Gundemxeber.az » Ölkə » Cəmiyyət » İki ŞOK bir arada: Əli İnsanovun partiyasını qeydiyyata aldılar və AzTV onu təbliğ etdi
Sabiq səhiyyə naziri Əli İnsanovun sədri olduğu Haqq Ədalət Partiyası (HƏP) dövlət qeydiyyatına alınıb.
Gundemxeber.Az-ın məlumatına görə, bu barədə xəbəri Ə.İnsanov özünün Feysbuk hesabında yayıb.
“Bu gün Ədliyyə Nazirliyində Haqq Ədalət Partiyasının Dövlət qeydiyyatına alınmasını təsdiq edən 1121-P1-0063 qeydiyyat nömrəli şəhadətnamə HƏP Mərkəzi İcra Aparatı rəhbəri Elşən Bayramlıya təqdim edilib.
Bu işdə razılığı və əməyi olmuş hər kəsə dərin təşəkkürümü bildirir, Haqq Ədalət Partiyasının bütün üzvlərini isə ürəkdən təbrik edərək onları Dövlətçiliyimizin möhkəmlənməsi və Xalqımızın rifahı naminə fəaliyyətlərində uğurlar arzulayıram”, - Ə.İnsanov bildirib.
Azərbaycanın indiki hakimiyyətinə qarşı ən radikal mövqeyi ilə seçilən və 14 il həbsxanada yatdıqdan sonra mövqeyindən bir addım belə geri çəkilməyən Əli İnsanovun partiyasının Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınması, yəqin ki, sizdə şok effekti yaratdı. Amma bundan daha təəccüblü hadisə də var. Azərbaycanın rəsmi televiziya kanalı AzTV də, Əli İnsanovun mövcud hakimiyyət üzərində bu müdhiş qələbəsini öz Telegram səhifəsində yayıb. Belə görünür ki, hakimiyyətdəki dövlət televiziya kanalına himayədarlıq edən müəyyən qruplar açıq şəkildə sabiq Səhiyyə nazirinə “stavka” etdiklərini gizlətməyə lüzum görmürlər.
Bütün hallarda biz Əli İnsanovu alnın təri ilə qazandığı bu ciddi qələbə münasibətilə təbrik edir və onun bundan sonra atacağı addımları izləməyə çalışacağıq.
Bizə ən maraqlı gələn başqa məqam da var. Dünənə qədər onun çörəyini yeyə-yeyə adamlar olanlar, daha sonra isə bu çörəyə şıllaq atıb nankorluq edənlər Əli İnsanovun bu uğuruna sevinəcəklərmi? Ən əsası, onun qarşısına nə üzlə çıxacaqlar?
13-06-2020, 20:56
17-01-2014, 12:34
19-09-2013, 17:10
2-10-2013, 23:35
24-06-2013, 15:05
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?