Koronavirusa qarşı iksir icad etdiyini iddia edən Şri-Lanka vətəndaşı Eliyanta Vayt koronavirusdan ölüb.
48 yaşlı Vaytın hazırladığı iksiri tərifləyən keçmiş səhiyyə naziri də koronavirusa yoluxaraq ağır vəziyyətdə xəstəxanaya yerləşdirilmişdi. Vayt Şri-Lankanın Baş naziri Mahinda Rajapaksa və ölkənin bir çox məşhurlarını müalicə etdikdən sonra şöhrət qazanmışdı. Həkimlər isə onun müalicə üsullarını şübhəli hesab edirdilər.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?