 kiloqram heroin, 910 qram tiryək, 2 kiloqram 60 qram “patı”, “şüşə” adlanan psixotrop maddə metamfetamin və 1 ədəd elektron tərəzi aşkar edilib. 

Yasamal rayonunda həyata keçirilən digər əməliyyatlar zamanı isə narkotik vasitələrin satışı ilə məşğul olan Rüfət Əliyev və əvvəllər məhkum olunmuş Ülvi İsmayılov saxlanılıblar. Rüfət Əliyevdən 2 kiloqram 58 qram, Ülvi İsmayılovdan isə ümümilikdə 30 qrama yaxın heroin, metamfetamin, 4 ədəd metadon həbi və 1 ədəd elektron tərəzi aşkar edilib. 

Baş İdarə əməkdaşları tərəfindən paytaxtın Nizami rayonu və Sumqayıt şəhərində həyata keçirilən digər əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Mir Museyib Yaqubov, tanışı Tehran Mustafayev, Dünya İsmayılova və Sumqayıt şəhər sakini Emil Məmmədov saxlanılıblar. Mir Museyib Yaqubov və Tehran Mustafayev üzərindən və yaşadıqları evlərdən ümimilikdə 1 kiloqram 766 qram heroin, tiryək, marixuana, metamfetamin, eləcə də 30 ədəd metadon həbi və 2 ədəd elektron tərəzi aşkar edilib. Keşlə qəsəbəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Dünya İsmayılovadan isə 12 qram, Emil Məmmədovdan isə 7 qram heroin aşkar edilib. 

Qeyd edilən bu əməliyyatlar zamanı saxlanılan Aqil Həbibov, Rüfət Əliyev, Ülvi İsmayılov,  Mir Museyib Yaqubov,Tehran Mustafayev,Dünya İsmayılova və Emil Məmmədovun ətrafında aparılan araşdırmalarla müəyyən edilib ki, onlar xarici ölkələrdə yaşayan və Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik maddələr göndərməyə çalışan narkotacirlərlə əlaqələr yaradaraq narkokuryerliyə cəlb ediliblər. Onların əsas məqsədləri əldə etdikləri külli miqdarda narkotik vasitə və psixotrop maddələri ölkə ərazisində müxtəlif şəxslərə çatdıraraq qanunsuz dövriyyəsini təşkil etmək, həmçinin narkotik maddələrin onlayn yolla satışından əldə olunan pul vəsaitlərini nağdlaşdırıb digər dəyərli əmtəə nişanları formasında ölkə xaricinə çıxarmaq olub. Bununla da onlar narkotik vasitələrin satışından əldə edilən çirkli pulların dövriyyəsinı həyata keçiriblər.


Baş İdarə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatları əsasında Xəzər və Binəqədi rayonlarında həyata keçirdikləri tədbirlər zamanı həyətyanı sahələrində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Xələfəli Rəhmanov və İlqar Mədətov saxlanılıblar. Xələfəli Mədətovun Türkan qəsəbəsində yerləşən evinə baxış zamanı 4 kiloqram 257 qram qurudulmuş marixuana, çətənə kolları və elektron tərəzi aşkar edilib. İlqar Mədətovun Sulutəpə qəsəbəsindəki evindən isə 33 ədəd çətənə kolu və toxumları, həmçinin 1 kiloqrama yaxın qurudulmuş marixuana aşkar edilib. Bu şəxslər  bir müddətdir ki, narkotik tərkibli bitkilərin kultivasiyasi ilə məşğul olduqlarını və çətənə kolları satmaq məqsədi ilə əkib-becərərək xüsusi qulluq etdiklərini bildiriblər.


Baş İdarənin Cənub və Qərb Bölgəsində Regional Şöbəsinin əməkdaşlarının Astara, eləcə də Yevlax rayonlarında həyata keçirdikləri əməliyyatlar zamanı isə narkotik vasitlərin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 4 nəfər saxlanılıblar. Əməliyyat zamanı Astara rayon sakinləri əvvəllər məhkum olunmuş  Şahin Məmmədov, İsfəndiyar Süleymanov və Yevlax rayon sakinləri İmran Qurbanovla, Babək Bağırov da saxlanılıblar. Şahin Məmmədovun üzərindən və yaşadığı evdən ümimilikdə 2 kiloqram 491 qram heroin və 1 ədəd tərəzi, İsfəndiyar Süleymanovdan isə 10 qrama yaxın heroin aşkar edilib. Əməliyat zamanı saxlanılan Şahin Məmmədov Astara və ətraf rayonlarda narkotik vasitələrin satışı və qaçaqmalçılığı ilə ölkə ərazisinə gətirilməsini təşkil edən əsas şəxslərdən biri olub. Onun atası “Tik-Tok” sosial şəbəkəsində barəsində guya ölkədə narkotik vasitələrin satışını həyata keçirməsinə baxmayaraq polis əməkdaşları tərəfindən saxlanılmaması barədə məlumatlar yayılan Rövşən Məmmədovdur.

Qeyd edək ki, narkotik vasitələrin qaçaqmalçılığı, eləcə də satışı ilə məşğul olan Rövşən Məmmədov bir neçə il əvvəl tutularaq məsuliyyətə cəlb edilib və məhkəmənin qərarı ilə həbs edilib.


Digər əməliyyat tədbirləri zamanı saxlanılan İmran Qurbanov və Babək Bağırovun ətraflarında keçirilən əməliyyat zamanı isə onlardan Yevlax rayonu ərazisində əkdikləri və xüsusi qulluq edərək yetişdirdikləri 25 ədəd çətənə kolu aşlar edilib.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. Sonuncu əməliyyatlar zamanı Baş İdarənin əməkdaşları tərəfindən ümumilikdə 27 kiloqrama yaxın ağır tərkibli narkotik vasitələr və psixotrop maddələr və həblər, həmçinin 58 ədəd kultivasiya edilən narkotik tərkibli çətənə kolu qanunsuz dövriyyədən çıxarılıb. Saxlanılan şəxslər məhkəmələr tərəfindən tutularaq barələrində həbs qətimkan tədbirləri seçilib.

Bir daha vətəndaşları əmin etmək istəyirik ki, polis əməkdaşları tərəfindən ölkə ərazisində narkotik vasitələrin onlayn, yəni sosial şəbəkələr vasitəsi ilə, eləcə də digər yollarla satışı ilə məşğul olan şəxslərin tapılaraq saxlanılması və məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyat tədbirləri bundan sonra da qətiyyətlə davam etdiriləcək. Bu işdə əllərində məlumatı olan istənilən şəxs Nazirliyin və  Baş Narkotiklərlə Mübarizə İdarəsinin sosial şəbəkələrdəki səhifələrinə müraciət edərək həmin  materialları təqdim edə bilərlər. Əmin ola biərsiniz ki, istənilən müraciət hərtərəfli araşdırılır və anonimlik tam şəkildə təmin edilir.


Gundemxeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Polis əməliyyatlar keçirdi, dövriyyədən 35 kq narkotik çıxarıldı - VİDEO

    Polis əməliyyatlar keçirdi, dövriyyədən 35 kq ...

    7-06-2021, 11:01

  • 
  • BNMİ əməkdaşları tərəfindən 24 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb -FOTOLAR

    BNMİ əməkdaşları tərəfindən 24 kiloqramdan artıq ...

    28-07-2020, 15:42

  • 
  • Polisin keçirdiyi əməliyyatlar zamanı 10 kiloqramdan artıq narkotik vasitə saxlanılıb

    Polisin keçirdiyi əməliyyatlar zamanı 10 ...

    26-12-2020, 09:46

  • 
  • DİN əməliyyat keçirib, 20 narkotacir tutulub - Foto

    DİN əməliyyat keçirib, 20 narkotacir tutulub - ...

    18-08-2021, 10:53

  • 
  • 21 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb - FOTOLAR

    21 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən ...

    31-10-2020, 09:54


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu