Rusiyanın T-80U tanklarının ən azı bir batalyonu Voronej vilayətinə gəlib.
Gündəmxəbər.az xəbər verir ki, Bloomberg bu barədə Britaniyanın Jane's agentliyinə istinadən məlumat yayıb.
Media bildirir ki, tanklar, ehtimal ki, Poqonovo poliqonuna doğru gedir - o, Ukrayna ilə sərhəddən 250 km aralıda yerləşir.
Bundan əvvəl həmin Ceyn agentliyi Ukraynanın şimal sərhədi yaxınlığında - Bryansk və Kursk vilayətlərində tankların və artilleriya qurğularının yerləşdirilməsi barədə məlumat vermişdi.
Xatırladaq ki, ötən gün "Washington Post” qəzeti, eləcə də Münaqişələrin Kəşfiyyat Qrupunun analitikləri Rusiya qoşunlarının Ukrayna ilə sərhədə yaxın ərazilərdə yığılması, o cümlədən Bryansk, Voronej və Rostov vilayətlərində, eləcə də Kurskda Rusiya texnikasının cəmlənməsi barədə məlumat vermişdilər. Sosial şəbəkələrdə Rusiya hərbi texnikasının Ukrayna və Belarusla sərhədlər yaxınlığında yerləşdirilməsini sübut edən foto və videolar, habelə peyk fotoları da yayılıb.
Bundan bir qədər əvvəl isə amerikalı general, ABŞ-ın Avropadakı quru qoşunlarının keçmiş komandanı, general-leytenant Ben Hoces Ukraynanı hazırlaşmağa çağırıb və Kremlin nəyəsə hazırlaşdığını qeyd edib. Onun fikrincə, Kiyev şimal istiqamətində təhlükəsizliyini təmin etməyə hazır olmalı, Krım və Donbassdan Belarusla sərhədə və ya Rusiya ilə şimal sərhədinə qüvvələr köçürə bilməlidir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?