GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » "Köhnə" millət vəkillərinin yeri gürünür

"Köhnə" millət vəkillərinin yeri gürünür

Tarix: 27-10-2021, 18:21 Bölmə :Cəmiyyət Baxış: 1 531


Hanı biz deyən millət vəkilləri?

İki il olar Milli Məclis “üzüsulu” özünü buraxıb, di gəl, yeni Məclis də üzünə salıb mandat alan köhnə deputatlardan formalaşıb. Dəyişən bircə rəhbərlikdir. Necə deyərlər, köhnə məclis, yeni rəhbərlik. Komitələrin rəhbərliyində də dəyişmələr yalnız əvvəlki deputatların hesabına baş verib. “Gənc” deputatların irəli çəkilməsinə , çox güman, “sınaq müddəti” gərəkir. Kim daha çox “quş buraxsa” , millət vəkilliyini dövlət (başçısı) vəkilliyinə , yaltaqlığına dəyişsə , yerini də , rütbəsini də “yuxarıya” dəyişə bilər. Millətin özünün vəkillərinin yenidən formalaşmasından gözləntilərinin doğrulmadığını demək olar. Millət, seçici, vətəndaş vəkilinin deputat mandatı ilə üzünə bağlanan qapıların açılmasında, Konstitusiya ilə təminat verilən hüquq və azadlıqlarının qorunmasında gerçək addımını duymur . Elə bil, deputat mandatı şəxsi gəlir, qazanc, üstünlük əldə etmək üçün qarantiya rolunu oynayır. Bu mandatı seçici probleminin çözümü adına yararlanmaq heç yada düşmür. Qutsal millətə vəkillik missiyasının özü deklarativ, görüntü xarakteri daşıyır.

Mədəniyyət komitəsinin sədri Qənirə xanım Paşayevanın umacaqsız gerçək millət vəkili olmasını , kim bilməsə də, qazi və şəhid ailələri çox gözəl bilirlər. Aztəminatlı şəxslərin problemlərinin çözülməsində xanım millət vəkilinin xidmətini danmaq, ən azı, insafsızlıq olar. Gerçəkdə onun və komitədəki müavini Fazil Mustafanın yeri Əmək və sosial siyasət komitəsinin profilinə daha çox uyuşur, nəinki indiki görəvlərinə. Hansısa incəsənət, mədəniyyət işçisinə fəxri ad verilməsinə sorğu göndərməklə insanların problemləri çözülmür axı! Görün, nə günə qalmışıq, bir çağlar insanlar problemlə üzləşəndə xalq artistlərinə , mədəniyyət, ədəbiyyat, musiqi xadimlərinə ağız açardılar. İndi xalq artistinin özü ona-buna ağız açmağa məcburdur. Aylıq 100 manatlıq “artist pulu” ilə qocaman sənət adamı bir günlük, bir həftəlik dərman pulundan özgə nə əldə edə bilər? İndi biz hansısa xalq artistini , şairi, rəssamı, musiqiçini önümüzdə sözümüzü deməyə məmur, nazir qapısına hansı üzlə aparaq? Şair demişkən, Musa Urudun əmək və sosial siyasət komitəsinin sədri kimi bu iki ildə sosial problemlərin çözümündə sözsüz qalması göz önündədir. Sələfi Hadı Rəcəbli, “quş buraxmaqda” dilə düşsə də, heç olmasa, vətəndaşların müraciətlərini aidiyyatı qurumlara göndərirdi , Musa Quliyev, ümumiyyətlə, cavab vermir, səsi “quş buraxanda” eşidilir. İnsan hüquqları komitəsinin sədri Zahid Orucun , özəlliklə, şəhid və qazi ailələrinin problemlərinin çözülməsində millət vəkili kimi göstərdiyi çabaları danmaq olmaz . Nə yazıq, bu vəkillik elə çabadan o yana keçmir. Çaba ilə isə sosial problemlər çözülmür. Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov , əvvəlki kimi, müraciətlərə baxmaqdan imtina edir. Yəqin, pandemiya “Məclisin “baş həkimi”ni susmağa zorlayıb, amma bu yəqinlik inandırıcı görünmür. Axı, indiyədək Covid 19 yox idi, deputatlar “quş buraxmırdı” ? Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran xanım Hüseynova sələfi Aqiyə xanım Naxçıvanlıdan ayrı (fərqli) olaraq “məğrur susqunluğunu” sürdürməkdədir. Aqiyə xanım, heç olmasa, ailə xanımlarını çox uşaq doğmaqla dövlətə yük olmaqda suçlayıb “quş buraxırdı” . Amma ədalət adına, komitəyə müraciətlərə anında köməkçinin telefon zəngi ilə bağlantı qurmaqla baxılırdı. Hicran xanımın nə özü, nə də köməkçisi müraciətlərə ilgi bildirir. Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzova edilən müraciətlər hələ də cavabsız qalır. Halbuki, əvvəlki sədr Arif Rəhimzadə anında , daha çox torpaq ayrılmasından imtina ilə bağlı müraciətləri aidiyyatı üzrə Ədliyyə Nazirliyinin rəhbərliyinə ünvanlayırdı. Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev sələfi İsa Həbibbəyli kimi müraciətlərə biganədir. İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili də qocaman sələfi Ziyad Səmədzadənin “partizan susqunluğu” yolu ilə gedir. Ümumiyyətlə, bu komitənin üzvləri mediada aktivlikləri ilə seçilsələr də, müraciətlərə baxmaqda passivdirlər. Müdafiə , təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin dəyişməz sədri Ziyafət Əsgərov yenə öz ampluasındadır , müdafiə, təhlükəsizlik və korrupsiya ilə bağlı müraciətlərə baxmaqdan imtina edir. Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev də sələfi Eldar İbrahimov kimi müraciətləri cavablandırmır. Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin 20 illik sədri Səməd Seyidovun millət vəkili kimi edilən müraciətlərə baxmaqdan imtinası sürür . Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov və müavini Asim Mollazadənin insanların işıq, qaz, enerji ilə təminatında rolu yoxdur. Sələfi, hazırda Prezidentin 22 may 2020 -ci il tarixli sərəncamı ilə Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun idarə heyətinin sədri təyin olunan Valeh Ələsgərov həm də Milli Məclisin sədr müavini kimi vətəndaşların sosial - iqtisadi problemlərinin çözülməsində misilsiz vəkillik xidməti ilə ad çıxarıb. Bu dövlət adamı, millət vəkili dövlətə, millətə o qədər bağlıdır ki, qəbuluna yazılan vətəndaşları özü çağırıb dinləyir, anında telefon zəngi ilə birbaşa aidiyyatı qurumun rəhbəri ilə bağlantı qururdu. Söz vaxtına çəkər, iki il öncənin bu oktyabrında online qəbula yazılmağımla bağlı qəbul gününü gözləmədən (növbədənkənar) çağırıb , anında birbaşa nazirlə bağlantı qurdu. Təsəvvür edin, evə çatmamış mobil nömrəmə xidmət qurumundan zəng gəldi və elə həmin gün qəbul edildim. Nə yazıq, iki ildir Valeh Ələsgərovun millət vəkili xidmətindən məhrumuq. Doğrudan da, Prezidentin 19.10.2021 tarixli sərəncamı ilə “1-ci dərəcəli Vətənə xidmətə görə” ordeni ilə ödülləndirilən Valeh müəllimin millət vəkili kürsüsündə yeri görünür. Hanı bu gün elə millət vəkili, özü zəng edib çağırmaq bir yana, çoxsaylı şikayətlərə cavab versin? Gənclər və idman komitəsinin sədri, MM-in sədr müavini, öz deputatımız Adil Əliyevin köməkçisi ilyarım qabaq zəng edib, məhkəmə qərarını icra etdirib, qanpulunu ödətdirəcəklərinə söz versə də, sözdən işə keçilmir. İctimai birliklər və dini qurumlar komitəsinin sədri, MM-in sədr müavini Fəzail İbrahimlinin də ilyarım qabaqdan bəri səsi çıxmır. MM sədri , xanım Sahibə Qafarova və MM-in 1-ci vitse-spikeri, hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin köməkçilərinin aracılığı ilə müraciətləri anında elektron qaydada cavablandırmaları köhnə rəhbərlikdən qalma susqunluq, biganəlik “ buzunu əridib “. Görəsən, digərləri rəhbərlikdən niyə örnək götürmürlər? Milli Məclis Aparatına gəldikdə isə, rəhbəri Səfa Mirzəyevin əvvəlki kimi peşəkarlığı müraciətlərin anında peşəkarlıqla cavablandırılmasını təmin edir.

Bizim sözümüzü deməyə, dərdimizi dinləməyə Valeh Ələsgərov kimi gerçək millət vəkilinə ehtiyacımız var. Dədəm Qorqudun sözüdür : “Hanı dediyim bəy ərənlər? “ HANI BİZ DEYƏN, BİZİ EŞİDƏN MİLLƏT VƏKİL(LƏR)İ ?

Məğrur Bədəlsoy

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bu gün deputatlardan birinin mandatı ləğv olunacaq

    Bu gün deputatlardan birinin mandatı ləğv olunacaq ...

    13-10-2014, 14:53

  • 
  • Etikasız deputatlar - Millət vəkillərinin davranışları tənzimlənəcək

    Etikasız deputatlar - Millət vəkillərinin ...

    2-12-2013, 17:11

  • 
  • Mübariz Qurbanlının deputat mandatı alındı

    Mübariz Qurbanlının deputat mandatı alındı ...

    13-10-2014, 16:50

  • 
  • MSK-dan Əli Əhmədovun deputat mandatı ilə bağlı açıqlama

    MSK-dan Əli Əhmədovun deputat mandatı ilə bağlı ...

    23-10-2013, 12:50

  • 
  • Ülvü Quliyevin biznes imperiyası

    Ülvü Quliyevin biznes imperiyası ...

    26-12-2012, 12:32


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (274)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
Bet-Boom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu