GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Kirminal » İş adamının qətlinin 9 il gizli qalan təfərrüatları - cinayət dosyesi

İş adamının qətlinin 9 il gizli qalan təfərrüatları - cinayət dosyesi

Tarix: 5-03-2019, 14:10 Bölmə :Kirminal Baxış: 387
İş adamının qətlinin 9 il gizli qalan təfərrüatları - cinayət dosyesi


Xaçmazda məşhur iş adamı, “Arzu” Ticarət Mərkəzinin sahibəsi Nəcimə Babayevanın qətli yenidən gündəmdədir. 9 il ötməsinə baxmayaraq, qətlin gündəmdə qalmasının özəl səbəbləri var. Məsələni aktullaşdıran iş adamının yaxınlarının rayondan son aylarda dərbədər salınmalarıdır. Ötən illər ərzində qətlin üzərindən sirr pərdəsinin götürülməməsi, cinayət işinin nəticəsizliyi qətlin planlı şəkildə törədilməsi haqda söhbətləri yenidən gündəmə qaytarıb.

Rayona səfərimiz zamanı öyrəndik ki, iş adamının öldürüldüyü evdə artıq başqaları yaşayır. Nəcimə Babayevanın övladları Xaçmazı tərk ediblər.

9 il əvvəl nə baş verib?

15 sentyabr 2010-cu ildə “Arzu” MMC-nin təsisçisi və direktoru Nəcimə Babayeva yaşadığı evdə qəsdən öldürülüb. Fakt üzrə Xaçmaz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci - qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb.

Həmin gün Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin əməkdaşları Xaçmaz rayonuna ezam olunub. Rayon prokurorluğu məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirib.

20 sentyabr 2010-cu ildə iş üzrə istintaqın davam etdirilməsi Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə tapşırılıb.

2010-cu il sentyabrın 15-də 08:45-də Nəcimə Babayeva xadimə Məlahət Məmmədova ilə mobil telefonla əlaqə saxlayaraq, sonuncudan onlara gəlib mənzildə təmizlik işləri aparmasını xahiş edib. Məlahət Məmmədova 10:35-də Nəcimə Babayevanın yaşadığı ünvana gəlib, həmin vaxt evin həyət darvazasının qapısı açıq olduğundan evə daxil olub. Xadimə 1-ci mərtəbədə mətbəxdə qan gölməçəsinin içində Nəcimə Babayevanın meyitini görərək qışqırıb küçəyə qaçıb.

Xadimənin səsinə evin 2-ci mərtəbəsində yatan Nəcimə Babayevanın qızı Gülnarə Həbibova yuxudan ayılıb. 1-ci mərtəbəyə düşüb və mətbəxdə anasının meyitini görüb.

Sonradan məhkəmə tibb eksperti mərhum Nəcimə Babayevanın boğazının kəsilərək qətlə yetirilməsi haqda rəy verib.

73 yaşlı qadın niyə öldürülüb - versiyalar

Xaçmazda bu gün də Nəcimə Babayevanın qətlindən danışanlar onun bazara görə öldürüldüyünü əminliklə deyir. Belə fikirlərin əsasını təşkil edənsə Nəcimə Babayevanın qətlinə qədər üzləşdiyi məhkəmə prosesləri, həmin dövrdə bazarın əlindən alınmasına edilən cəhdlərdir. Məhz buna görə 5 uşaq anası, Yeni Azərbaycan Partiyasının və Azərbaycan Yazıçılar Birliyinin üzvü Nəcimə Babayevanın fiziki məhvi yolu ilə əmlakının ələ keçirilməsi iddiaları var. Nəcimə Babayeva 24 il müəllimə, 1980-1985-ci illər ərzində Xaçmaz rayonu Caparidze adına sovxozun həmkarlar təşkilatının sədri, 1985-ci ildən kolxoz bazarının direktoru işləyib.

2000-ci ildə 15 il direktoru işlədiyi Xaçmaz kolxoz bazarını özəlləşdirib. Bazarın bazasında “Arzu” Özəl Ticarət Mərkəzi Məhdud Məsuliyyətli Cəmiyyətini təsis edib. 2006-cı ilin sonlarında Xaçmaza xəbər yayılır ki, bazar Nəcimə Babayevanın əlindən alınacaq, başçıya yaxın şəxslər bazarın yerində yeni ticarət mərkəzi tikəcəklər. Bu xəbər Nəcimə Babayevaya da çatır. Bundan sonra bazarı satmaq qərarına gəlir.

2006-cı ilin dekabrında Nəcimə Babayeva Şəmsəddin Xanbabayevlə görüşür, ona bazarı satmaq qərarını şəxsən bildirir. Xaçmazda bu gedişatı izləmiş şəxslər danışır ki, bundan sonra hər şey dəyişib, bazarın yerləşdiyi 2 hektara yaxın torpaq sahəsini ələ keçirmək üçün plan işə düşüb...


Nəcimə Babayevanın qızı Gülnarə Həbibova

İş adamının qızı illərin sirlərini açır

Nəcimə Babayevanın qızı, hazırda ölkə xaricində yaşayan Gülnarə Həbibova deyir ki, Xaçmazda yayılan xəbərlərin əksəriyyəti həqiqətdir. Onların Xaçmazdan çıxmaları da vaxtilə anasına qarşı aparılan kampaniyanın yenidən və daha sərt şəkildə təkrarlanması ilə bağlıdır.

“Xaçmazda qalıb yaşamağımız mümkün deyil. Anamın əlindən bazarı ala bilməyənlər neçə illik fasilədən sonra yenidən hərəkətə keçiblər. Bizə təzyiqlər göstərilir, bazarın əlimizdən alınması üçün barəmizdə saxta, əvvəlcədən hazırlanmış şəxslər vasitəsilə ittihamlar irəli sürülür. Bu adamlar istəyirlər ki, tərəzinin bir gözünə bizim yaxınlarımızı, bir gözünə isə bazarı qoyub alver etsinlər. Anamla bacarmadılar, indi də məni yaxınlarımla sınağa çəkmək istəyirlər.

Bəli, anam 2006-cı ildə Şəmsəddin Xanbabayevin qəbulunda olmuşdu, ona demişdi ki, bazarı satır. Bundan sonra anama hər tərəfdən hücumlar başladı. YAP-dan qovulan Azad Yaqubov 2007-ci ilin yanvarında təcili Xaçmaz Kooperativlər Cəmiyyətinə sədr təyin olundu. 1 iyun 2007-ci il tarixdə bazar yandırıldı. Təşkil edilmiş yanğına görə anamı çağırıb barəsində cinayət işi başlayacaqlarını deyirdilər. Həmin günlərdə rayon rəhbərliyi ortaya yol planını atdı. Dedilər ki, ticarət mərkəzinin ərazisindən yeni yol salınacaq. Xəbər göndərdilər ki, ticarət mərkəzinin boşaldılması üçün fəaliyyətə başlanılır. Xanbabayevin sağ əli olan I müavini Akif Mərdanov və Rasim Məlikovu da bu işə qoşdu. Anamı rayon prokurorluğuna çağıraraq əvvəl onu həbslə hədələyərək bazarın ərazisini xoşluqla verməsini tələb etdilər. Heç nə alınmadı. Bundan sonra Akif Mərdanov o dövrdə rayon prokuroru olan R.Məlikova adi vətəndaş kimi məktub yazdı.

Eyni zamanda 1 qrup öyrədilmiş şikayətçi isə Şəmsəddin Xanbabayevə kollektiv və anonim ərizə yazdılar.

Hər 2 müraciətin məğzi eyni idi - tələb olunurdu ki, ticarət mərkəzi anamın əlindən alınsın və ərazidə yeni ticarət mərkəzi tikilsin.

Paralel olaraq Vergilər Nazirliyi tərəfindən ticarət mərkəzində yoxlama təşkil olunmuşdu.

Lakin bütün səyləri boşa çıxdı" - deyə Gülnarə Həbibova bildirir.

“Məhkəmə proseslərini uddu, sonda sifarişlə xirtdəyi kəsilərək öldürüldü”

Onun sözlərinə görə, bundan sonra Xaçmaz Kooperativlər Cəmiyyəti və payçıları anasına qarşı məhkəmədə iddia qaldırıblar:

“Anama qarşı bütün iddia, məktub, ərizə, şikayətlərin 1 məqsədi vardı - bazar Nəcimə Babayevadan alınmalıdır.

İş o yerə çatmışdı ki, Xaçmaz bələdiyyəsi tərəfindən məhkəmə proseslərində Azad Yaqubova bələdiyyə adından nümayəndə kimi təmsil olunmaq etibar edilmişdi.

Digər tərəfdən, 1 qrup öyrədilmiş şəxs Xaçmaz Rayon Məhkəməsində anamın müəllifi olduğu “Dünya dərdimdən xəbərsiz” kitabında yazdığı şeirlərə görə iddia verdilər. Həmin iddia da açıq-aşkar icra başçısının bazarla bağlı mövqeyini ortaya qoyurdu.

İddialarında yazırdılar ki, Nəcimə Babayeva şeirlərdə Şəmsəddin Xanbabayevin şərəf və ləyaqəti alçaldılıb. Buna görə də 250 min manat təzminat ödəməli, ən əsası isə təzminatdan başqa bazarı bağlanmalıdır. Əgər məhkəmədə şeir mübahisələndirilirsə, bazarın bağlanması iddiası niyə ortaya atılır? Digər iddialar kimi bu iddia da açıq-aşkar sifarişli idi. Həmin iddianın altına imza atanlardan biri Nizami Şəfiyev yuxarılara ən müxtəlif səpkili şikayətlər yazmışdı. Bundan sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinə tərəfindən “Arzu” MMC sifarişli şəkildə 2 min manat cərimə olundu. Anama qarşı sistemli, hərtərəfli iş aparılırdı və bu işlərin vahid mərkəzdən idarə olunması da şübhə doğurmurdu. Anam 3 ildən də artıq bir müddətdə mülkiyyəti uğrunda Şəmsəddin Xanbabayevin arxasında durduğu bir qrupla mübarizə apardı. Məhkəmə proseslərini uddu, sonda sifarişlə xirtdəyi kəsilərək öldürüldü".

Baş Prokurorluq işə müdaxilə edir, günahsız insanların həbsinin qarşısı alınır

Gülnarə Həbibova anasının qətlindən sonra baş verənlərin də cinayətin ört-basdır olunmasına xidmət etdiyini deyir: “Anam öldürüləndən sonra hadisə yerindən qatilə məxsus əl izlərini belə götürmədilər. O dövrdə rayon prokuroru olan Rasim Məlikov qardaşım Cavidi anamın ölümündə qatil kimi qələmə verməkdən çəkinmirdi. Mənə də təzyiq edirdilər ki, cinayət işinin rayon prokurorluğundan alınaraq Baş Prokurorluğa verilməsini tələb etməyim.

Anamın, mənim guya “əxlaqsız” həyat tərzi keçirməyimiz, qardaşım Cavidin isə narkoman, içki düşkünü olması, əmlak payından məhrum olduğuna görə anası ilə ədavəti olması haqda dırnaqarası faktlar toplanırdı. Elə fikir formalaşdırmağa çalışırdılar ki, guya bizim ailədə belə bir hadisənin baş verməsi spesifik haldır. Yəni bu qadını oğlu Cavid öldürə bilərdi. Eyni zamanda anamın sürücüsü O.Azayevə də təzyiq edib bu versiyanın doğru olması təəssüratını yaradan ifadələr almaq istəyirdilər.

Hadisədən 5 gün keçəndən sonra şikayətimizi nəzərə alaraq Baş Prokurorluq cinayət işinin istintaqını rayon prokurorluğundan aldı. İş materialları Baş Prokurorluğun Ağır Cinayətlərin İstintaqı İdarəsinə göndərildi. Belə olmasaydı, Nəcimə Babayevanın qətli və bu qətlə görə ailə üzvlərinin həbsi baş verəcək, bazarın ələ keçirilməsi planı gerçəkləşəcəkdi. Bazar uğrunda onlara qarşı mübarizə aparacaq heç kim qalmırdı. Hesab edirəm ki, əvvəl gündən bazarın ələ keçirilməsi üçün çox yaxşı düşünülmüş plan olub. 2 hektara yaxın bir ərazini ələ keçirmək məqsədilə bazarla birlikdə anamın qətlinə sifariş verilib. Ötən 9 ildə nəticə odur ki, heç kimə qarşı rəsmən ittiham irəli sürmək olmur, anamın ölüm işi açılmır. Qətldən sonra keçən bu 9 il - bu qətlin arxasında duranların hər şeyi əvvəlcədən nəzərə aldıqlarını sübut etdi".

Biz sifarişçinin, killerin kimliyini bilirik!

Gülnarə Həbibova deyir ki, onlara qarşı təxribatlar bir müddət ara versə də, son 2 ildə yenidən ən sərt şəkildə bərpa olunub: “2017-ci il avqustun 9-da ticarət mərkəzinin ərazisində xırda ticarətlə məşğul olan Qurban Sadıqov və Cəmilə Sadıqova hamının gözü qabağında səbəbsiz olaraq anamın qəbrini nalayiq söyüşlərlə təhqir etməyə başladılar. Bizi təxribata çəkmək istədilər. Bazarda baş verəcək təxribatdan 2017-ci ilin aprel ayından xəbərimiz var idi və bu barədə Baş Prokurorluğa məlumat vermişdik. Bilirdik ki, bu adamlardan bizə qarşı oyunda istifadə edilirlər. Baş verənlərlə bağlı baş prokuror cənab Zakir Qaralovun qəbuluna yazıldıq. Bundan sonra cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edildi.

Sonradan həmin cinayət işi yenidən başlandı və bu gün də qanunsuz olaraq davam etdirilir.

13 noyabr 2017-ci ildə Q.Sadıqov və anası C.Sadıqova Sumqayıt İnzibati-İqtisadi Məhkəməsində məndən 288 min 891 manat pulun alınıb onlara verilməsi tələbi ilə iddia qaldırdı. Ali Məhkəmənin 24 oktyabr 2018-ci il tarixli qərarı ilə rədd edildi.

Biz anamızın Rusiyanın konkret hansı şəhərindən kimin sifarişi ilə gətirilən killer tərəfindən öldürülməsi barədə məlumat əldə etmişik və hüquq-mühafizə orqanlarından cinayət işinin açılması üçün əməli tədbirlər görmələrini gözləyirik".

P.S. Yazıda adı hallanan hər kəsi dinləməyə, mövqeyini dərc etməyə hazırıq.//“Yeni Müsavat”
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Gəncə şəhərində 2 ay əvvəl törədilmiş qətlin üstü açılmışdır

    Gəncə şəhərində 2 ay əvvəl törədilmiş qətlin üstü ...

    21-12-2014, 19:58

  • 
  • Xaçmazda ruhi xəstə üç nəfərə hücum etdi: Ölən və yaralı var

    Xaçmazda ruhi xəstə üç nəfərə hücum etdi: Ölən və ...

    8-07-2017, 15:10

  • 
  • Xaçmazda bibinin qətli ilə bağlı şok məqamlar

    Xaçmazda bibinin qətli ilə bağlı şok məqamlar ...

    18-06-2013, 13:37

  • 
  • Xaçmazda bir nəfər intihar edib

    Xaçmazda bir nəfər intihar edib ...

    4-07-2013, 12:38

  • 
  • İstirahət mərkəzində törədilən qətlin üstü açıldı

    İstirahət mərkəzində törədilən qətlin üstü açıldı ...

    17-01-2016, 15:39


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (282)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu