GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » ADI “SƏNAYE BANKI”, ÖZÜ İSƏ... - Gozalın bankı həm kiçilib, həm də qazancı 3 dəfə azalıb

ADI “SƏNAYE BANKI”, ÖZÜ İSƏ... - Gozalın bankı həm kiçilib, həm də qazancı 3 dəfə azalıb

Tarix: 14-10-2021, 16:18 Bölmə :Cəmiyyət Baxış: 470



Bank sektorunda böyüklüyünə görə ilk altılığa daxil olan və “Azersun Holdinq” MMC-nin maliyyə bazarı üzrə törəmə sərmayəçi şirkəti sayılan “Anadolu İnvestment Kompani” MMC-yə məxsus “ASB Bank”-ın cari ilin ilk 9 ayına aid hesabatları göstərir ki, bank bir qədər kiçilib. 

“AzPolitika.info” bankın hesabatlarına istinadla xəbər verir ki, “ASB Bank”-ın həm aktivləri, həm müştərilərdən cəlb edilən vəsaitləri, həm kreditləri, həm də kredit faizlərindən gəlirləri xeyli azalıb.

Bununla yanaşı, Abdulbari Gozalın bankı kimi tanınan bu bank adındakı “sənaye” sözünə baxmayaraq, istehsal sahələrinə vəsait ayırmaq əvəzinə, daha çox digər banklara vəsait yerləşdirərək, qazanc götürməklə məşğuldur. Bu isə bankın nə adına, nə də ümumilikdə dövlətin və ölkənin bank sektorunun maraqlarına uyğun deyil. Bununla bağlı “marja.az” bildirir ki, sözügedən bank "Azərbaycan Sənaye Bankı" adını "Azərbaycan Depozit Bankı"na dəyişsə daha məqsədəuyğun olar.

"Azərbaycan Sənaye Bankı"nın cari ilin 9 ayının yekunları üzrə maliyyə hesabatları göstərir ki, 30 Sentyabr 2021-ci il tarixində “ASB”-nin banklar da daxil olmaqla, maliyyə institutlarındakı depozitləri cəmi 481 milyon 800 min manat təşkil edib. Bu isə bankın cəmi aktivlərinin 55,6%-dir. Eyni zaman kəsiyində müştərilərə verilən kreditlərsə cəmi 226 milyon 744 min manat olub, bu da cəmi aktivlərin 26,2%-dir. Deməli, digər banklarda yerləşdirilən depozitlər müştərilərə verilən kreditlərdən 2 dəfə çoxdur. Belə olan təqdirdə, bunun nəyi “sənaye bankı” oldu?



Həmçinin, 2020-ci ilin sonu ilə müqayisədə "Azərbaycan Sənaye Bankı"nın digər banklardakı depozitləri 37 milyon 762 min manat artıb, müştərilərə verilmiş cəmi kreditlər isə 90 milyon 247 min manat azalıb. Bu göstərici də bankın hansı istiqamətdə “çalışdığını” ortaya qoyur.

“ASB” 2021-ci ilin 9 ayını 1 milyon 716 min manat xalis mənfəətlə başa vursa da bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfə azdır. Belə ki, bank 2020-ci ilin 9 ayını 5 milyon 130 min manat xalis mənfəətlə bağlamışdı. Xalis mənfəətin azalması bankın kredit portfelinin azalmasıyla və nəticədə kreditlər üzrə faiz gəlirlərinin də düşməsi ilə əlaqədardır.

O cümlədən, Bankın 9 aylıq faiz gəlirləri 3 milyon 876 min manat və ya 15,6% azalaraq 20 milyon 920 min manata düşüb. Həmçinin, “ASB”-nin 2020-ci ilin 9 ayı ilə müqayiədə əməliyyat mənfəəti 2,1 dəfə azalıb. Bankın kreditlər üzrə faiz gəlirləri isə 23,3% və ya 3 milyon 576 min manat azalaraq 11 milyon 748 min manat, banklardakı depozitləri üzrə faiz gəlirləri isə 3,3% və ya 309 min manat azalaraq 9 milyon 160 min manat təşkil edib.

2020-ci ilin sonu ilə müqayisədə “Azərbaycan Sənaye Bankı” tərəfindən müştərilərə verilmiş cəmi kreditlər 90 milyon 248 min manat və ya 28,5% azalaraq 226 milyon 743 min manata düşüb, digər banklara yerləşdirilmiş depozitlər isə 37 milyon 762 min manat və ya 8,5% artaraq 481 milyon 800 min manata yüksəlib. Nəticədə bankın digər banklardakı depozitləri kredit portfelindən 2,1 dəfə çoxdur.

Onu da qeyd edək ki, “ASB” 30 Sentyabr 2021-ci il tarixində 866 milyon 645 min manat cəmi aktivlərə malik olub ki, bu da ötən ilin sonu ilə müqayisədə təxminən 45 milyon manat azdır.

Bütün bu göstəricilər “ASB”-nin əvvəlki dövrlə müqayisədə bir qədər kiçildiyini və aktiv kredit siyasətindən uzaqlaşdığını göstərir.

Xatırladaq ki, “Azərbaycan Sənaye Bankı”nın səhmdarları “Anadolu İnvestment Kompani” MMC(“Azersun Holdinq” MMC-nin törəməsi), “Azərbaycan Sənaye Lizinq” MMC (0.5748%) və Abdulla Gozalın qızı Leyla Gozaldır (1%).

GUNDEMXEBER.AZ




  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Məhkəmə mübahisələri aparan bankların reytinq cədvəli açıqlanıb

    Məhkəmə mübahisələri aparan bankların reytinq ...

    3-06-2013, 14:53

  • 
  • Azərbaycanda bank sədri koronavirusdan vəfat etdi

    Azərbaycanda bank sədri koronavirusdan vəfat etdi ...

    29-06-2020, 17:57

  • 
  • "Rabitə Bank" müştərilərinin inamını itirib - RƏQƏMLƏR

    "Rabitə Bank" müştərilərinin inamını ...

    26-04-2019, 14:46

  • 
  • “ŞAPKA MAMED”in BANKI ZİYANLA İŞLƏYİR – “TuranBank”ın yarım milyona yaxın əməliyyat zərəri yaranıb

    “ŞAPKA MAMED”in BANKI ZİYANLA İŞLƏYİR – ...

    18-04-2019, 10:44

  • 
  • ASLANLININ BANKI “BOĞULUR”…- Verdiyi kreditlərin böyük hissəsini yığa bilmir

    ASLANLININ BANKI “BOĞULUR”…- Verdiyi kreditlərin ...

    5-09-2019, 14:11


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (293)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
https://betboom.com
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu