GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Bakıda arvadını öldürən polis qətldən sonra intihar etmək istəyib - YENİ TƏFƏRRÜAT

Bakıda arvadını öldürən polis qətldən sonra intihar etmək istəyib - YENİ TƏFƏRRÜAT

Tarix: 12-10-2021, 12:52 Bölmə :Cəmiyyət Baxış: 226


“Sentyabrın 29-da İsmayıl mənə zəng etdi ki, Xanım evdə yoxdur. Xanım da qorxusundan mənə demişdi ki, onun yerini heç kimə deməyək”.

Bu sözləri Oxu.Az-a açıqlamasında sentyabrın 30-da Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı, polis nəfəri İsmayıl Məmmədovun xidmətdə olarkən 24-cü Polis Şöbəsində xidməti silahdan atəş açaraq qətlə yetirdiyi həyat yoldaşı Xanım Məmmədovanın anası Yetər Əliyeva deyib.

Onun sözlərinə görə, qızının şiddət gördüyünü oğlanın ailəsi bilsə də onu müdafiə etməyib:

“Qayınanası da oğlunun xasiyyətinə görə, onun öhdəsindən gələ bilmirdi. Qızım deyirdi ki, İsmayıl qoymurdu ki, pəncərədən paltar asım. Deyirdi ki, səhər sübh tezdən hava işıqlanmamış paltarı as, bir də gecə qaranlıq düşsün yığarsan. Xanım bunları mənə deyirdi, amma imkan vermirdi qarışmağa. Qızım bizdən nəyi necə istəyib, biz elə etmişik. İstəmirdi ailəsi dağılsın, uşaqları atasız qalsın. Deyirdi düzələcək.

Qızım savadlı idi, amma qoymurdular işləməyə. Düşünürdülər ki, qızımın öz qazancı olsa, sözə baxmaz. 42 il müəllim işləmişəm, yoldaşım icra hakimiyyətində müavin işləyib. Bizim necə ailə olduğumuzu hamı bilir. İsmayıl özü mənimlə danışanda deyirdi ki, Yetər xala sizin ailə çox yaxşıdır”.

Y.Əliyeva deyir ki, İsmayıl Məmmədov kənarda heç vaxt bu cür xasiyyətlərini göstərməyib:

“Biz sonra bilmişik ki, nişanlı vaxtı da Xanımı döyüb. Amma bir-birlərini çox sevirdilər deyə, heç biri əl çəkmirdi. Düşünürdü ki, xasiyyəti dəyişər. Heç vaxt Xanımı qınamamışıq ki, özün seçdin, ailə qurdun. Heç vaxt üz döndərməmişik qızımdan.

İsmayıl onu tez-tez döyürmüş, amma Xanım çox bərk döyüləndə əlacsız qalıb deyirdi. Bir dəfə uşaqları Xanımın əlindən almaqla təhdid ediblər. Xanım da uşaqlarsız qala bilmərəm dedi və barışdı”.

İ.Məmmədovun atasının Xocalıda şəhid olmasından travma yaşaması və bu travmanın məlum hadisələrə gətirib çıxarmasına dair səsləndirilən fikirlərə münasibət bildirən Y.Əliyeva iddia edir ki, onlar Xocalı faciəsi zamanı kənddə olmayıblar:

“İsmayılın anası Elmira xanım özü danışırdı ki, yoldaşı həmin ərəfədə ailəsini bir ay qabaq Ağdama aparıb. Xocalıda özü tək qalıb. Ona görə də uşaqlar Xocalı faciəsinə şahid olmayıblar.

Buna baxmayaraq, mən o ailəyə hörmət etmişəm, şəhid ailəsidir, qəlbləri sınıqdır, tək başına yeddi uşaq böyüdüb deyirdim, sözlərini çevirmirdik. Oğlanın bacıları da qızımı çox istəyirdilər. Həmişə qardaşlarının Xanımı döyməsinə qarşı çıxırdılar. Həmişə deyirdik ki, İsmayıl, qadına, qıza vurmaq olmaz. Hirslənərlər, bir şillə vurarlar başa düşmək olar. Amma bu dərəcədə döyüb-öldürmək olmaz”.

Y.Əliyeva deyir ki, hadisə baş verən gün İ.Məmmədov ona telefonla zəng edib:

“İşdən evə gələndə Xanımı görməyib. Mənə sentyabrın 29-da zəng elədi ki, Xanım haradadır? Mən də demədim haradadır. Xanım demişdi ki, ana, qurban olum, yerimi deməyin.

Digər baş verənləri də bilirsiniz. İsmayıl hadisədən sonra deyib ki, Xanımı vurandan sonra güllələrin yarısını da özünə vuracaqdı. Təhqiqatçı onu tutub saxlayıb ki, hadisənin qabağını alsın. Amma saxlaya bilməyib”.

İ.Məmmədovun bacıları da qardaşlarının hərəkətindən peşmanlıq duyurdular, amma bacıdırlar, onları da başa düşdüyünü deyən Y.Əliyeva ona bu faciəni yaşadanları unutmayacağını deyib.

Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakıda polis arvadına altı güllə vurub - YENİLƏNİB/FOTO

    Bakıda polis arvadına altı güllə vurub - ...

    30-09-2021, 14:40

  • 
  • BAKIDA POLİS İDARƏSİNDƏ DƏHŞƏT - Polis nəfəri həyat yoldaşını şöbədə güllələyərək öldürüb

    BAKIDA POLİS İDARƏSİNDƏ DƏHŞƏT - Polis nəfəri ...

    30-09-2021, 10:33

  • 
  • POLİS ARVADINI NİYƏ ÖLDÜRÜB? - Hadisə yerindən GÖRÜNTÜLƏR + VİDEOLAR

    POLİS ARVADINI NİYƏ ÖLDÜRÜB? - Hadisə yerindən ...

    30-09-2021, 16:00

  • 
  • Məhkəmə şöbədə arvadını güllələyərək öldürən polislə bağlı qərar verib

    Məhkəmə şöbədə arvadını güllələyərək öldürən ...

    2-10-2021, 10:15

  • 
  • Polis arvadını və onun ailəsini öldürüb, İNTİHAR ETDİ

    Polis arvadını və onun ailəsini öldürüb, İNTİHAR ...

    12-08-2021, 13:41


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (282)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu