GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Sabiq icra başçısının adı qətl işində (DETALLAR)

Sabiq icra başçısının adı qətl işində (DETALLAR)

Tarix: 8-10-2021, 10:30 Bölmə :Cəmiyyət Baxış: 267



11 il əvvəl yaşadığı ünvanda qətlə yetirilən Xaçmaz mərkəzi bazarının sahibəsi Nəcimə Babayevanın övladları ölkə rəhbərliyinə müraciət ünvanlayıblar. Həbibovlar ailəsinin imzaladıqları müraciətdə analarının qətli ilə bağlı istintaqın yanlış aparılmasına etiraz ifadə olunur.

Müraciətdən bəzi hissələri təqdim edirik: "Bildiririk ki, anamız Babayeva Nəcimə Qayıtmaz qızı 15 sentyabr 2010-cu ildə, 73 yaşında yaşadığı Xaçmaz şəhəri, Müşkür küşəsi 15 ünvanında vəhşicəsinə qətlə yetirilib. Nəcimə Babayeva  sahibkar, Xaçmaz şəhərindəki  ”Arzu" ticarət mərkəzinin  mülkiyyətçisi və direktoru olmaqla bərabər Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairə idi. Ömrünün son 3 ilini sahibi olduğu ticarət mərkəzini ən  müxtəlif qanunsuz yollarla onun əlindən almaq istəyən Xaçmaz rayonunun sabiq icra başçısı Şəmsəddin Xanbabayevin rəhbəri və təşkilatçısı olduğu dəstə ilə mübarizə aparıb. Xanbabayev və dəstəsi Nəcimə Babayevanın təkcə mülkiyyətini ələ keçirmək istəyi ilə kifayətlənməyib. Belə ki, Nəcimə Babayevanın müəllifi olduğu  "Dünya dərdimdən xəbərsiz”  kitabındakı  sərt tənqidi satirik şeirlərinə görə cəzalandırmaq üçün xüsusi öyrədilmiş adamlar vasitəsilə 250 min manat təzminat tələbi ilə məhkəməyə vermişdi.  Bu və digər qanunsuz əməllərinə son qoyulması tələbi ilə Nəcimə Babayeva respublikanın bütün ali instansiya orqanlarına üç il boyunca şikayətlər etsə də heç bir tədbir görülmədi.

Hadisənin ilkin istintaqını aparan Xaçmaz Rayon Prokurorluğu  rayonun sabiq prokuroru Rasim Məlikovun rəhbərliyi ilə Babayevanın qətlinin guya ailə münaqişəsi zəminində baş verdiyini, buna görə də Babayevanın övladları Gülnara Həbibova və Cavid Həbibovun əleyhinə saxta sübutlar toplamağa çalışaraq istintaqı qəsdən səhv istiqamətə yönəltmiş, əsl cinayətkarların məsuliyyətdən yayınması üçün şərait yaratmışdı. Ailənin davamlı şikayətlərindən sonra cinayət işinin istintaqı rayon prokurorluğundan alınaraq Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə (indiki Baş İstintaq İdarəsi), həmin idarənin xüsusilə mühüm işlər üzrə müstəntiqi Vüqar Nəsibovun icraatına verilmişdir. Hazırda həmin cinayət işi Baş İstintaq İdarəsini müstəntiqi Zöhrab Səməndovun icraatındadır. Cinayətin üstü hələ də açılmayıb, qatil və potensial sifarişçilər hələ də azadlıqdadır.

Bu illər ərzində istintaqın "guya daşa dirəndiyi” üçün etdiyimiz  əsaslı şikayətlər cavabsız qalıb. Son dəfə özümüzün müxtəlif mənbələrdən öyrəndiyimiz,  qətlin törədilməsində əli olan şəxs, həmin şəxsi ölkəyə gətirdən, qətldən sonra onun ölkədən qaçması üçün şərait yaratmaqda şübhəli olan vəzifəli şəxs barədə məlumatları 2019-cu ilin 06 avqustunda Baş Prokurorluğa təqdim etmişik.

2021-ci ilin yanvar ayının 19-da cinayət işinin istintaqını aparan Zöhrab Səməndov bu işlə əlaqədar Xaçmazda Babayevanın qızı Gülnarə Həbibovanı ifadə almaq adı altında 6 saat dindirmiş və eynilə 2010-cu ildə Rasim Məlikovun gəldiyi "qənaət”ə uyğun suallar verərək qətllə bağlı Xanbabayev və dəstəsini müdafiə xəttini seçib. Daha sonra həmin ilin 17 mart tarixində Baş İstintaq İdarəsində Gülnarə Həbibova Zöhrab Səməndovun iş otağında olarkən  psixoloji təzyiq və aldatma yolu ilə Gülnarənin smartfonunun kodunu öyrənib. Mobil telefon inzibati binanın girişindəki buraxılış otağında mühafizə polisinin əməkdaşlarına Gülnarə Həbibova tərəfindən təhvil verilib. Zöhrab Səməndov həmin polis əməkdaşına yaxınlaşaraq Gülnarənin telefonuna zəng vurmasını istəyir. Gülnarənin telefonuna zəng gəlir və müstəntiq guya istintaq zərurəti ilə əlaqədar həmin telefonu götürür. Telefonu qanunsuz olaraq açır və ona izləmə proqramı yükləyərək  Gülnarənin bütün hərəkət və danışıqlarının videoçəkilişini aparıb. Bu barədə bütün sübutları müvafiq qurumlara təqdim etmişik, müstəntiqin qeyri-prossesual üsullarla bu qanunsuz əməllərindən Baş Prokurorluğa şikayət etməyimizə baxmayaraq sonuncu barədə heç bir tədbir görülmədi.

Zöhrab Səməndov 2021-ci il aprelin 19-da Gülnarəni Baş İstintaq İdarəsinə çağıraraq cinayət işi üzrə şahid olan, Şəmsəddin Xanbabyevin yaxın adamı, Xaçmaz Rayon Təhsil Şöbəsinin sabiq müdiri Mədinə Nurməmmədovanın qardaşı Elşad Nurməmmədovla üzləşdirmiş, Elşadı Gülnarənin üzünə durğuzmağa çalışmış, lakin üzləşmə zamanı Elşadın yalan ifadə verdiyi üzə çıxıb. Bu üzləşmədə Gülnarə Həbibova vəkili ilə iştirak edib.  9 iyun 2021-ci ildə  Zöhrab Səməndov Xaçmazda olarkən son iki il yarımda qətl işini araşdıran yerli jurnalist Cəmil Məmmədli vasitəsilə xəbər göndərmişdir ki, vəkilsiz gəlirsə onu qəbul edərəm. Gülnarə Həbibova Zöhrab Səməndovun daha əvvəl etdiyi qanunsuzluqları xatırlatmaqla bundan imtina edərək deyib ki, bundan sonra Səməndovun yanına yalnız vəkillə gedəcək.

25 avqust  2021-ci ildə Zöhrab Səməndov  təxminən 15 nəfər mülki və polis geyimində olan şəxslər və iki xidməti itlə Nəcimə Babayevanın oğlu Cavid Həbibovun qayınatası Nadir Həmidovun Xaçmaz rayonu Sudur-oba kəndindəki evinə gəlib, orada axtarış aparıb, daha sonra Nadir Həmidovu Xaçmaz Prokurorluğuna apararaq təxminən 4 saat dindirib. Dindirmə zamanı Zöhrab Səməndov Nadir Həmidova deyib ki, qudanı sən öldürmüsən, əlimizdə bununla bağlı faktlar var. Xoşluqla bu qətli boynuna al, mən də öz növbəmdə söz verirəm ki, sənə köməklik  edəcəyəm. Atasına qarşı edilmiş bu qanunsuz əməllərə görə Nadir Həmidovun oğlu, Səfərbərlik və hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Hacıqabul rayon şöbəsinin əməkdaşı olan Rauf Həmidov axtarış şousunu təşkil edən Zöhrab Səməndovdan və orada iştirak edən Xaçmaz Polis Şöbəsinin əməkdaşlarından Baş Prokurorluğa və Daxili İşlər Nazirliyinin rəhbərliyinə bir neçə dəfə şikayət etmişdir. Baş Prokurorluğun Baş İstintaq İdarəsinin rəis müavinin qəbuluna gedərək Zöhrab Səməndovun qanunsuz əməllərindən etdiyi şikayəti birbaşa çatdırıb. Digər tərəfdən, bu əmələ görə prokurorluğu mülki qaydada məhkəməyə belə  verib. Baş Prokurorluq öz əməkdaşını törətdiyi bu qədər qanunsuz əməllərə görə cəzalandırmaq əvəzinə şikayətçi,  Rauf Həmidovu  1 oktyabr 2021-ci il tarixdə guya həyata keçirdiyi əməliyyat-istintaq tədbiri ilə cinayət başında yaxalamış, ona AR CM-in 311.2-ci (rüşvət alma) maddəsi ilə ittiham edilmiş, barəsində Bakı Hərbi Məhkəməsi tərəfindən həbs-qətimkan tədbiri seçilib. Maraqlıdır ki, məhkəmənin verdiyi qərardan görünür ki, Rauf Həmidovun guya rüşvət  alması ilə bağlı məlumat  Nəcimə Babayevanın qətlinin ibtidai istintaqına rəhbərlik edən Zöhrab Səməndovun əməliyyat-istintaq "fəaliyyət”i ilə əldə olunub.  Əslində isə Rauf evində şahidlərin yanında, sadəcə, saxlanılıb prokurorluğa aparılıb.  Açıq -aydın görünür ki, istintaq orqanının məqsədi heç də Nəcimə Babayevanın əsl qatillərini tapmaq deyil. Əksinə, 11 il bundan əvvəl olduğu kimi saxta dəlillər, sübutlar toplamaqla cinayəti mərhumun ailə üzvlərinin birinin və yaxud bir neçəsinin üzərinə atmaq, bu qanunsuzluqlara qarşı gələn hər kəsi ən müxtəlif üsullarla susdurmaqdır".

Mərhum Nəcimə Babayevanın övladları onu da qeyd ediblər ki, Baş Prokurorluğun Baş İstintaq İdarəsi bu işdə yuxarıda göstərilən hərəkətləri ilə qərəzli olmasını gizlətmir və işin obyektiv istintaq aparılmasının təmin olunması üçün cinayət işi başqa istintaq orqanına verilməlidir: "Zərurət yaranarsa, Zöhrab Səməndovun Gülnarə Həbibovanın telefonuna qanunsuz proqram yüklənməsi ilə bağlı bütün yazılı və videosübutlar ictimaiyyətə açıqlanacaq”./"Yeni Müsavat"/




  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İş adamının qətlinin 9 il gizli qalan təfərrüatları - cinayət dosyesi

    İş adamının qətlinin 9 il gizli qalan ...

    5-03-2019, 14:10

  • 
  • Xaçmazda sahibkar qadının müəmmalı qətlindən 9 il keçir, qatil isə hələ də tapılmayıb

    Xaçmazda sahibkar qadının müəmmalı qətlindən 9 il ...

    8-04-2019, 12:11

  • 
  • Şəmsəddin Xanbabayev xaçmazlıları prezidentə qarşı qaldırdı?-Etiraz aksiyası

    Şəmsəddin Xanbabayev xaçmazlıları prezidentə ...

    19-12-2013, 17:23

  • 
  • Azərbaycanda kişi arvadının başını kəsdi

    Azərbaycanda kişi arvadının başını kəsdi ...

    27-05-2013, 13:15

  • 
  • Xaçmaz sakini özünü güllələyərək intihar edib

    Xaçmaz sakini özünü güllələyərək intihar edib ...

    8-04-2016, 00:26


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (282)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu