GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Erməni ərköyünlüyündən doğan təhlükə və panika: - Rusiya öz sülhməramlı missiyasını niyə yerinə yetirmir?!

Erməni ərköyünlüyündən doğan təhlükə və panika: - Rusiya öz sülhməramlı missiyasını niyə yerinə yetirmir?!

Tarix: 15-10-2021, 14:55 Bölmə :Cəmiyyət Baxış: 220


“Hazırda vəziyyət tamamilə Artsax Müdafiə Ordusu və Rusiya sülhməramlılarının nəzarətindədir. Baş verənlər geniş miqyaslı müharibənin yenidən başlanması təhlükəsindən danışmaq üçün əsas vermir”.

Qondarma “DQR”-ın “xarici işlər naziri” David Babayan dünən bölgədə baş verən atışmalara və yaşanan panikaya münasibət bildirərkən belə deyib.
Babayanın fikrincə, nə qədər ki, Qarabağda rus sülhməramlıları yerləşib, böyük miqyaslı müharibə olmayacaq: “Bunu anlamalı, spekulyasiya etməməli və təşvişə düşməməliyik. Yalnız rəsmi məlumatlara, xüsusən “Artsakh müdafiə ordusu”nun məlumatlarına inanın. Müharibə mümkün deyil. Başa düşməliyik ki, bu, düşmənin təxribatıdır, bu cür təxribatlara əl atacaq, çünki bu onun üslubudur və bizim üçün yeni xəbər deyil”.
Qeyd edək ki, dünən axşam Qarabağdakı bir erməni postunda atışma baş vermiş və bölgədə yaşayan bütün ermənilər təşvişə düşmüşlər. Ermənilər iddia edirdilər ki, Azərbaycan hərbi qüvvələri separatçıların postlarına hücuma keçiblər. Azərbaycan Müdafiə Nazirliyi isə bu iddiaları təkzib edib.
“Əvvəlcə qarşı tərəfin bir neçə sərxoş silahlısı digər yoldaşları ilə əlbəyaxa olublar. Sonra onların olduqları yerdə partlayış müşahidə edilib.
İlkin ehtimala görə, atışma nəticəsində qarşı tərəfdən ölən və yaralananlar var.
Bildiririk ki, baş vermiş hadisəyə Azərbaycan Ordusunun heç bir aidiyyəti yoxdur”, - Nazirliyin məlumatında belə deyilir.
Bir sözlə, ermənilər xofa düşüblər. Onların bu cür xofa düşmələri isə səbəbsiz deyil. Çünki dünən axşam saatlarında qanunsuz erməni silahlı dəstələri tərəfindən açılan snayper atəşi nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Həmzəyev Əfqan Bəhram oğlu şəhid olmuşdu. Dolayısıyla, ermənilər Azərbaycan tərəfindən qisas əməliyyatı gözlədikləri bir zamanda qanunsuz postlarda əylənən ermənilərinin sərxoşluğu nəticəsində çıxan insident bölgədə böyük panikaya yol açıb.
Qeyd edək ki, 10 noyabr Bəyanatına görə, ermənilər rus sülhməramlılarının yerləşdiyi məkanlarda paralel post qura bilməzlər. 10 noyabr Bəyanatının tələblərinə əməl olunmaması bu cür qalmaqalların yaranmasının əsas səbəblərindəndir.
Hər kəs öz postunda: erməni qadınları rus “sülhməramlıları” ilə tort yeyir, əyyaş ərləri isə “sərhəd qoruyur”.
Erməni silahlılarının qeyri-peşəkarlardan təşəkkül tapması və postların qorunmasına əsgərlərin deyil, orta yaşlı əyyaşların cəlb olunması faktı yalnız Qarabağda deyil, Ermənistan sərhəd zastavalarında da qeydə alınıb. Ermənistan mediası belə, bunu dəfələrlə etiraf edib və bu cür müdafiə səddinin qurulmasının böyük yalnış olduğunu vurğulayıblar. Düşmən ordusunun rəhbərliyi isə medianın haqlı iradlarını qulaq ardına vurur, postlara orta yaşlı əyyaşları göndərir. Çünki həmin ərazilərin rus sülhməramlıları tərəfindən qorunduğuna əmindirlər və özlərinin sərhəd keşikçilərinin simvolik məna daşıdıqlarının fərqindədirlər. Özünü “DQR-nın xarici işləri” adlandıran Babayanın yuxarıda bəhs etdiyimiz açıqlaması da bu arxayınlıqdan xəbər verir.
Zənnimizcə, erməni hərbi rəhbərliyi qanunsuz postlara göndərdikləri orta yaşlı əyyaşların qorxularını azaltmaq üçün onlara spirtli içkiləri qəsdən verirlər. Rus sülhməramlılarının arxasında gizlənən erməni əyyaşları isə post qorumağa yox, yeyib-içməyə getdiklərindən bu cür insidentlərin ortaya çıxması üçün münbit şərait yaranır.
Ən maraqlısı isə odur ki, erməni əyyaşlığından doğan bu cür insidentlər baş verən kimi, rus sülhməramlıları araya girib, ölkə başçısının təbirilə desək, “yolunu azmış vətəndaşlarımızın” səhvlərini kefliliklərinə keçməmizi xahiş edərək, saqqal tuturlar. Sanki sərhədlərimiz və Qarabağ içkili toy məclisi, rus “sülhməramlıları” isə toybəyidir.
Azərbaycan rəhbərliyi Rusiyaya Qarabağın və sərhəd bölgələrimizin alkoqolizmə qarşı reanimasiya müəssisəsi, sülhməramlılığın isə qarşı tərəfi ərköyünləşdirmək olmadığını başa salmalı və 10 noyabr Bəyanatının bütün şərtlərinin nöqtəbənöqtə yerinə yetirilməsini tələb etməlidir. Əks halda, Azərbaycanın öz ərazisində və sərhədlərində nizam-intizamı bərpa etmək hüququnun doğacağı Kremlin diqqətinə çatdırılmalıdır./Ovqat.com/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rus ordusu olmasaydı, Qarabağda erməni qalmazdı - Jirinovski

    Rus ordusu olmasaydı, Qarabağda erməni qalmazdı - ...

    26-07-2018, 11:52

  • 
  • Rus ordusu Əsgəranda – Sülhməramlılar bölgədə yerləşir

    Rus ordusu Əsgəranda – Sülhməramlılar bölgədə ...

    12-03-2021, 12:29

  • 
  • Qarabağda anti-terror əməliyyatı gözləniləndir

    Qarabağda anti-terror əməliyyatı gözləniləndir ...

    20-04-2021, 12:54

  • 
  • Ağdamda erməni hərbiçiləri ilə Rusiya sülhməramlıları arasında şiddətli atışma – Son dəqiqə

    Ağdamda erməni hərbiçiləri ilə Rusiya ...

    16-11-2020, 13:56

  • 
  • FAKT: Qarabağda erməni ordusu bura yerləşib – İrəvandan şok təsdiq

    FAKT: Qarabağda erməni ordusu bura yerləşib – ...

    14-01-2021, 11:37


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (294)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu