GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Səhhəti pisləşən ömürlük məhbusun anası imdad diləyir - Unudulan “Qarabağ partizanı”

Səhhəti pisləşən ömürlük məhbusun anası imdad diləyir - Unudulan “Qarabağ partizanı”

Tarix: 21-10-2021, 13:24 Bölmə :Cəmiyyət Baxış: 214


Daha çox “Qarabağ partizanı” adı ilə tanınan, ömürlük məhbus Məmməd Məmmədovun vəziyyəti yaxşı deyil. Ailənin yeganə övladı olan, Qobustan qapalı həbsxanasında cəza çəkən məhbusun səhhətində müəyyən problemlər yaranıb.

Eyni zamanda onun anası Təranə Məmmədovanın da vəziyyəti çox ağır, acınacaqlıdır. Belə ki, ağır xəstə olan Təranə xanıma baxan yoxdur. Günü-gündən vəziyyəti ağırlaşan ana oğlunun azadlığa buraxılması üçün imdad diləyir.
Xatırladaq ki, M.Məmmədov Qarabağ Azadlıq Təşkilatının üzvü olub. Qurumun rəhbəri Akif Nağı “Yeni Müsavat”a dedi ki, Məmməd Məmmədov 18 ildən çoxdur ki, həbsdədir: “O vaxt hadisənin necə törədildiyinin, nədən baş verdiyinin üzərinə getmək istəmirəm. Məmməd həbs olunanda cəmi 20 yaşı var idi. Onunla bərabər həbs edilənlərdən heç biri ömürlük cəza almadı. Tək Məmmədə bu cəzanı verdilər. Qəribədir ki, dəstənin rəhbəri 10 il cəza aldı və sonradan Ali Məhkəmə cəzanı 9 ilə endirdi. Qalanları da az cəzalar almışdılar. İndi onların hamısı azadlıqdadır. Bəs bu cavan oğlan niyə orada qalıb? Nə üçün bu qədər unudulub? Məsələyə nə üçün bu şəkildə yanaşırlar? Adamın ürəyindən keçirdi ki, Qarabağa getsin, torpaqlarımızın azad olunmasına çalışsın. O vaxt cəmiyyət bu səbəbdən məhz onları ”Qarabağ partizanları" kimi tanıdı. Onlar 2003-cü ildə cəbhə xəttini keçib Qarabağda partizan hərəkatına başlamaq istəyirdilər. Bütün bunlar məhkəmədə sübut olunub. Məhkəmənin 300 səhifəlik ittiham aktı var idi. Onların başqa niyyətləri olmayıb. Bunların separatçılara qarşı partizan müharibəsi aparmaqdan başqa niyyətləri olmayıb. Məmmədin bircə anası var. O, kiminlə görüşürsə, hər kəs eyni sözü deyir, yəni Məmmədin bu qədər cəza almasını, həbsdə saxlanılmasını haqsız hesab edirlər. Ömürlük cəza almasına səbəb olan ortada bir ağır cinayət də yoxdur. Bir nəfər polis əməkdaşı həlak olmuşdu, Allah rəhmət eləsin. Amma onun Məmmədin silahından həlak olduğu sübut olunmadı. Çünki onlar saxlanılarkən tək atəş açan Məmməd olmayıb. Ola bilər ki, cavan olub, ağlı kəsməyib, geriyə atəş açıb. Bunu məqsədli şəkildə etməyib ki. Buna görə ömürlük cəza vermək olmaz axı. Ömürlük Məhbusların Müdafiə Komitəsinin sədri kimi ən müxtəlif adamlarla dəfələrlə görüşlərim olub. Hətta bir neçə il əvvəl Bakı Apelyasiya Məhkəməsinin sədri olan İman Nağıyevlə görüşüm oldu. Məmmədin işi onun stolunun üstündə idi.
O dedi ki, dünəndən bu işi vərəqləyirəm, Məmmədin əməlində heç bir ömürlük cəza veriləcək hal yoxdur. Hər tərəfdən deyilir ki, bu cəzaya əsas yoxdur, amma xeyri yoxdur. Dəfələrlə Əfv Komissiyası ömürlüklərin cəzasının illə əvəzlənməsi təklifi ilə çıxış edib, amma əməl edən olmayıb. Azərbaycanın Ali Baş Komandanı, ordusu böyük zəfər əldə edib. Bu gənc də ermənilərə qarşı nifrəti ilə tanınıb. İndi zəfərimizin birinci ildönümü ərəfəsindəyik. Hesab edirəm ki, bu, nəzərə alınmalıdır, Məmməd əfvə düşməlidir. Ölkə başçısı tərəfindən bu gəncə yönəlik humanist addımın atılması çox yaxşı olardı. Məmmədin anası xəstədir, baxanı yoxdur. Bütün bunlar nəzərə alınmalıdır. Sonda onu da deyim ki, Məmmədin məhkəmə prosesləri keçmiş MTN naziri Eldar Mahmudovun vəzifəyə gəldiyi ilk illərə düşüb. Onun nazir olduğu dönəmdə isə təhlükəsizlik qurumumuzda necə bir durumun yarandığının 6 il öncə hər kəs şahidi oldu. Məncə, aidiyyəti qurumlar bu nüansı da nəzərə almalıdır".
Hüquq müdafiəçisi Novella Cəfəroğlu bir çox ömürlüklərin cəzalarının illə əvəzlənməsini vacib sayır: “Biz ömürlüklərin hamısını siyahımıza salmışıq. Oradan, sadəcə, millətə zərər verə biləcək insanları çıxarmışıq. 15 ildən çox həbsdə olanların hamısı azad edilməlidir. Milli Məclis qanunu dəyişməlidir. Birinci Qarabağ müharibəsində iştirak edib, sonradan müxtəlif cinayətlərlə ömürlük cəza alanlar var”.
Məmməd Məmmədovun vəkili Əsabəli Mustafayev bildirdi ki, bu iş birinci instansiya məhkəməsində ətraflı araşdırılmadan, sübutlara obyektiv qiymət verilmədən ömürlük azadlıqdan məhrumetmə hökmü çıxarılıb: “Məhkəmə hökmünə görə, Məmməd Məmmədov ümumi təhlükəli üsulla iki və daha çox adamı öldürməkdə, digər ağır cinayətlərdə təqsirli bilinərək ömürlük azadlıqdan məhrum edilib. Məhkəmə bu hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi dəlillərə istinad edib. Halbuki bu sübutların böyük qisminin mötəbərliyinə ciddi şübhələr var.
Məmməd Məmmədovun və onunla birgə həbs olunmuş şəxslərin məhkum edildiyi maddələrdən biri də Cinayət Məcəlləsinin 279.1-ci maddəsidir. Onun təqsirləndirilməsinə dair cinayət işi ayrılaraq istintaqı davam etdirilib və onun mühakiməsi ayrıca keçirilib. 31 avqust 2005-ci ildə Ali Məhkəmə dəstənin qalan üzvlərinin kasasiya şikayətinə baxaraq, onların ittiham olunduğu maddələr sırasından 279.1-ci maddə üzrə icraata xitam verib. İndi belə çıxır ki, Məmməd Məmmədov həmin silahlı dəstənin həm rəhbəri, həm də tək üzvü olub, bu da cinayət normasının dispozisiyasına ziddir. Çünki bir nəfərdən ibarət silahlı birləşmə və ya qrup mümkün deyil. Kollegiya bu məsələni də araşdırıb, hüquqi qiymət verməlidir.
Məmməd Məmmədov həmçinin xidməti vəzifəsini yerinə yetirən şəxsi öldürmək ittihamı ilə məhkum olunub. Halbuki iş materiallarından görünür ki, həlak olan Şamil Məmmədov polis qismində Lənkəranda çalışırdı və hadisə yerində təsadüf nəticəsində olub. Qanuna görə, təqsirkar xidməti vəzifəsini yerinə yetirən şəxsi qətlə yetirmək istədiyini dərk etməli və bunu arzu etməli idi. Birinci instansiya məhkəməsi belə bir motivin, istəyin olub-olmadığını da araşdırmayıb.
Məhkəmə Məmməd Məmmədovu ümumi təhlükəli üsulla adam öldürməkdə ittiham edərkən onun parkda atəş açmasını əsas kimi göstərib. Amma parkda əməliyyat keçirən MTN əməkdaşları və orada olan digərlərinin həyatına təhlükənin yaranma səbəbləri araşdırılmayıb. Məmməd Məmmədovu təqib edən avtomaşına müxtəlif kalibirli 2 güllə dəyib və onlardan biri əməliyyatçılar tərəfindən öz həmkarlarına atılmış güllədir. Bu da deməyə əsas verir ki, əməliyyatçıların Məmməd Məmmədova atdığı güllələrdən biri təsadüfən həmin ərazidə olan mərhum Şamil Məmmədova da dəyə bilərdi. Çünki həmin an Şamil Məmmədov əməliyyatçılar tərəfindən təqib olunan və arxasınca güllə atılan Məmməd Məmmədovun qarşısında olub. Mərhumun məhz Məmmədov tərəfindən vurulduğunu əməliyyatda iştirak edən əməkdaşlar iddia edirlər. Onların ifadəsinə və ekspertizanın rəylərinə şübhə yaradan ciddi məqamlar var.
İstintaqın ilk günlərində şahid qismində dindirilənlər arasında Seyidov Şirzad, Məmmədov Tahir, Nəbiyev Qadir adlı mülki şəxslər olub. Onlar hadisə zamanı yaranmış vəziyyəti əməliyyatçılardan fərqli təsvir ediblər. Lakin bu şahidlər naməlum səbəblərdən məhkəmədə dindirilməyib. Halbuki onları ifadələri hadisənin başvermə şəraitini daha dəqiq müəyyən etməyə imkan verər".
Xatırladaq ki, M.Məmmədov 2003-cü ildə Rövşən Bədəlovun başçılıq etdiyi gənclər qrupunun o zaman işğalda olan Qarabağ ərazisində təcavüzkarlara qarşı partizan müharibəsi aparmaq üçün silahlı qrup yaratdığını öyrənib. May və iyun ayında o, bu şəxslərlə əlaqəni bərpa edərək, bu qrupun tərkibinə daxil olub. Sonralar bu qrup mətbuatda “Qarabağ partizanları” adı ilə tanınıb.
Maraqlı məqam odur ki, indiyə qədər həbs olunan dəstə üzvlərinin hamısı azadlığa buraxılıb. Təkcə 20 yaşlı Məmməd Məmmədovdan başqa...

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Qobustanda 19 məhbus aclıq aksiyası keçirib

    Qobustanda 19 məhbus aclıq aksiyası keçirib ...

    11-05-2013, 12:12

  • 
  • Türk iş adamını öldürənə ömürlük cəza tələbi

    Türk iş adamını öldürənə ömürlük cəza tələbi ...

    13-04-2015, 21:52

  • 
  • Ömürlük məhbuslara niyə tibbi maskalar verilmir?

    Ömürlük məhbuslara niyə tibbi maskalar verilmir? ...

    5-09-2020, 13:04

  • 
  • Homoseksuallara ömürlük həbs- QANUN

    Homoseksuallara ömürlük həbs- QANUN ...

    20-12-2013, 21:39

  • 
  • Akif Nağı Qobustan həbsxanasındakı ağır vəziyyətlə bağlı prezidentə müraciət etdi

    Akif Nağı Qobustan həbsxanasındakı ağır ...

    8-09-2018, 12:36


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (282)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu