Gundemxeber.az » Ölkə » Cəmiyyət » Qazinin pensiyası kəsildi, əlilliyi ləğv olundu – Şikayət
Göyçayda yaşayan qazimiz Mətləb Arzu oğlu Mahmudovun adına 2013-cü ildən bəri yazılan pensiya 9 aydır verilmir. Bir müddət əvvəl isə ona əlillik təyin olunmayacağı barədə imtina məktubu göndərilib.
Gundemxeber.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə M.Mahmudovun özü məlumat verib.
“2012-ci ildə düşmən hücumunun qarşısını alarkən yaralanmışam. Ayaq sümüklərim, pəncəm əl qumbarasının partlaması nəticəsində dağılıb. Yeriməkdə çətinlik çəkirəm, çəliklə yeriyirəm. Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi isə bildirir ki, 2015-ci ildə verilən qərara əsasən, artıq sizə əlillik təyin olunmur. Əgər belədirsə, mənə 2016-cı ildə necə əlillik təyin etdilər? 2021-ci ilin yanvarınadək pensiya almışam”, - qazi bildirib.
Məsələ ilə bağlı saytımıza açıqlama verən ƏƏSMN-nin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qurbanov bildirib ki, Mətləb Mahmudov 15 oktyabr 2021-ci il tarixində Agentliyin həkim-ekspertləri tərəfindən əyani müayinə dəvət edilib:
“Hazırkı vəziyyəti qiymətləndirilib. Əyani müayinə, eyni zamanda aidiyyəti qurumlar tərəfindən təqdim edilən sənədə əsasən müəyyən edilib ki, vətəndaşın hazırkı vəziyyəti əlillik səviyyəsində deyil. Bu baxımdan qanunvericiliyə uyğun olaraq, M.Mahmudova imtina qərarı verilib. Əlillik təyinatı qanunvericiliklə tənzimlənir və yalnız təsdiq edilmiş normalara uyğun gəldiyi halda təyin edilir”.
GUNDEMXEBER.AZ
17-06-2021, 15:42
13-07-2018, 11:19
4-06-2021, 21:06
30-10-2021, 11:08
1-09-2020, 12:24
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?