Gundemxeber.az » Ölkə » Cəmiyyət » QHT Agentliyi qrant müsabiqəsini niyə gecikdirir?.. - AÇIQLAMA
Azərbaycanda fəaliyyət göstərən Qeyri-Hökumət Təşkilatları səbirsizliklə qrant müsabiqələrinin elan olunmasını gözləyir. Bu da səbəbsiz deyil, artıq bir ildən çoxdur QHT sektorunda müsabiqələr keçirilmir. Nəticə vətəndaş cəmiyyəti təşkilatlarının fəaliyyətinin passivləşməsinə səbəb olub.
Ölkə başçısının bu il aprelin 19-da imzaladığı Fərmana əsasən yaradılan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi isə qrant müsabiqələri keçirməyə tələsmir.
“Hər bir dövlət orqanı müsabiqənin tətbiqi ilə bağlı Nazirlər Kabinetinə, eləcə də, aidiyyatı qurumlara təsdiq məktubları göndərir”.
Bu fikirləri Modern.az -a açıqlamasında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Toğrul Məmmədli məsələyə münasibət bildirərkən deyib.
Agentlik rəsmisi qeyd edib ki, bu prosesi nəzərə alsaq, qrant müsabiqəsinin gecikməsini normal hal kimi qəbul edə bilərik:
"Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2021-ci il qrant müsabiqəsinə yaxın həftələrdə start verəcək. QHT təmsilçilərinə çox asan və əlverişli mühitin yaradılması üçün Müşahidə Şurasının üzvləri hər həftə toplaşırlar. Müsabiqə elan olunanda QHT və ictimaiyyət nümayəndələri biləcəklər ki, burada bilərəkdən gecikmə halı yoxdur. Nazirlər Kabinetinin müsabiqə qaydalarını təsdiqləməsini gözləyirik".
GUNDEMXEBER.AZ
25-03-2019, 11:00
22-03-2019, 15:43
24-01-2014, 14:21
20-09-2014, 12:48
26-01-2018, 14:05
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?