GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » “44 Günün Qəhrəmanları” layihəsi çərçivəsində Sumqayıt Dövlət Universitetində tələbələrlə görüş keçirilib

“44 Günün Qəhrəmanları” layihəsi çərçivəsində Sumqayıt Dövlət Universitetində tələbələrlə görüş keçirilib

Tarix: 16-11-2021, 10:21 Bölmə :Cəmiyyət Baxış: 196

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və “Böyük Qayıdış” Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə noyabrın 10-da “44 Günün Qəhrəmanları” layihəsi çərçivəsində tələbələrlə növbəti görüş keçirilib.
Sumqayıt Dövlət Universitetində təşkil olunmuş görüşdə ilk olaraq şəhidlik zirvəsinə ucalan tələbə-məzunların universitetin həyətində yaradılmış xatirə abidəsi ziyarət olunmuş, abidə önünə gül dəstələri düzülmüşdür. Tədbir himnimiz səslənməsi ilə başlamış, sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Universitetin rektoru, professor Elxan Hüseynov, Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktorunun müavini Qədir Xəlilov və Böyük Qayıdış Gənclər Təşkilatının icraçı direktorunun müşaviri Elşən Qəhrəmanovun açılış nitqləri ilə görüş davam edib. Çıxış edənlər öz nitqlərində 44 günlük Vətən müharibəsi haqqında belə maarifləndirici görüşlərin keçirilməsinin diqqətəlayiq olduğunu bildirib, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müstəqillik tariximizin ən böyük zəfərini xalqımıza yaşatmış Vətənin qəhrəman oğullarının tanıdılması və gənc nəslə örnək olmasının vacibliyini qeyd ediblər.
Çıxışların ardınca qəhrəmanlarımızın 44 günlük müharibə yolunun həkk olunduğu kadrlar və xalqımızın zəfər sevincini əks etdirən videoçarx nümayiş olunub. Tədbirdə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının Üzv təşkilatlar və tələbə klublarla iş sektorunun rəhbəri Orduxan Qəhrəmanzadə Gənclər Fondunun dəstəyi ilə ərsəyə gəlmiş “Azərbaycan Gəncliyi Vətən Müharibəsində” adlı jurnal, “Böyük Qayıdış” Gənclər Təşkilatının icraçı direktor müşaviri Elşən Qəhrəmanov isə https://shehidimiz.az/ saytı barədə ətraflı məlumat veriblər.
Daha sonra “Böyük Qayıdış” təşkilatının idarə heyətinin üzvü, bir çox xüsusi döyüş əməliyyatlarının və Aprel döyüşlərinin iştirakçısı, Qarabağ qazisi, Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan baş leytenantı Əhliyət Mehdiyev Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli ordumuzun 30 illik Vətən həsrətinə necə son qoyduğunu və xalqımızı illərdir düşmən tapdağı altında olan torpaqlarımıza necə qovuşdurması haqqında çıxış edib.
Tədbirin qonaqları olan Vətən müharibəsi qaziləri – Tərlan Həmdullayev, Əfəndi Balacanov və Azim Nuruyev çıxışları zamanı Vətən müharibəsi ilə bağlı xatirələrini tələbələrlə bölüşüblər. Onlar Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası ilə mərd oğullarımızın yüksək peşəkarlıqla nümayiş etdirdiyi Vətənimizin ərazi bütövlüyünü təmin etmə əməliyyatının dünya hərb tarixinə düşməsi ilə qürur duyduqlarını bildiriblər. Çıxış edən qazilər Sumqayıt Dövlət Universitetinin məzunlarının da Vətən müharibəsində böyük şücaət nümayiş etdirdiklərini vurğulayıb, vətənpərvər və mərd gənc nəslin yetişməsində müəllimlərin rolunu qeyd edərək, bu kontekstdə Sumqayıt Dövlət Universitetinin kollektivinə minnətdarlıqlarını ifadə ediblər.
Çıxışların ardınca qonaq qazilərin tələbələrlə sual-cavab sessiyası baş tutub. Sessiya zamanı qəhrəmanlarımız uğurlarının ən başlıca səbəbi kimi Ali Baş Komandanın qüsursuz strategiyası, ordumuzdakı birlik və ruh yüksəkliyi olduğunu bildirərək tələbələrə ətraflı cavablar veriblər.
Son olaraq görüşə ev sahibliyi edən universitetin tələbələri adından Sumqayıt Dövlət Universitetinin tələbəsi Fidan Bağırova və Tələbə Gənclər Təşkilatının sədri Tayfun Hacılı çıxış edərək qəhrəmanlarımıza təşəkkür edib, qazilərin Vətən müharibəsi zamanı yaşadıqları təəssüratları, göstərdikləri şücaəti və birlik nümunəsini digər tələbələrlə də bölüşəcəklərini qeyd ediblər.
Qeyd edək ki, layihə çərçivəsində paytaxt və regionlarda yerləşən böyük tələbə auditoriyasına malik ali təhsil müəssisələrinin tələbələri ilə Vətən müharibəsində şücaət göstərmiş gənc qazilərimizin görüşləri mütəmadi əsasda davam etməkdədir.
 

GÜNDƏMXƏBƏR.AZ 

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bütöv Azərbaycan Gənclər Günü qeyd edilib -FOTOLAR

    Bütöv Azərbaycan Gənclər Günü qeyd edilib -FOTOLAR ...

    25-04-2018, 16:49

  • 
  • Yoldaşlıq Futbolu

    Yoldaşlıq Futbolu ...

    20-07-2016, 00:58

  • 
  • Gənclər Fondundan şok maliyyələşmə + 81400 AZN

    Gənclər Fondundan şok maliyyələşmə + 81400 AZN ...

    9-04-2013, 11:36

  • 
  • Mədəniyyət Nazirliyi QHT-lərə qrant vermək üçün Gənclər Fondunun razılığını alacaq - Yeni qayda

    Mədəniyyət Nazirliyi QHT-lərə qrant vermək üçün ...

    25-03-2019, 11:00

  • 
  • “Bakı Gənclər Klubu” gəncləri vətənpərvər ruhda boyüməsi istiqamətində növbəti layihəsini həyata keçirir

    “Bakı Gənclər Klubu” gəncləri vətənpərvər ruhda ...

    15-09-2021, 13:51


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (506)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu