Gundemxeber.az » Ölkə » Cəmiyyət » Aeroport yolunda ölümcül qəza: 5 nəfər reanimasiyadadır, birinin vəziyyəti ağırdır
ŞƏKLİN MƏNBƏYİ, SOSİAL MEDİA
Bakıda hava limanı yolunda yük maşını ilə sərnişin avtobusu toqquşub. Fransa Minsk qrupu həmsədrlərinin Qarabağ üzrə uzunmüddətli razılaşma əldə etmək üçün çalışdığını bildirib.Azərbaycan-İran XİN başçıları son günlər səsləndirilən qarşılıqlı ittihamlar barədə danışıblar - ətraflı BBC News Azərbaycancanın icmalında.
Çərşənbə günü Bakıda aeroport yolunda baş vermiş qəza nəticəsində xəstəxanaya yerləşdirilənlərin beşi reanimasiyadadır, birinin vəziyyəti ağırdır.
Həmin qəzada yük maşının 171 nömrəli sərnişin avtobusu ilə toqquşması nəticəsində 5 nəfər ölüb, 25 nəfər yaralanıb.
Kliniki Tibbi Mərkəzdən APA-ya bildirilib ki, xəstəxanaya yerləşdirilən 3 nəfərin vəziyyəti stabildir, 1 nəfər isə reansimasiyadadır və vəziyyəti stabildir.
3 saylı Şəhər Klinik Xəstəxanasının məlumatına görə isə, xəstəxanada olan 4 nəfər reanimasiyadadır, onlardan birinin vəziyyəti ağırdır. Travma alan 4 nəfərin vəziyyəti isə stabil qiymətləndirilir.
Nə baş verib?
Çərşənbə günü səhəri Bakıda aeroport yolunda yük maşının 171 nömrəli sərnişin avtobusu ilə toqquşması nəticəsində 5 nəfər ölüb, 25 nəfər yaralanıb.
Daxili İşlər Nazirliyi bildirib ki, ölənlər yol kənarında dayanmış Bakı şəhər sakinləri Məhiyəddin Abdullayev, İlham Aslanov, İradə İsgəndərova, Mehbarə Yaqubova və avtobusdakı sərnişinlərdən biri Kəmalə Babayeva olub.
"25 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmişdir. Onlardan 8-i ilkin tibbi yardım aldıqdan sonra evlərinə buraxılmış, 17 nəfərin müalicəsi isə davam edir", DİN açıqlayıb.
İlkin məlumatlarda 21 nəfər yaralının olduğu bildirilib. Yaralılardan 11-nin kişi, 10 nəfərin qadın olduğu açıqlanıb.
Səhiyyə Nazirliyinin məlumatına görə, yaralılar Kliniki Tibbi Mərkəzə və 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.
3 saylı Şəhər Klinik Xəstəxanasının həkimi Namiq Dəmirçiyev APA-ya açıqlamasında deyib ki, qəza ilə bağlı xəstəxanaya 17 müraciət daxil olub.
Onun sözlərinə görə, onlardan 11 nəfəri xəstəxanaya yerləşdirilib, 6 nəfər tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə yönəldilib.
"11 nəfərdən 5-i reanimasiyadadır, biri əməliyyatdadır. Onun vəziyyəti çox ağır, o birilərin vəziyyəti orta ağır və kafidir. Xəstələrdə müxtəlif zədələr, ən çox kəllə-beyin travması, döş qəfəsinin travması qeydə alınıb".
AZTV-nin məlumatına görə, yaralananlardan iki nəfəri əməliyyat olunur, digərlərinin müalicəsi davam etdirilir.
Qəza nəticəsində xəsarət alan Kənan Məmmədli AZTV-yə müsahibəsində deyib ki, o, hadisə zamanı dayanacaqda dayanıb.
"Dayanacaqda dayanmışdım. Avtobusun dayanacağa aşmağını gördüm, sonrasını görmədim", o deyib.
Hazırda müalicəsi davam edən Kənan Məmmədli "özünü yaxşı hiss etdiyini" söyləyib.
Hadisə oktyabrın 13-də, saat 6.40 radələrində Heydər Əliyev Beynəlxalq Hava Limanı-Mərdəkan avtomobil yolunun Suraxanı dairəsi adlanan hissəsində baş verib.
Daxili İşlər Nazirliyi açıqlamasında Bakı şəhər sakini Mahmud Əzizovun "Mercedes" markalı yük avtomobili ilə Bakı sakini Tahir Abdullayevin idarə etdiyi "Daewoo" markalı sərnişin avtobusunu "vurduğunu" deyib.
Yük maşınının sürücüsü, 19 yaşlı Qobustan sakini şübhəli kimi saxlanılıb.
Hadisə ilə bağlı cinayət işi açılıb, hazırda araşdırma gedir, Daxili İşlər Nazirliyinin sözçüsü Elşad Hacıyev BBC News Azərbaycancaya deyib.
Sonradan DİN məlumat yayıb ki, faktlar bağlı Suraxanı Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda maddəsi ilə cinayət işi başlanılıb.
Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin sözçüsü Nuridə Allahyarova yük maşının sürücüsünün qanunsuz fəaliyyət göstərdiyini bildirib.
O deyib ki, ilkin məlumata görə, hadisə "yük avtomobilinin sürücüsünün sükan arxasında yuxulaması səbəbindən" baş verib.
GUNDEMXEBER.AZ
15-05-2019, 17:16
8-07-2013, 11:41
9-03-2017, 15:24
29-07-2019, 11:12
7-04-2017, 22:46
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?