GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Xaçmazda sahibkar qadının müəmmalı qətlindən 9 il keçir, qatil isə hələ də tapılmayıb

Xaçmazda sahibkar qadının müəmmalı qətlindən 9 il keçir, qatil isə hələ də tapılmayıb

Tarix: 8-04-2019, 12:11 Bölmə :Cəmiyyət Baxış: 308
Xaçmazda sahibkar qadının müəmmalı qətlindən 9 il keçir, qatil isə hələ də tapılmayıb


Artıq 9 ildir iş adamı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Xaçmaz rayonundakı “Arzu” MMC-nin təsisçisi və direktoru, 73 yaşlı Nəcimə Babayevanın qətli bu günə kimi müəmma olaraq qalır. Uzun illər ərzində iş adamının hansı səbəbdən öldürülməsi, cinayətin kim(lər) tərəfindən törədilməsini istintaq çözə bilməsə də, mərhumun yaxınları analarının sifarişli şəkildə killer tərəfindən öldürüldüyünü iddia edirlər.

İş adamı 15 sentyabr 2010-cu ildə Xaçmaz rayonunun Muskal küçəsi, 15 ünvanında yerləşən üçmərtəbəli evinin birinci mərtəbəsində naməlum şəxs və ya şəxslər tərəfindən qətlə yetirilib. Onun meyitini səhər tezdən ilk olaraq evin xadiməsi Məlahət Məmmədova aşkar edib. Belə ki, N.Babayeva səhər saatlarında özü xadimə ilə əlaqə saxlayaraq, onlara gəlib, mənzildə təmizlik işləri aparmasını istəyib. Xadimə sözügedən ünvana gələrkən darvazanın açıq, mətbəxdə ev sahibəsinin qan içində olduğunu görüb və qışqırıb küçəyə qaçıb. Xadimənin qışqırıq səsinə mərhumun evin üçüncü mərtəbəsində yatan qızı Gülnarə yuxudan ayılıb. Birinci mərtəbəyə düşüb, mətbəxdə anasının meyitini görüb.

Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılıb. Sonradan istintaqın davam etdirilməsi Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə tapşırılıb.

73 yaşlı qadın niyə öldürülüb?

Mərhumun yaxınları deyir ki, aradan 9 il ötməsinə baxmayaraq, bu günə qədər N.Babayevanın nə qatili, nə də qətlin sifarişçisi həbs olunub.

Onu da deyək ki, ailənin faciəsi təkcə ananın ölümü ilə bitməyib. Hadisədən iki il sonra mərhumun qızı, 49 yaşlı Təranə Həbibova bacısının yaşadığı binanın beşinci mərtəbəsindən özünü atıb. Onun niyə intihar etməsinin səbəbləri də bu günə kimi bilinmir.

Göründüyü kimi, qaranlıq məqamlar çoxdur...

Mərhumun qızı Gülnarə Həbibova deyir ki, anasının killer tərəfindən öldürüldüyü barədə məlumat alıblar: “Biz anamızın Rusiyanın konkret hansı şəhərindən kimin sifarişi ilə gətirilən killer tərəfindən öldürülməsi barədə məlumat əldə etmişik və hüquq-mühafizə orqanlarından cinayət işinin açılması üçün əməli tədbirlər görmələrini gözləyirik”.

Sahibkara olunan təzyiqlər, məhkəmə çəkişmələri

Qətlin ilk günlərindən ta indiyə kimi mərhumun ailə üzvləri, yaxınları, bütün Xaçmaz camaatı sahibkar qadının qisasçılıq məqsədilə, sifarişli şəkildə öldürüldüyünü iddia ediblər. Bu fikirlərin əsasını təşkil edənsə qətldən öncə bazarın əlindən alınması ilə bağlı sahibkara qarşı edilən təzyiqlər, çoxsaylı məhkəmə çəkişmələri olub.

Amma hədə-qorxulara, təzyiqlərə, məhkəmə çəkişmələrinə rəğmən N.Babayevanın əlindən bazarı ala bilməyiblər.

İcra başçısı ilə görüş, yandırılan bazar və...

N.Babayeva 25 ilə yaxın rayondakı Mərkəzi kolxoz bazarının direktoru olub. Bazarın bazasında “Arzu Ticarət Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətini təsis edib. 2006-cı ilin sonlarında xəbər yayılıb ki, bazar N.Babayevanın əlindən alınacaq və icra başçısına yaxın şəxslər bazarın yerində yeni ticarət mərkəzi tikəcəklər. Bu haqda xəbər tutan N.Babayeva bazarı satmaq qərarına gəlir. O, elə bu məqsədlə də rayonun icra başçısı Şəmsəddin Xanbabayevlə görüşür, ona bazarı satmaq istədiyini deyir.

“Bundan sonra anama hər tərəfdən hücumlar başlandı. YAP-dan qovulan Azad Yaqubov 2007-ci ilin yanvarında təcili Xaçmaz Kooperativlər Cəmiyyətinə sədr təyin olundu. 1 iyun 2007-ci il tarixdə bazar yandırıldı. Təşkil edilmiş yanğına görə anamı çağırıb barəsində cinayət işi başlayacaqlarını deyirdilər. Həmin günlərdə rayon rəhbərliyi ortaya “yol planı”nı atdı. Dedilər ki, ticarət mərkəzinin ərazisindən yeni yol salınacaq. Xəbər göndərdilər ki, ticarət mərkəzinin boşaldılması üçün fəaliyyətə başlanır. Anamı rayon prokurorluğuna çağıraraq əvvəl onu həbslə hədələyərək bazarın ərazisini xoşluqla verməsini tələb etdilər. Heç nə alınmadı”, - mərhumun qızı Gülnarə Həbibova belə deyir.

“Anam bütün məhkəmələri uddu, sonda öldürüldü”

Mərhumun qızı deyir ki, bir qrup öyrədilmiş şəxslər anasının müəllifi olduğu “Dünya dərdimdən xəbərsiz” kitabında yazdığı şeirlərə görə də ona qarşı iddia veriblər. İddialarında yazıblar ki, guya N.Babayeva şeirlərdə icra başçısı Şəmsəddin Xanbabayevin şərəf və ləyaqətini alçaldıb. Buna görə də, 250 min manat təzminat ödəməli, ən əsası isə təzminatdan başqa bazarı bağlanmalıdır:

“Əgər məhkəmədə şeir mübahisələndirilirsə, bazarın bağlanması iddiası niyə ortaya atılır? Digər iddialar kimi bu iddia da açıq-aşkar sifarişli idi. Həmin iddianın altına imza atanlardan biri Nizami Şəfiyev yuxarılara ən müxtəlif səpkili şikayətlər yazmışdı. Bundan sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamenti tərəfindən “Arzu” MMC sifarişli şəkildə 2 min manat cərimə olundu. Anama qarşı sistemli, hərtərəfli iş aparılırdı və bu işlərin vahid mərkəzdən idarə olunması da şübhə doğurmurdu. Anam 3 ildən də artıq bir müddətdə mülkiyyəti uğrunda mübarizə apardı. Məhkəmə proseslərini uddu, sonda sifarişlə öldürüldü. Xaçmazda adam öldürmək bu qədər ucuz və asandır? Nəticə odur ki, heç kimə qarşı rəsmən ittiham irəli sürmək olmur”.

“Qətlin guya namus üstündə baş verməsi görüntüsü yaratmaq və qardaşımı həbs etmək istədilər”

Şikayətçi deyir ki, qətldən sonra hadisə yerindən qatilə məxsus əl izlərini belə götürülməyib. O dövrdə rayon prokuroru olan Rasim Məlikov qardaşı Cavidi anasının ölümündə qatil kimi qələmə verməkdən çəkinməyib. Onun özünə isə cinayət işinin rayon prokurorluğundan alınaraq Baş Prokurorluğa verilməsini tələb etməməsi üçün təzyiqlər olunub: “Anamın, mənim guya “əxlaqsız” həyat tərzi keçirməyimiz, qardaşım Cavidin isə narkoman, içki düşkünü olması kimi faktlar toplanırdı. Elə fikir formalaşdırmağa çalışırdılar ki, guya bizim ailədə belə bir hadisənin baş verməsi spesifik haldır. Hadisədən beş gün keçəndən sonra şikayətimizi nəzərə alaraq Baş Prokurorluq cinayət işinin istintaqını rayon prokurorluğundan aldı. İş materialları Baş Prokurorluğun Ağır Cinayətlərin İstintaqı İdarəsinə göndərildi. Belə olmasaydı, Nəcimə Babayevanın qətli və bu qətlə görə ailə üzvlərinin həbsi baş verəcək, bazarın ələ keçirilməsi planı gerçəkləşəcəkdi. Çünki artıq onlara qarşı mübarizə aparacaq heç kim qalmırdı. Hesab edirəm ki, əvvəl gündən bazarın ələ keçirilməsi çox yaxşı düşünülmüş plan olub. İki hektara yaxın bir ərazini ələ keçirmək məqsədilə bazarla birlikdə anamın qətlinə sifariş verilib. Aradan 9 il vaxt ötüb, amma heç kimə qarşı rəsmən ittiham irəli sürülmür, anamın ölüm işi açılmır”.

Ananı öldürənlər, övladları da pərən-pərən salıblar

Onu da bildirək ki, sözügedən başıbəlalı bazar hazırda mərhumun övladları tərəfindən idarə olunsa da, onların heç biri rayonda yaşamır, doğma ocaqlarını çoxdan tərk ediblər.

Mərhumun qızı deyir ki, Xaçmazda yaşamaq mümkün deyil. Onun sözlərinə görə, vaxtilə analarına qarşı aparılan kampaniya yenidən daha sərt şəkildə təkrarlanır: “İndi də bizə təzyiq edirlər. Bazarı əlimizdən almaq istəyirlər. Barəmizdə saxta ittihamlar irəli sürürlər. Anamla bacarmadılar, indi də məni yaxınlarımla sınağa çəkmək istəyirlər”.

G.Həbibova deyir ki, iki il bundan əvvəl ticarət mərkəzində xırda ticarətlə məşğul olan Qurban Sadıqov və Cəmilə Sadıqova heç bir səbəb olmadan hər kəsin gözü qabağında anasının qəbrini nalayiq söyüşlərlə təhqir ediblər, onları təxribata çəkmək istəyiblər: “Bazarda baş verəcək təxribatdan 2017-ci ilin aprel ayından xəbərimiz vardı. Bu barədə Baş Prokurorluğa məlumat vermişdik. Bilirdik ki, bu adamlardan bizə qarşı oyunda istifadə edilir. Baş verənlərlə bağlı baş prokuror cənab Zakir Qaralovun qəbuluna yazıldıq. Bundan sonra cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edildi.

Sonradan həmin cinayət işi yenidən başlandı və bu gün də qanunsuz olaraq davam etdirilir”.

G.Həbibova deyir ki, həmin ilin noyabrında Q.Sadıqov və onun anası Sumqayıt İnzibati-İqtisadi Məhkəməsində ondan 288 min 891 manat pulun alınıb onlara verilməsi tələbi ilə iddia qaldırıb. Ali Məhkəmənin 24 oktyabr 2018-ci il tarixli qərarı ilə rədd edilib.

“Bu ilin yanvarında rayon prokurorluğunun göstərişi ilə açılan cinayət işində mənim Rusiyadan qayıtmağım tələb olunurdu. Əks təqdirdə, axtarışa veriləcəyim bildirilirdi. Yanvarın 28-də Azərbaycana qayıtdım. Mənim təqsirləndirilən şəxs elan olunaraq məhkəməyə göndərilməyimi Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin şifahi tapşırığı əsasında verildiyi bildirilir. Bütün bunlar Nəcimə Babayevanın qızı olduğum üçün qurulan oyun olduğunu bidiyimdən, fevralın 2-də ölkədən çıxmağa məcbur oldum”, - deyə G.Həbibova əlavə edib.

Mərhumun övladları ölkə başçısından imdad diləyir

Mərhumun əlləri hər yerdən üzülən övladları ölkə başçısından imdad diləyirlər və anaları N.Babayevanın açılmadan bağlanmış ölüm işini şəxsi nəzarətə götürülməsini xahiş edirlər.

“Bir çox vəzifəli şəxslərə görə anamın ölüm işinin açılmaması üçün qadağalar qoyulub. Yalniz sizin şəxsi müdaxiləniz bu insanların əvvəl anamın, onun qətlindən sonra isə ailəsinə qarşı aparılan məqsədyönlü fəaliyyətinə son qoya, anamın qətlinin açılmasına kömək edə bilər. Bu qadağanı ancaq siz götürə bilərsiniz”, - müraciətdə deyilir./virtualaz.org
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İş adamının qətlinin 9 il gizli qalan təfərrüatları - cinayət dosyesi

    İş adamının qətlinin 9 il gizli qalan ...

    5-03-2019, 14:10

  • 
  • Saratovda sifarişli qətl — Azərbaycanlı iş adamı öldürüldü

    Saratovda sifarişli qətl — Azərbaycanlı iş adamı ...

    25-10-2017, 13:47

  • 
  • Rusiyada azərbaycanlı iş adamı qətlə yetirilib

    Rusiyada azərbaycanlı iş adamı qətlə yetirilib ...

    12-03-2016, 18:01

  • 
  • Xaçmazda bibinin qətli ilə bağlı şok məqamlar

    Xaçmazda bibinin qətli ilə bağlı şok məqamlar ...

    18-06-2013, 13:37

  • 
  • Rusiyada azərbaycanlı iş adamı güllələnib

    Rusiyada azərbaycanlı iş adamı güllələnib ...

    16-04-2014, 11:27


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (282)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu