Oktyabrın 17-də Milli Məclisdə “Qrant haqqında” və “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanunlara əlavə və dəyişikliklər müzakirəyə çıxarılıb. “Qrant haqqında” qanun layihəsinə əlavə və dəyişiklik müzakirə edilərək qəbul olunub. İctimai Maraqların Müdafiəsi Mərkəzi İctimai Birliyi adı çəkilən qanunlara dəyişiklikləri pisləyib. Qurum yaydığı bəyanatda qeyd edib ki, qanunların bu formada sərtləşdirilməsi Azərbaycanda müstəqil qeyri hökumət təşkilatlarını zəiflədəcək, onların maliyyə imkanlarını tükəndirəcək və eyni zamanda xarici donorların Azərbaycanda fəaliyyət göstərməsinin qarşısını alacaq. Mərkəz bu qanunlara edilən dəyişiklikləri pisləyib, bunun Azərbaycanın imicinə ciddi zərbə olduğunu vurğulayıb, hakimiyyətdən bu məsələni yenidən müzakirəyə çıxarmağı tələb edib. İctimai Maraqların Müdafiəsi Mərkəzi həmçinin müstəqil və azad QHT-ləri bu məsələdə eyni mövqedən çıxış etməyə, bu antidemokratik dəyişiklikləri pisləməyə çağırıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?