Yanvarın 24-də Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun mətbuat mərkəzində “Vətəndaş Cəmiyyətinin Müdafiə Mərkəzi”nin durumunun mətbuata açıqlanması ilə bağlı mətbuat konfransı keçirilib.
Konfransda bir çox mətbuat nümayəndələri və QHT rəhbərləri iştirak edib. Tədbirdə Qeyri Hökümət Təşkilatlarının problemləri və qanunda edilmiş dəyişikliklərlə bağlı çıxışlar edilib. Tədbirdə Avropa Şurasına göndəriləcək bəyamnamə də səsləndirilib.
Tədbirdə çıxış edən “Vətəndaş Cəmiyyətinin Müdafiə Mərkəzi”nin üzvü Leyla Əliyeva bildirib ki, onlar hökümət nümayəndələrini də bu tədbirə dəvət etsələr də təəssüf ki, gələn olmayıb: "Biz bu tədbirdə hökümət nümayəndələrini də görmək istərdik. Şox təəssüf ki, onlar tədbirimizdə iştirak etmirlər. Amma beynalxalq təşkilatların Bakı ofislərindən yüksək səviyyədə dəstək verildi".
"Vətəndaş Cəmiyyətinin Müdafiə Mərkəzi"nin üzvü Qubad İbadoğlu öz çıxışında bildirib ki, onlar ölkə prezidentinə QHT-lər haqqında qanunla bağlı öz etirazlarını yazılı olaraq, bildiriblər: “Biz ölkə prezidentinə yazılı şəkildə müraciət etmişik. On gündən çoxdur ki, müraciət ünvanlamış olsaq da, hələ də cavab gəlməyib. Əgər nəticə olmasa, etiraz aksiyası belə keçirə bilərik".
Sorğu
Yeni dizaynımız necədir?